Uşaqlarda endoskopiya, mədə və bağırsaqda mövcud olan xəstəlikləri və ya anomaliyaları qiymətləndirmək, diaqnoz qoymaq və müalicə etmək məqsədilə tətbiq olunur. Diaqnoz Tibb Mərkəzində Endoskopiya uşaqların inkişaf mərhələlərinə uyğun olaraq, çox diqqətlə və xüsusi qaydalarla həyata keçirilir.
YALNIZ BİR GÜN 22 MAY saat 11:00-16:00-dək Rusiya Federasiyasının Sankt-Peterburq şəhərindən dəvətli Pediatrik Endoskopist Dr. Ülkər Babayeva Diaqnoz Tibb Mərkəzində pasiyentləri qəbul edəcək.
Uşaqların mədə və bağırsağında hər hansı bir problem müşahidə edirsinizsə endoskopiya müayinə və müalicə üçün Rusiya Federasiyasının Sankt-Peterburq şəhərindən Diaqnoz Tibb Mərkəzinə dəvət olunmuş yüksəkixtisaslı pediatrik endoskopist Dr.Ülkər Babayevaya müraciət edə bilərsiniz.
İllərin təcrübəsi və profesional yanaşması ilə Dr. Ülkər Babayeva ən yüksək peşəkər standartı təqdim edərkən uşağınızın dəqiq müayinəsinə təmin edəcək.
Vaxtında olunan Endoskopiya həyat qurtarır. Uşaqlarınızı endoskopik müayinəyə gətirməkdən çəkinməyin!
Endoskopiya aşağıda qeyd olunan xəstəliklərin əvəzolunmaz diaqnostika metodudur:
Ezofaqit
Qastrit
Duodenit
Mədə və 12-barmaq bağırsağın xora xəstəliyi
Qastroezofageal reflyuks xəstəliyi (QERX)
Duodenoqastral reflyuks
Qida borusunun, mədənin və 12-barmaq bağırsağın erkən mərhələlərdə onkoloji xəstəlikləri
Mədə-bağırsaq qanaxmaları
Anormal qanaxma
Davamlı qarın ağrısı
Udmaqda çətinlik, udmada çətinlik və ya özofagusun tıxanması
Davamlı ürəkbulanma
Uzun müddət davam edən ishal və qəbizlik
Səbəbi bilinməyən kilo itkisi
Mədə xorası
İnfeksiyalar
Pankreatit
Öd kisəsində daşlar
Şişlər
Həzm sistemindəki müxtəlif pozğunluqları
Uşaqlarda Kolonoskopiya - düz və çənbər bağırsağın xoşxassəli və bədxassəli yeni törəmələrinin, qeyri-spesifik iltihab xəstəliklərinin (xoralı kolit, Kron xəstəliyi) və yoğun bağırsağın anadangəlmə patologiyalarının təsbiti nəcisdə qan, xroniki qarın işləməsi və qəbizlik, qarında yoğun bağırsaq nahiyəsində ağrı, köp, naməlum mənşəli subfebril hərarət (uzun müddət ərzində bədən hərarətinin yüksəlməsi), çəkinin azalması, naməlum mənşəli qan azlığı (anemiya), düz bağırsaqda yad cisim hissiyatı, konservativ və cərrahi müalicənin effektifliyinin dəyərləndirilməsi
Qəbula say məhdudiyyəti olduğundan öncədən qeydiyyatdan keçmək mütləqdir.
Əlaqə nömrələri:
904
(+994 55) 754 43 03
Ünvan: Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Sarayevo küçəsi 38C