Azərbaycanda ilk açılan özəl tibb mərkəzlərindən olan Diaqnoz Tibb Mərkəzi özünün 20 illik yubileyini qeyd edir. Diaqnoz Tibb Mərkəzi yarandığı gündən insanların inam və etibarını qazanmış, daima inkişaf etmişdir.
Mərkəzin ən müasir avadanlıqlarla təchiz olunmuş laboratoriya, radiologiya, qastroenterologiya, kardiologiya, cərrahiyyə və digər şöbələrində 250-dən çox əməkdaş çalışır. Mərkəzinin poliklinik diaqnostik şöbəsində quraşdırılmış ən müasir avadanlıqlar bütün növ mürəkkəb diaqnostik prosedurları aparmağa imkan verir. Mərkəzinin cərrahiyyə şöbəsində ən mürəkkəb cərrahi əməliyyatlar, o cümlədən endoskopik və laparoskopik əməliyyatlar yüksək səviyyədə icra edilir. Diaqnoz Tibb Mərkəzində yeni təşkil olunmuş fizioterapiya və tibbi reabilitasiya şöbəsində xroniki keçən xəstəliklərin bərpa edilməsi və reabilitasiyası aparılır.
Gündəlik 300 nəfərdən çox insana xidmət edən Diaqnoz Tibb Mərkəzi Respublikadakı bütün sığorta şirkətləri, o cümlədən icbari tibbi sığorta ilə yaxından əməkdaşlıq edir.