Diaqnoz Tibb Mərkəzində “Steroidlərin törətdiyi endokrinoloji və nevroloji problemlər” mövzusunda seminar - FOTOLAR
22 sentyabr 2024-cü il Milli Olimpiya Komitəsinin, Diaqnoz Tibb Mərkəzinin, lNBA Qlobal Avrasiya, WBPF Azərbaycan, Roof-Fitnes Mərkəzinin, Kəndirlə Mübarizə İdmanı Cəmiyyəti İctimai Birliyinin, Azərbaycan Qan Donorlarının İnkişafı Mərkəzinin dəstəyi və lNBA Qlobal Azərbaycan, GFHC Fitnes Akademiyasının təşkilatçılığı ilə “Steroidlərin törətdiyi endokrinoloji və nevroloji problemlər” mövzusunda seminar (INBA SEMINAR #22) keçirilib.
Seminarda lNBA Qlobal Azərbaycan, lNBA Qlobal Avrasiya, WBPF Azərbaycan və Kəndirlə Mübarizə İdmanı Cəmiyyətinin prezidenti, GFHC Fitnes Akademiyasının direktoru, IFBB və PNBA Pro atlet, beynəlxalq dərəcəli idman ustası, hakim, məşqçı, qidalanma və qida əlavələri üzrə mütəxəssis Elnur Şıxəliyev, Diaqnoz Tibb Mərkəzin həkim-nevroloqu Nilufər Salmanova və Diaqnoz Tibb Mərkəzinin həkim-endokrinoloqu Dilarə İsgəndərova məruzə ediblər.
Seminarın iştirakçılarına məruzəçilərin imzası ilə sonda sertifikatlar təqdim olunub.