DİAQNOZ TİBB MƏRKƏZİNİN nəzdnində fəaliyyət göstərən “SÜRÜCÜLƏRİN REYSQABAĞI TİBBİ MÜAYİNƏSİ”
Gün ərzində ictimai nəqliyyatdan minlərlə insan istifadə edir. Bu baxımdan, ictimai nəqliyyat vasitələri ilə daşınan sərnişinlərin hərtərəfli təhlükəsilziyinin təmin olunması vacibdir. Vacib olan məqamlardan biri də marşrut sürücülərinin sağlamlığı ilə bağlıdır.
Reysqabağı tibbi müayinin məqsədi reysə çıxmazdan əvvəl sürücülərin sağlamlıq vəziyyətinin tibbi norma və tələblərə müvafiq olmasını, insanların həyat və sağlamlığının qorunmasını təmin etməkdir.
Sürücülərin reysqabagi tibbi müayinəsi Nazirlər Kabinetinin 2009-cu il 24 aprel tarixli 71 nömrəli qərarı ilə təsdiq edilmiş qaydaları ilə tənzimlənir.
Qaydaların tələblərinə əsasən, reysqabağı tibbi müayinə zamanı sürücülərin anamnezi toplanmalı, bədən temperaturu ölçülməli, nəbzi sayılmalı və nəfəsvermə havasında alkoqolun olmaması təyin edilməlidir.
Sağlamlıq vəziyyəti tibbi tələblərə uyğun olmayan sürücülər nəqliyyat vasitəsinin idarə edilməsinə buraxılmırlar.
DİAQNOZ TİBB MƏRKƏZİNİN nəzdnində halhazırda 27 Reysqabağı Tibbi Məntəqə fəaliyyət göstərir.






















































