EZOFAGİAL VƏ ANOREKTAL MANOMETRİYA DİAQNOZ TİBB MƏRKƏZİNDƏ!

EZOFAGİAL VƏ ANOREKTAL MANOMETRİYA DİAQNOZ TİBB MƏRKƏZİNDƏ!

Ezofagial manometriya qida borusu təzyiqinin, kordinasiyasının və peristaltikasının həm keyfiyyət, həm də patalogiyalarının dəyərləndirilməsinin müayinəsidir. Monometriya yüksək dərəcədə texnik bir diaqnostik yöntəmdir, endoskopik və radioqrafik müayinələrdən fizolojikdir.

 

Endoskopik və radioqrafik təyin olunmayan patologiyaları asanlıqla təyin edir.

 

Ezofagial manometriyaya göstərişlər aşağıdakılardır:

 

Udma çətinliyi (Disfogiya)

Udma zamanı ağrı (Odinoqrafiya)

Ürəklə bağlı olmayan döş qəfəsi ağrısı

Axalaziya

Diffuz ezofagial spazm

Sklerodermiya

Qida borusu yırtığı (Hiatel Hernia)

Reflüks əməliyyatından öncə

Qastroezofagial reflüks xəstəliyi (QERX)

Distal qida borusu spazmı (Jackhammer ezofagus)

 

Anorektal funksiyaları dəyərləndirmək üçün müxtəlif testlər istifadə olunur. Bu testlərdən ən ətraflı məlumat verən anorektal manometriya (ARM) və balon atma (BAT) testidir. Anorektal manometriya testi anorektal ağrıya səbəb olan defeksiyaya təsir edən pozğunluqların patofiziologiyasına dayanaraq yararlı məlumat verir. Üzərində təzyiq sensoru olan manometrik katetr anal kanal və rektuma aid patologiyaları təyin edən yöntəmdir.

 

Anorektal manometriyaya göstərişlər aşağıdakılardır:

 

Qəbzlik

Xroniki ishal

Nəcis qaçırma

Qaz qaçırma

Kolostomadan öncə və sonra anusun fəaliyyəti.

 

Əlaqə nömrələri: 904, (+994 55) 754 43 03