Missiyamız
“Diaqnoz Tibb Mərkəzi” MMC-nin qurulmasında əsas məqsəd klinikamızda dünyanın ən müasir avadanlıqlarını tətbiq etməklə, öz biliyi və bacarığı ilə seçilən, yüksək elmi savadı olan həkimləri işə cəlb etməklə əhaliyə yüksək səviyyədə ambulator və stasionar tibbi xidmət göstərmək olmuşdur. Bizim öz işimizdə əsas prinsipimiz – əhaliyə göstərilən xidmətlərin yüksək keyfiyyətə malik olmasıdır. Düzgünlük, dəqiqlik, insanlara xoş münasibət və qayğı göstərmək bizim əsas amalımızdır.
Əsas şüarımız: “Düzgün diaqnoz və keyfiyyətli müalicənin ünvanı”
Əsas məqsədimiz: “Hər bir kəsin doğma klinikası olmaq”