Diaqnoz Tibb Mərkəzinin Həkimləri Radioloqlar Cəmiyyətinin 5-ci Beynəlxalq Elmi-Praktiki Konfransı

Diaqnoz Tibb Mərkəzinin Həkimləri Radioloqlar Cəmiyyətinin 5-ci Beynəlxalq Elmi-Praktiki Konfransı

10–11-12 oktyabr 2025-ci il tarixlərində Bakı şəhərində Azərbaycan Radioloqlar Cəmiyyətinin təşkilatçılığı ilə keçirilən iki beynəlxalq tədbir uğurla başa çatdı.

“Visiting Professorship Programme” çərçivəsində European School of Radiology (ESOR) ilə əməkdaşlıq əsasında əzələ-skelet sistemi radiologiyasına dair mühazirələr və praktiki sessiyalar təqdim olundu. Müxtəlif ölkələrdən dəvət edilmiş professorlar iştirakçılarla elmi bilik və klinik təcrübələrini paylaşdılar.

Azərbaycan Radioloqlar Cəmiyyətinin 5-ci Beynəlxalq Elmi-Praktiki Konfransı çərçivəsində Diaqnoz Tibb Mərkəzinin Radioloqu Tibb üzrə Fəlsəfə Doktoru Aydın Mirzəyev moderator qismində çıxış edib.

Eyni zamanda, Azərbaycan Radioloqlar Cəmiyyətinin 5-ci Beynəlxalq Elmi-Praktiki Konfransı çərçivəsində radiologiya sahəsindəki son yeniliklər, innovativ texnologiyalar və müasir tibbi avadanlıqların imkanları təqdim edildi.

Diaqnoz Tibb Mərkəzinin Radioloqları Tibb üzrə Fəlsəfə Doktoru Aydın Mirzəyev, Gülnarə Əliyeva, Təhminə Əlimədətli, Çingiz Məmmədov, Əsmər Abbasova, Könül Behbudova, Mirsəid Səmədli konfransda iştirak ediblər.

Tədbirdə Singapur, ABŞ, Türkiyə, Qazaxıstan, Belçika, İtaliya, Avstriya, Çin kimi ölkələri təmsil edən professorların iştirakı ilə geniş elmi proqram həyata keçirildi.

#radiologiya