Əsl xoşbəxtlik həyatı dəyərli, mənalı yaşamaqla ölçülür. Ayları, illəri nəcib, xeyirxah əməllər, el-obaya, xalqa, Vətənə gərəkli işlər, layiqli xidmətlərlə yaşayanda mənən rahatlıq tapır, sevinirsən.
Böyük ürəkli insan, vətənpərvər şəxsiyyət, peşəkar rəhbər, müasir Azərbaycan səhiyyəsinin parlaq siması Ələddin Cabbarovun keçdiyi 60 illik ömür yolu kimi…
Vətən uğrunda fədakarlıq, nikbin ruh, səhiyyənin inkişafında əvəzsiz xidmətlər, ədalətli qərarlar, şərəfli ömür yolu Ələddin Cabbarovun tərcümeyi-halıdır.
Alicənab, ziyalı, peşəkar tibb işçisi, ləyaqətli şəxsiyyət kimi tanınan, böyük nüfuza malik və ictimaiyyətin dərin rəğbətini qazanan Ələddin Cabbarovun həyat və fəaliyyəti həm gənclər, həm də bütövlükdə cəmiyyət üçün qürurverici nümunədir.
Xalq belə ziyalıları ilə fəxr edir, qürur duyur, milli hədəflərinə doğru irəliləyir.
Bu gün Diaqnoz Tibb Mərkəzinin Baş Həkimi Ələddin Cabbarovun doğum günü və 60 illik yubileyidir. Bu münasibətlə Diaqnoz Tibb Mərkəzinin kollektivi adından Ələddin doktoru ürəkdən təbrik edir, uzun ömür, cansağlığı və işlərində uğurlar arzu edirik.