Terapevt-Hepatoloq Tofiq Əkbərov “Qaraciyər sirrozu”  mövzusunda çıxış edib

Terapevt-Hepatoloq Tofiq Əkbərov “Qaraciyər sirrozu” mövzusunda çıxış edib

Diaqnoz Tibb Mərkəzinin Baş Həkimin Müalicə İşləri üzrə Müavini, Terapevt-Hepatoloq Dr. Tofiq Əkbərovun peşəkarlığı geniş klinik təcrübə ilə birlikdə dərin nəzəri biliklərə əsaslanır. Məhz buna görə Amerika şirkəti «Abbott Laboratories» əczaçılıq zavodunun Azərbaycandakı nümayəndəliyi tərəfindən keçirilən konfransa ekspert kimi cəlb edilmişdir. Dr. Tofiq Əkbərovun 16 yanvar 2025-ci il tarixində həkimlərə “Qaraciyər sirrozunun diaqnostika və müalicə prinsipləri” mövzusunda çıxışı böyük marağa səbəb olub.

Elmi konfransda Dr. Tofiq Əkbərov qaraciyər sirrozunun diaqnostika və müalicə prinsipləri barədə təqdimat edib, auditoriyanı maraqlandıran sualları cavablandırıb.