Sahəsində bir çox ilklərə və yeniliklərə imza atan, mütərəqqi müalicə üsullarından istifadə edən Diaqnoz Tibb Mərkəzinin Həkim-Vertebroloqu İdrak Həsənov Belarusiyanın paytaxtı Minsk şəhərində keçirilən “Vertebrologiya” üzrə təkmilləşdirmə kursunda iştirak edib.
Yeniliklərə açıq olan həkimlərimizin dünya miqyasında müxtəlif elmi-konfranslarda, beynəlxalq təlim kurslarında fəal iştirakı ölkənin səhiyyə sektorunun nüfuzunu beynəlxalq arenada artırır.