Oktyabr - “Süd vəzi xərçəngi ilə mübarizə ayı” çərçivəsində "Diaqnoz Tibb Mərkəzi" və “Atəşgah” Sığorta Şirkətinin birgə təşkilatçılığı ilə maarifləndirmə aksiyası keçirilib.
Aksiya çərçivəsində “Hilton Baku” otelinin əməkdaşlarına Mərkəzimizin Cərrah Mama-Ginekoloqu Dr. Ramilə Abbaszadə və Radioloqu Dr. Könül Məmmədova “Süd vəzilərin sağlamlığını qoruyaq” mövzusu ilə çıxış ediblər.
Maarifləndirmə ayı ilə bağlı keçirilən tədbirin iştirakçılarına məlumatlandırıcı materiallar, həmçinin “Süd vəzi xərçəngi ilə mübarizə ayı”nı simvolizə edən çəhrayı lentlər paylanılıb.