Diaqnoz Tibb Mərkəzi Səhiyyə Nazirliyinin 2 nömrəli Tibb Kolleci məzunları üçün keçirilən əmək yarmarkasında iştirak edib

Diaqnoz Tibb Mərkəzi Səhiyyə Nazirliyinin 2 nömrəli Tibb Kolleci məzunları üçün keçirilən əmək yarmarkasında iştirak edib

İyunun 21-də Səhiyyə Nazirliyi 2 nömrəli Bakı Baza Tibb Kollecində müəssisənin 2023/2024-cü tədris ilinin məzunları üçün əmək yarmarkası təşkil olunub. “Karyerada ilk addım” devizi ilə keçirilən tədbirin əsas məqsədi gənclərə nəinki tibbi təhsil verilməsi, eyni zamanda onların işlə təmin olunmasıdır.

Diaqnoz Tibb Mərkəzinin nümayəndələri Yeganə Mikayılova və Sədaqət İsmayılova məzunlarla görüşərək vakansiyalar barədə məlumat veriblər və məzunların suallarını cavablandırıblar.