Vertebrologiya

images

Vertebrologiya

Onurğa Xəstəliklərinin Əlamətləri Nələrdir ? Nə Zaman Həkimə Müraciət Etməliyik ?

  • Boyun, kürək, bel, büzdüm ağrısı
  • Xüsusilə gecə başlayan və fiziki fəaliyyətlərlə birliktə artan ağrılar
  • Ağrı qola və ya ayağa qızdırma ilə müşayiət olunan onurğa sütunu üzərində həssaslıq, uyuşma, qıcıqlanma, qolda və ya ayaqda yanma hissi, hissiyatın zəifləməsi kimi problemlərlə davam edə bilər
  • Yeriyərkən tez yorulma halları
  • Ağrıya, istiyə və soyuğa daha az həssaslıq
  • Duruş korlanmaları , çiyində tarazlığın korlanması
  • Qollarda və ayaqlarda güc itkisi
  • Bağırsaq və ya sidik kisəsi funksiyasının itirilməsi (sidik ifrazı və ya defekasiya pozulması)

Onurğa Xəstəlikləri nələrdir ?

  • Bel yırtığı (qrija)
  • Boyun yırtığı
  • Onurğa kanalının darlığı
  • Sürüşmə (Spondilolistez)
  • Boyun kanalının darlığı (Servikal spondilotik miyelopatiya)
  • Travmalar (hündürlükdən yıxılma, iş qəzası, avtomobil qəzası və s.)
  • Onurğa sınıqları
  • Sümük rezorbsiyası (Osteoporoz)
  • Birləşdirici toxuma zədələnmələri (Bağlı zədələr)
  • Travmatik disk yırtıqları
  • Onurğa əyrilikləri
  • Skolyoz (idiopatik, şeuermann kifozu)
  • Kifoz
  • Anadangəlmə deformasiyalar və s

Bu xəstəliklər nəticəsində ayaq üstə durmağımız və hərəkət etməyimiz üçün əvəzolunmaz rol oynayan onurğamız gündəlik həyat fəaliyyətlərimizi məhdudlaşdıra bilər.

Onurğa xəstəliklərini müəyyənləşdirməyimizə kömək edən vasitə və metodlar hansılardır?

İlk növbədə, xəstələrin şikayətləri, təfərrüatlı xəstəlik tarixi, fiziki və nevroloji müayinə diaqnoz qoymaq üçün çox vacibdir. Rentgen şüaları ilə onurğa xəstəliklərində sümük quruluşuna diaqnoz qoyula bilər. Kompüter tomoqrafiyası (KT) onurğa sümüyü anatomiyası haqqında 3 ölçülü və ətraflı məlumat verir. KT xüsusilə travma alan xəstələr üçün uyğun metoddur. Maqnetik rezonans görüntüləmə (MRT) metodu, disk quruluşu, faset oynaqları və sinir quruluşları kimi yumşaq toxumalar haqqında inkişaf etmiş ətraflı məlumat əldə etməyimizə kömək edir. Elektromiyografi (EMG), əzələlərin hərəkətini və hissiyatımızı ölçən bir test metodudur. Bir çox onurğa xəstəliklərində köməkçi test kimi istifadə olunur.

Telefon
WhatsApp
İnstagram
Telegram