Ginekologiya
Mərkəzimizin ginekologiya şöbəsi klinikamızın yarandığı ilk gündən fəaliyyət göstərir. Şöbədə bütün növ ginekoloji xəstəliklərin beynəlxalq protokollara uyğun müayinəsi, diaqnostikası və müalicəsi, ginekoloji əməliyyatlar - o cümlədən laparoskopik, histeroskopik, plastik əməliyyatlar icra olunur, uşaqlıq boynu və süd vəzi xəstəliklərinin erkən aşkarlanması yönündə müxtəlif aksiya və tədbirlər həyata keçirilir
Məqsədimiz ginekoloji xəstəliklərin vaxtında aşkarlanması, tam aradan qaldırılması, qadının reproduktiv sağlamlığının qorunması və nəticə olaraq sağlam nəslin yetişməsidir
Bu məqsədə çatmaq üçün şərait yaradan amillərdən aşağıdakıları qeyd etmək olar:
- Həkimlərimizin yüksək kvalifikasiya və peşəkarlığı, müntəzəm olaraq xarici ölkələrin tanınmış klinikalarında iş təcrübələrinin keçirilməsi, xarici mütəxəssislərlə həm əyani, həm də online sıx əlaqə və fikir mübadiləsinin aparılması
- Davamlı tibbi təhsil proqramı çərçivəsində təşkil olunmuş konfranslarda, dəyirmi masa, beynəlxalq konqreslərdə, master-klasslarda, təkmilləşmə kurslarında aktiv iştirak və sertifikasiya imtahanlarından vaxtlı vaxtında keçmək
- Müasir avadanlıqla təhcizat. Bura aiddir beynəlxalq standartlara cavab verən tam avtomatlaşdırılmış laboratoriya, rəngli doppler və 4-D sistemi ilə təchiz olunmuş son model USM cihazları, rəqəmsal Rentgen və Mammografiya, ən müasir KT, MRT cihazları, histeroskop və kolposkop, cərrahiyyə blokunun avtomatlaşdırılması, ən kiçik əməliyyatların belə ciddi monitorinq altında icra olunması
- İşin minimum müdaxilə, maksimum informasiya, maksimum effekt prinsipinə əsasən qurulması, sağlamlığın qorunmasında profilaktikanın önəmini nəzərə alaraq, sanitar maarifləndirmə işininin hər pasiyent ilə daimi həyata keçirilməsi
- Hər pasiyentə fərdi yanaşma, konfidensiallığa riayyət
Diaqnoz Tibb Mərkəzində minimal invaziv ginekoloji əməliyyatlar icra olunur.
Minimal invaziv ginekoloji əməliyyatların üstünlükləri:
Kiçik kəsiklər – ənənəvi əməliyyatlara nisbətən daha az toxuma zədələnir
Daha az ağrı – əməliyyatdan sonrakı narahatlıq minimum olur
Sürətli sağalma – pasiyent qısa müddətdə gündəlik həyata qayıdır
Qan itkisi azdır – təhlükəsizlik daha yüksəkdir
Xəstəxanada qalma müddəti qısadır
Estetik üstünlük – demək olar ki, çapıq qalmır
İnfeksiya riski aşağıdır
Reproduktiv funksiyaların qorunması – xüsusilə uşaq planlayan qadınlar üçün önəmlidir
Mioma, yumurtalıq kistaları, endometrioz və digər bir çox ginekoloji problemlər minimal invaziv üsullarla uğurla müalicə oluna bilər.
Çağrı mərkəzi: 904
Mobil: +994 55 754 43 03
info@diaqnoz.az
Ünvan: Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Sarayevo küçəsi 38C
__________
#diaqnoztibbmerkezi #diaqnoz