Hepatologiya

images

Hepatologiya

Hepatologiya tibbin qaraciyər, ödkisəsi, mədəaltı vəzi xəstəliklərinin öyrənilməsi, diaqnostikası, müalicəsi və profilaktikası ilə məşğul olan sahəsidir. 

Hər il dünyada milyonlarla insan hepatitlə mübarizə aparır, qaraciyər xərçəngi ilə üz-üzə gəlir. Qaraciyər xərçənginin əsas səbəbi Hepatit B və Hepatit C viruslarıdır. Qaraciyər xərçənginin 80%-dən çoxuna məhz bu viruslar səbəb olurlar. Çoxlu alkoqol qəbulu (alkoqolizm) isə qaraciyərin sirrozuna gətirib çıxaran əsas səbəbdir. Hepatoloqlar da əsasən virus hepatitləri və alkoqol mənşəli hepatitlərin müalicəsi ilə məşğul olurlar. Lakin hepatologiya bununla bitmir, geniş çeşidli xəstəliklərin müalicəsi ilə məşğul olur.

  • Qaraciyərin piylənməsi, sirrozu, xərçəngi
  • Virus hepatitləri (A,B,C,D,E)
  • Dərmanlarla zəhərlənmə (xüsusən parasetamol)
  • Sarılıq
  • Portal hipertenziya səbəbli qastrointestinal qanaxma
  • Uşaqlarda qaraciyərin ferment çatışmazlığına əsaslanan böyüməsi
  • Qaraciyər transplantasiyası
  • Genetik və metabolik qaraciyər xəstəlikləri
  • Pankreatit
  • Dərman metabolizmi
  • Mədəaltı və öd axarlarının alkoqol, infeksiya, xərçəng, obstruksiya ilə zədələnməsi

Elastometriya - qaraciyərin müayinəsi xəstəxanamızın unikal müayinə növlərindən biridir. 

Həkim hepatoloqlarımız qaraciyər xəstəliklərinin müalicəsi ilə yanaşı skrininq üsulları və maarifləndirmə ilə xəstəliklərin profilaktikasını da həyata keçirirlər. Unutmayın, sağlamlığınız öz əlinizdədir.

Telefon
WhatsApp
İnstagram
Telegram