Oftalmologiya

images

Oftalmologiya

Diaqnoz Tibb Mərkəzində son texnoloji tələblərə cavab verən, yeni avadanlıqlarla təhciz olunmuş, Oftalmologiya şöbəsi yenidən qurularaq dəyərli vətəndaşlarımıza dünya standartları səviyyəsində xidmət göstərməyə başlamışdır.

Diaqnoz Tibb Mərkəzinin Oftalmologiya şöbəsində, ölkəmizdə az sayda olan və hatta bir çox sağlamlıq mərkəzlərində olmayan, müasir avadanlıqların imkanları sayəsində, peşəkar həkim komandamızın fəaliyyətinin əhatə dairəsi genişləndiyindən, bir çox göz xəstəliklərinin və qüsurlarının aradan qaldırılması uğurla həyata keçirilməkdədir.

Xidmətlərimiz:

  • OCT- göz tomoqrafiyası
  • Avtorefraktrometriya
  • Gözün ultrasəs müayinəsi (A scan və B scan)
  • Pnevmotonomertiya (Gözün kontaksız tonometriyası)
  • Biomikroskopiya
  • Göz dibi müayinəsi
  • Gözün pleoptikası
  • Eynək təyini
  • Göz əməliyyatları 

 

OCT - göz tomoqrafiyası görmə mərkəzi (makulanın), görmə sinirinin, gözün ön seqmentinin dəqiq diaqnostikası aparılan ən son texnologiyalı cihazdır. Bu aparat vasitəsilə qlaukomanın erkən diaqnostikası, görmə sinirinin atrofiyaları, iltihabi xəstəlikləri, buynuz qişanın müxtəlif xəstəlikləri, makulanın degenerativ, iltihabi xəstəlikləri, şəkərli diabet, hipertoniya, böyrək, ürək və nevroloji xəstəliklərin gözə verdiyi fəsadlar erkən dövrlərdə aşkar edilir.

Gözün ultrasəs müayinəsi (A scan və B scan) vasitəsilə gözün şüşəvari cisimdəki qansızmalar, tor qişanın qopmaları aşkar edilir.

Gözün kontaktsız tonometriyası vasitəsilə gözə toxunmadan, agrısız gözdaxili təzyiq ölçülür.

 

Telefon
WhatsApp
İnstagram
Telegram