Andrologiya

images

Andrologiya

Andrologiya urologiyanın bir qolu olub kişilərdə cinsi sferanın pozğunluqları ilə məşğul olur (prostatit, prostat vəzinin adenoması, erektil disfunksiya, kişi sonsuzluğu və s.)
Andrologiya şöbəmiz yüksəkixtisaslı mütəxəssisləri ilə  xidmətinizdədirlər.

Aşağıdakı şikayətlər olduqda androloqa müraciət etmək tövsiyə olunur:
-cinsi zəiflik
-ağrılı sidiyə getmə
-cinsiyyət orqanında səpgi və ya yara
-sidik yollarından ifrazat
-qanlı sidik
-xayalığın şişməsi
-xayada kəskin və ya küt ağrı
-sonsuzluq
-yırtıq (qasıq nahiyəsində)
-cinsi yolla keçən infeksiyalar (sifilis, qonorreya, ureaplasma, herpes və s.)

Cinsi zəiflik və ya erektil disfunksiya
Erektil disfunskiya və ya əvvəllər “impotensiya” kimi tanınan problem kişi cinsiyyət orqanının ereksiyasının davamlı çatışmazlığı nəticəsində cinsi əlaqəyə girmənin mümkünsüzlüyü ilə müşayiət olunur. Erektil disfunksiyanın bir problemə çevrildiyini müəyyən etmək üçün bu halın ən azı 3-6 dəfə təkrarlanması gərəkdir.

Potensiya ilə bağlı problem kimlərdə rast gəlinir?
2010-cu illərdə aparılmış tədqiqatlar göstərib ki, erektik disfunksiya yaşı 40-dan yuxarı olan kişilərin 30-40%-də rast gəlinir. Bu, o deməkdir ki, hər üç kişidən biri erektil disfunksiya problemi ilə üzləşir. Əgər gənc yaşlarda həmin problem daha yüngül formada özünü biruzə verirsə, yaşlaşdıqda problemin mahiyyəti və ciddiliyi artır.

Yaş artdıqca erektik disfunksiya hallarının tezliyi də artır
Araşdırmalardan müəyyən edilib ki, erektik disfunksiya və ya impotensiya yaşı 40-49 arası olan hər 100 kişinin 17-də rast gəlirsə, yaşı 50-59 arası olanların 35-də, yaşı 60-69 arası olanların isə 70%-də rast gəlinir. 70 yaşdan yuxarı olan şəxslərdə isə bu problem hər 5 kişidən 4-də qeydə alınır.

Bu o demək debil ki, daha gənc yaşlarda erektil disfunksiya rast gəlmir. Sadəcə, yaşı 40-dan aşağı olan kişilərdə bu problem az qeydə alınır və yaşı 40-dan yuxarı olanlarla müqayisədə daha yüngül formada keçir.

Cinsi zəifliyə səbəb olan xəstəliklər hansılardı?
Cinsi zəifliyə səbəb olan faktorlar sırasında ilk yerdə ürək-damar xəstəlikləri durur (40%). Bundan əlavə, erektil disfunksiya hallarının 30%-də səbəb şəkərli diabetdir. Müxtəlif dərman preparatları (10%), keçirilmiş əməliyyatlar (8%), sinir xəstəlikləri (5%), testosteron çatışmazlığı (3%) da erektil disfunksiyaya səbəb olur.

Yanaşı xəstəlikləri olmayanlarla müqayisədə, şəkərli diabet xəstələrində erektil disfunksiya 4 dəfə çox, prostat vəzinin böyüməsi olanlarda 3 dəfə çox, ürək-damar xəstəlikləri olanlarda 2 dəfə çox, qanda yüksək xolesterini olanlarda 1.5-2 dəfə çox, yüksək qan təzyiqi olanlarda 1.5-2 dəfə çox, siqaret çəkənlərdə isə 1.5 dəfə çox rast gəlinir.

Müalicə metodları
Erektil disfunksiya şikayəti ilə müraciət edən pasiyentlərin hərtərəfli müayinəsi əsasında problemin səbəbi və səbəbkar faktorlar müəyyən edilir və müvafiq müalicə planı hazırlanır.

Adətən, pasiyentlərin 70%-də müvafiq həblərin qəbulu ilə aparılan dərman terapiyası sayəsində erektil disfunksiyanın uğurlu müalicəsi təmin edilir.
Şəkərli diabeti olanlarda isə terapiyanın effektivliyi 30-50%-dək enir. Həblərlə aparılan müalicə effekt verməyən xəstələrin bir qismində inyeksion terapiya (dərmanların əzələ və ya venadaxili yeridilməsi) uğurla tətbiq olunur.

Son dövrlərdə cinsi zəiflik hallarında “zərbə dalğalı” terapiya yaxşı nəticələrlə tətbiq olunmağa başlayıb. Dərman qəbulundan imtina edən pasiyentlərdə, habelə cərrahi müalicədən əvvəl “zərbə dalğalı terapiya” istifadə edilə bilər. “Zərbə dalğalı terapiya”nın əsasını kişi cinsiyyət oranına qan axınının artması təşkil edir.
 

Telefon
WhatsApp
İnstagram
Telegram