Radiologiya

images

Radiologiya

Radiologiya şöbəsi müasir tibbin tələblərinə cavab verən, ən müasir texnologiyalı Rəqəmsal Rentgen, Mammoqrafiya, Ultrasonoqrafiya (USM), Kompüter Tomoqrafiya (KT), Maqnit Rezonans Tomoqrafiya (MRT) cihazları ilə təchiz olunmuşdur.

Bu cihazlar vasitəsi ilə şöbədə geniş spektrli müxtəlif diaqnostik müayinələr və müalicəvi invaziv müdaxilələr həyata keçirilir.

Xidmətlərimiz:

* Maqnit Rezonans Tomoqrafiya (MRT) - orqan və müxtəlif toxumalarda patoloji proseslərin lokallaşma və yayılma dərəcəsini müəyyənləşdirməyə, müxtəlif patofizioloji proseslərin dinamikasını izləməyə, işlərin stereotaksik biopsiyasını həyata keçirməyə, müalicənin nəticələrini qiymətləndirməyə imkan verir. Üstünlüklər – yüksək diaqnostik effektivliyi; şüalanma istifadə olunmur; hətta ölçüsü bir neçə millimetr olan obyektin təsvirini görmək olur; baş beyin və onurğa beyni, qaraciyər, mədəaltı vəzi, böyrəküstü vəzilər, kiçik çanaq orqanları və s. üzvlərin istənilən patologiyasını vaxtında aşkar etməyə imkan verir.

Süd Vəzi MRT-si Diaqnoz Tibb Mərkəzində!
Dəqiq Görüntü, Etibarlı Nəticə!

* Süd vəzi MRT-si (Maqnit Rezonans Tomoqrafiyası) süd vəzinin yüksək dəqiqliklə müayinəsinə imkan verən müasir görüntüləmə üsuludur. Bu müayinə süd vəzi xərçənginin erkən aşkarlanması, implantların vəziyyətinin qiymətləndirilməsi və şübhəli halların daha dəqiq araşdırılması üçün istifadə olunur.

Diaqnoz Tibb Mərkəzində həyata keçirilən süd vəzi MRT müayinəsi yüksək keyfiyyətli görüntülər əldə etməyə və diaqnozun dəqiqləşdirilməsinə kömək edir.
✔ Şüalanma yoxdur
✔ Yüksək görüntü keyfiyyəti
✔ Erkən diaqnostika imkanı

Kompüter Tomoqrafiya (KT) 

Diaqnoz Tibb Mərkəzində artıq Siemens Healthineers SOMATOM go.Top – süni intellekt texnologiyası ilə təchiz edilmiş yeni nəsil 128 kəsikli (128-slice) Kompüter Tomoqrafiyası (KT) xidmətinizdədir.

✨ Üstünlüklərimiz:

✔️ Süni intellekt dəstəyi ilə daha sürətli və dəqiq müayinə

✔️ Daha az şüalanma, daha yüksək görüntü keyfiyyəti

✔️ Peşəkar həkim və təcrübəli tibb heyəti tərəfindən yüksək standartlarda xidmət

✔️ Yüksək sürətli görüntüləmə və etibarlı nəticələr

✔️ Kardioloji KT və koronar angioqrafiya

✔️ Beyin və periferik angioqrafiya

✔️ Travma və təcili yardım müayinələri üçün geniş imkanlar

SOMATOM go.Top cihazı TwinBeam Dual Energy, Tin Filter və myExam Companion süni intellekt texnologiyaları sayəsində müayinələrin keyfiyyətini, sürətini və diaqnostik dəqiqliyini yeni səviyyəyə qaldırır.

Daha az şüalanma. Daha dəqiq diaqnoz. Daha etibarlı nəticə!

5-10 saniyə ərzində incə kəsiklərlə görüntü əldə edilməsi və lazım gələrsə kontrastlı incələmə sayəsində həkimin qısa zaman ərzində pasiyentin sağlamlığı barədə ətraflı informasiya eldə etməsinə kömək edir. Xüsusilə patologiyaların dəyərləndirilməsində üç-fazalı KT görüntüləri son dərəcə vacib məlumatlar verə bilir. 

* 3D TOMOSİNTEZ RƏQƏMSAL MAMMOQRAFİYA DİAQNOZ TİBB MƏRKƏZİNDƏ!

3D TOMOSİNTEZ — süd vəzi sağlamlığının qorunması, erkən aşkarlama və dəqiq diaqnostik qiymətləndirmə üçün müasir görüntüləmə texnologiyasıdır.

???? 3D görüntüləmə – süd vəzisinin toxumalarını dəqiq qiymətləndirməyə imkan verir

???? Yüksək görüntü keyfiyyəti

85 µm piksel ölçülü amorf selen detektorlar sayəsində süd vəzi toxumasının daha xırda detallarını aydın görmək mümkündür.

???? Müasir və intuitiv proqram təminatı – sürətli və effektiv müayinə

???? Çevik C-arm sistemi

Süd vəzinin müxtəlif sahələrinin, o cümlədən çətin görüntülənən nahiyələrin daha ətraflı qiymətləndirilməsinə imkan yaradır.

???? 2D + 3D Combo Mode

Bir kompressiya zamanı həm 2D mammoqrafiya, həm də 3D tomosintez görüntüləri əldə edilə bilər.

???? Minimal kompressiya

Müayinə zamanı pasiyentin rahatlığını nəzərə alan müasir yanaşma.

???? Beynəlxalq təcrübəyə malik

Diaqnoz Tibb Mərkəzinin Radioloqu

Dr. Könül Məmmədova tərəfindən müasir görüntüləmə texnologiyası ilə müayinə olunun.

???? SÜD VƏZİ XƏRÇƏNGİNİN ERKƏN AŞKARLANMASI HƏYAT XİLAS EDİR!

Süd vəzi sağlamlığınızı bu gün yoxladın, gələcəyinizi qoruyun!

 

* Şöbədə mövcud olan rentgenoskopiya  rəqəmsal xüsusiyyətlidir. Rentgen müayinələri həyata keçirilən zaman radiolojik görüntü və informasiya sistemdə saxlanılır.

Diaqnoz Tibb Mərkəzində rentgen müayinələri uzun illər hərbi tibbdə fəaliyyət göstərmiş təcrübəli rentgenoloq-radioloq Dr. Çingiz Məmmədov tərəfindən müasir Rəqəmsal Rentgen (Digital X-Ray) avadanlığı ilə həyata keçirilir.

???? Rentgenoqrafiya ağciyər xəstəliklərinin diaqnostikası və izlənilməsində geniş istifadə olunur. Eyni zamanda sümük-oynaq sistemi travmaları, sınıq və çatların aşkarlanması, onurğanın degenerativ dəyişikliklərinin, müxtəlif törəmələrin və anadangəlmə skelet patologiyalarının müəyyən edilməsində mühüm rol oynayır.

???? Rəqəmsal rentgen texnologiyası sayəsində müayinə qısa müddətdə aparılır, minimal şüalanma dozası ilə yüksək keyfiyyətli görüntülər əldə edilir.

???? Ənənəvi rentgen cihazlarından fərqli olaraq, rəqəmsal sistem görüntülərin böyüdülərək daha detallı şəkildə qiymətləndirilməsinə imkan yaradır və diaqnozun dəqiqliyini artırır.

✅ Dəqiq diaqnostika
✅ Yüksək keyfiyyətli görüntü
✅ Peşəkar həkim heyəti
✅ Müasir tibbi avadanlıq
 

* USM cihazlar vasitəsilə ultrasəs və doppleroqrafiya müayinələri həyata keçirilir. 

 

 

Telefon
WhatsApp
İnstagram
Telegram