“eManat” şirkətində Diaqnoz Tibb Mərkəzi tərəfindən maarifləndirici seminar keçirilib
“Süd vəzilərin sağlamlığını qoruyaq!”
Müraciət etdikdən sonra sizinlə əlaqə saxlanılacaq.
Diaqnoz Tibb Mərkəzində Azərbaycanın tanınmış, xarici ölkələrdə təkmilləşmiş, peşəkar həkimlər, həmçinin müasir təcrübəli tibb heyəti xidmət göstərməkdədir. Çoxprofilli ambulator və stasionar xidmətləri özündə cəmləyərək müasir müayinə və müalicə metodları ilə yüksək səviyyəli xidmətlərimiz mərkəzimizin ən böyük üstünlüklərindəndir. Sağlamlığınızı peşəkarlara həvalə edin!
"Mən Yardımlı rayonu Çayüzü kənd sakini Rzayev Yaşılxan Davud oğlu Diaqnoz Tibb Mərkəzinin Baş Həkimi Ələddin Cabbarov Cənablarına və müalicə həkimlərimə dərin minnətdarlığımı bildirirəm.
Uzun müddət idi ki, mədə-bağırsaq sistemindən və dəri xəstəliyindən əziyyət çəkirdim. Diaqnoz Tibb Mərkəzinin baş həkimin müalicə işləri üzrə müavini, terapevt-hepatoloq Tofiq Əkbərov Şahbaz oğluna müraciət etdim, təcili bütün müayinələri edib, müalicəyə başladı. Məni dəri xəstəliyimə görə Diaqnoz Tibb Mərkəzinin 108-ci otağında əyləşən dermatoloq Səidə xanım Əmirovanın yanına göndərdi. Çox sağ olsun Səidə xanım ilk baxışdan mənim diaqnozumu müəyyənləşdirdi. İşində peşəkar olan dəyərli həkimlərin düzgün təyin etdiyi diaqnoz və uğurlu müalicələri nəticəsində mən sağaldım. İndi özümü yaxşı hiss edirəm. Çox sağ olun ki, belə bacarıqlı, təcrübəli və insani keyfiyyətləri olan həkimləriniz var.
Hörmətli Ələddin Cabbarov, ölkəmizdə səhiyyənin inkişafı və tərəqqisi naminə gördüyünüz bütün işlərdə nəsibiniz hər zaman uğur olsun.
Allah Sizləri qorusun, həmişə var olun.
Hörmətlə,
Rzayev Yaşılxan Davud oğlu".
“Süd vəzilərin sağlamlığını qoruyaq!”
Kişilərdə androloji və cinsi problemlərin ən müasir müalicə metodu Diaqnoz Tibb Mərkəzində!