Dr_Vüqar Mirzəliyev

Dr_Vüqar Mirzəliyev /

TƏHSİLİ
1997-2003-cü illərdə Azərbaycan Dövlət Tibb Universitetində təhsil almışdır. Onkoloq T.Abbasov adına Bakı ş. Onkoloji Dispanser, Onkologiya, Həkim-interna –
2003—2004 illər P.L.Şupik adına Diplomdansonrakı Milli Tibb Akademiyası, Neyrocərrah – 2004—2009 illər.

İŞ TƏCRÜBƏSİ

2002—2003 illərdə doktor T.Abbasov adına Bakı ş. Onkoloji Dispanserdə Onkoloq işləyib.

2003—2005 illər-ci illərdə 050 saylı hərbi hissə Tabur Həkimi işləyib

2006 ildən 2018-ci ilədək Mərkəzi Klinikada həkim-neyrocərrah işləmişdir.

2018-ci ildən indiyədək Caspian İnternational Klinikasında çalışır.

2022-ci ildən indiyədək Diaqnoz Tibb Mərkəzində çalışır.

İŞTİRAK ETDİYİ TƏKMİLLƏŞMƏ KURSLARI:
Neyrocərrahiyyə Allgemeinen Krankenhaus (Avstriya, Viena, 2011 il).

ƏSAS FƏALİYYƏT İSTİQAMƏTİ:
1) BEYİN CƏRRAHİYYƏSİ:
Beyin cərrahiyyəsinin məşğul olduğu problemlər:
Beyində və onurğada olan şişlər
Beyin toxumaları və onurğanı qidalandıran damarlarda olan patologiyalar (damarlarda olan genəlmələr və ya daralmalar, patoloji damar yumaqları)
Anadangəlmə sinir sistemi patologiyaları (meninqomielosel-onurğa beyni və sinirlərin bədən xaricdəki kisə içində yerləşməsi; hidrosefaliya-beyin onurğa beyni mayesinin artması; doğuşdan sonra olan kəllənin şəkil pozğunluğu)
Bel disk yırtığı-beldə və ayaqda kəskin ağrılar , keylik , hərəkət məhdudluğu ilə müşahidə olunan onurğa patologiyaları;
Boyun disk yırtığı -boyun ,çiyin,qollarda ağrı , keylik ,hərəkət məhdudluğu olan onurğa patologiyaları;
Kəllə-beyin travmaları
Onurğa beyni zədələnmələri;
Periferik sinir sıxılmaları, travmaları
Beyin qanamaları
Trigeminal nevralgiya- üz nahiyyəsində olan şimşək çaxar tərzdə olan ağrılar müşahidə olunan patologiya.

2) ONURĞA PROBLEMLƏRİ:
Hazırda neyrocərrahiyyədə ən çox rast gəlinən xəstəlik bel və boyun yırtığıdır.
Onurğa sürüşmələri, fəqərəarası disk yırtıqları, onurğa travmaları və s

Telefon
WhatsApp
İnstagram
Telegram