Pediatr-endokrinoloq Günay Cəbrayılova

Novruz bayramı ilə əlaqədar Mart ayının sonuna kimi pediatr-endokrinoloq Günay Cəbrayılovanın müayinəsi ödənişsizdir.

İş günləri:həftənin 2-4-6 cı günləri saat 14:00-18:00

Məşğul olduğu sahələr:

  • Boy qısalığı
  • Cinsi inkişaf geriliyi
  • Vaxtından əvvəl cinsi inkişaf
  • Şəkərli diabet
  • Şəkərsiz diabet
  • Qalxanabənzər vəz xəstəlikləri (zob)
  • Kalsium çatışmamazlığı
  • Raxit
  • Böyrəküstü vəz xəstəlikləri
  • Prolaktin yüksəkliyi
  • Qızlarda tüklənmə, aybaşı pozğunluğu
  • Piylənmə və s.

 

 

 

 

 

 

 

 

Ezofagial və anorektal manometriya

Həkim qastroenteroloqlar və xəstələrin nəzərinə.
Azərbaycanda ilk dəfə ezofagial(qida borusu) və anorektal manometriya müayinəsi Diaqnoz Tibb Mərkəzinin müasir avadanlıqlarla təchiz olunmuş Qastroenterologiya şöbəsində aparılır.
Ezofagial manometriya
Ezofagial manometriya ezofaqus (qida borusu) xəstəliklərində diaqnostik məqsəd ilə Avropa ölkələrində 20 ildən çoxdur tətbiq olunur. Bu test qida borusu təzyiqinin , kordinasiyasının və peristaltikasının həm keyfiyyət , həm də patalogiyalarının dəyərləndirilməsinin müayinəsidir. Monometriya yüksək dərəcədə texnik bir diaqnostik yöntəmdir, endoskopik və radioqrafik müayinələrdən fizolojikdir. Endoskopik və radioqrafik təyin olunmayan patologiyaları asanlıqla təyin edir.
Ezofagial manometriyaya göstərişlər aşağıdakıklardır.
-Udma çətinliyi(Disfogiya)
-Udma zamanı ağrı(Odinoqrafiya)
-Ürəklə bağlı olmayan döş qəfəsi ağrısı
-Axalaziya
-Diffuz ezofagial spazm
-Sklerodermiya
-Qida borusu yırtığı(Hiatel Hernia)
-Reflüks əməliyyatından öncə
-Qastroezofagial reflüks xəstəliyi(QERX)
-Distal qida borusu spazmı(Jackhammer ezofagus)

Anorektal manometriya
Anorektal funksiyaları dəyərləndirmək üçün müxtəlif testlər istifadə olunur. Bu testlərdən ən ətraflı məlumat verən anorektal manometriya (ARM) və balon atma (BAT) testidir. Anorektal manometriya testi anorektal ağrıya səbəb olan defeksiyaya təsir edən pozğunluqların patofiziologiyasına dayanaraq yararlı məlumat verir . üzərində təzyiq sensoru olan manometrik katetr anal kanal və rektuma aid patologiyaları təyin edən yöntəmdir.
Anorektal manometriyaya göstərişlər aşağıdakılardır:
– Qəbzlik
– Xroniki ishal
– Nəcis qaçırma
– Qaz qaçırma
– Kolostomadan öncə və sonra anusun fəaliyyəti