Endometrioz

orqan ve toxumalarında inkişaf etməsilə xarakterizə olunur. Endometrioz -menstruasiya görən qadınlar arasında 6,2 – 50% tezlikdə rast gəlinir. Sonsuzluğa görə endometrioz qadın cinsiyyət orqanlarının iltihabi xəstəliklərindən sonra ikinci yeri tutur. Endometriozun əmələ gəlməsində bir çox nəzəriyyələr var. Alimlərin ən çox üzərində durduğu nəzəriyyə aybaşı qanın retroqrat olaraq uşaqlıq boruları vasitəsilə qarın boşluğuna axması nəticəsində əmələ gəlməsi nəzəriyyəsidir. Lakin endometrioz ocaqların daxili orqanlarda əmələ gəlməsi orqanizmin muqavimətindən, huceyrə immunitetindən asilidir. Digər nəzəriyyə genetik-irsi nəzəriyyədir. Endometriozlu xəstələrin əsas şikayətlərindən 1-cisi ağrı sindromudur. Xəstələrdə aybaşidan bir iki gün əvvəl və aybaşı zamanı kəskin agrılar olur, ağrıkəsicilərdən istifadə edirlər. Cinsi əlaqə zamanı ağrılardan şikayət edirlər.

2-cisi sonsuzluqdur. Endometrioz zamanı uşaqlıq borularında və yumurtalıqlarda bitişmələr, qatı tərkibli kistalar (şokalad kistaları) əmələ gəlir. Yumurtalıqlarda ovuliasiya getmir.

3-cüsü hemoraqik sindrom – xəstələrdə menstrasiyadan əvvəl və sonra tünd rəngli ifrazatın gəlməsi və qanaxmaların olması ilə xarakterizə olunur. Muayinə zamanı xəstələrdə uşaqlıq böyumuş ağrılı olur. Endometriozun diaqnozunun qoyulmasında ultrasəs muainəsi, MRT, kolposkopiya, histeroskopiya əhəmiyyət kəsb edir. Laborator analizlərdən onkomarkelər: CA-125, CA-153, CA-199 əhəmiyyət kəsb edir. Endometriozun müalicəsində qadının yaşı, fərdliliyi, endometriozun yayılma dərəcəsi Xəstəliyin müddətini nəzərə almaq lazimdir. Müalicə konservativ (dərman vasitəsilə) və cərrahi üsulla aparılır. Dərman müalicəsində hormonal preparatlardan istifadə olunur. Endometrioz, adenomiyoz və uşaqlıq miomasının müalicəsində ən cox əhəmiyyət kəsb edən uşaqlıq daxili spiral -“MİRENA” qoyulmasıdır. “MİRENA” – həm dərman qəbulun azaldır və uzun müddət yəni 5 il müddətində uşaqlıq daxilinə tsiklik rejimdə hormon ifraz edir. Bu endometrioz ocaqlarının miomaların olcüsünün kiçilməsinə və tamamilə yox olmasına gətirib çıxarır. Cərrahi müalicədən endometrioz kistalarının və bitişmələrinin müalicəsində istifadə olunur. Bizim klinikada endometriozun cərrahi müalicəsində yüksək səviyyədə laproskopik üsulla aparılır. Cərrahi müalicədən sonra mütləq 9 ay – 1 il müddətində hormonal dərmandan istifadə olunmalıdır.

Gülnar Ağayeva

(Həkim-Ginekoloq)