Xalq artisti Əli Nur

Azərbaycan Respublikasının xalq artisti, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosenti, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Azərbaycan teatr aktyoru Əli Nurzadə (Əli Nur) Diaqnoz Tibb Mərkəzinin peşəkar və yüksəkixtisaslı həkimləri tərəfindən müayinə olunub.

Əli Nurun oğlu Rövşən Nurzadə 6 noyabr 2020-ci ildə Şuşa uğrunda gedən döyüşlərdə qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalmışdır.

Bütün Şəhidlərimizin müqəddəs ruhu qarşısında baş əyirik! Allah şəhidlərimizə rəhmət eləsin.