Ginekoloq Dr. Gülnar Ağayeva

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva və Diaqnoz Tibb Mərkəzinin Ginekoloqu Dr. Gülnar Ağayeva

Həkim-fleboloq Milana Rizaxanova

Diaqnoz Tibb Mərkəzinin həkim-fleboloq Milana Rizaxanovanı doğum günü münasibətilə təbrik edir, ona uzun ömür, gələcək fəaliyyətində uğurlar arzu edirik!
Qeyd edək ki, Diaqnoz Tibb Mərkəzində fəaliyyət göstərdiyi illər ərzində Milana Rizaxanova üzərinə düşən öhdəlikləri layiqincə yerinə yetirib, yüksək insani keyfiyyətləri ilə kollektivin böyük hörmətini qazanıb.

Almaniyadan dəvət olunmuş qastroenteroloq Diaqnoz Tibb Mərkəzində pasiyentləri ÖDƏNİŞSİZ qəbul edəcək

Pasiyentlərin və həkim-qastroenteroloqların nəzərinə!

Almaniya Federativ Respublikası Höküməti tərəfindən maliyyələşən SES proqramı çərçivəsində Almaniyadan dəvət olunmuş tibb elmləri doktoru, qastroenteroloq Michael Harlin 11 aprel 2022-ci il tarixindən 1 may 2022-ci il tarixinədək Diaqnoz Tibb Mərkəzində mədə-bağırsaq xəstəliklərinin diaqnostikasını və intervension endoskopiyasını həyata keçirəcək.

Müayinələr Diaqnoz Tibb Mərkəzinin həkim-qastrentoloqları ilə birgə həyata keçiriləcəkdir.

Qeyd edilən tarixlərdə həkim-qastrornteroloqlarla elmi və təcrübə mübadilə günü təyin ediləcəkdir.

Həkimin qəbulu ödənişsizdir!

Qəbula say məhdudiyyəti olduğundan öncədən qeydiyyatdan keçmək mütləqdir.

 

Tel: 904, +994 55 754 43 03

Veb-sayt: www.diaqnoz.az

Ünvan: Bakı, Xətai rayonu, Əhmədli, Sarayevo küçəsi, 38C

ENDİRİM!!!

Diaqnoz Tibb Mərkəzində Bahar Bayramları münasibəti ilə elan edilmiş endirim kampaniyası davam edir!
Mərkəzimizin travmatologiya-ortopediya şöbəsində bütün növ əməliyyatlar o cümlədən 4-cü dərəcə artroz xəstələrini ağrıdan həmişəlik qurtulmasının yeganə həlli olan bud-çanaq və diz protezləşdirilməsi 20% endirimlə icra edilir.
Əməliyyatlar bu sahədə böyük uğurlar əldə etmiş peşəkar travmatoloq-ortopedlər tərəfindən icra edilir.
23 mart – 20 aprelə tarixlərin endirimdən yararlana bilərsiniz!
904
+994 55 754 43 03
Bakı, Xətai rayonu, Əhmədli, Sarayevo küçəsi, 38C

Endokrinoloq Dr. Reyhan Mustafayeva

3 mart  pasiyentlərin böyük rəğbətini və etibarını qazanmış, tibb üzrə fəlsəfə doktoru, Diaqnoz Tibb Mərkəzinin peşəkar Endokrinoloqu Dr. Reyhan Mustafayevanın doğum günüdür!
Ürəkdən təbrik edir, uzun ömür, cansağlığı, fəaliyyətində müvəffəqiyyətlər arzu edirik!

GİNEKOLOJİ ƏMƏLİYYATLARA 20% ENDİRİM!

Diaqnoz Tibb Mərkəzi 8 mart- Beynəlxalq Qadınlar günü və Novruz Bayramı münasibəti ilə bütün ginekoloji əməliyyatlara 20% ENDİRİM elan edir!

Diaqnoz Tibb Mərkəzində təcrübəli həkimlər tərəfindən bütün açıq və qapalı ginekoloji əməliyyatlar icra olunur.

31 marta qədər endirimdən yararlana bilərsiniz!

Əlaqə üçün:
904
+994 55 754 43 03
Bakı, Xətai rayonu, Əhmədli, Sarayevo küçəsi, 38C

LOR ƏMƏLİYYATLARINA 20% ENDİRİM!

Diaqnoz Tibb Mərkəzinin LOR şöbəsi Bahar Bayramları münasibəti ilə LOR əməliyyatlarına, o cümlədən Septoplastika, Tonzillektomiya və Adenoidektomiya əməliyyatlarına 31 marta qədər 20% endirim elan edir!
Əməliyyatlar Türkiyənin Hacettepe Universitetinin yüksəkixtisaslı həkimi Uzman Dr. Məmməd Nəbiyev tərəfindən icra edilir. Qulaq, burun, boğaz sisteminin müayinəsi, xəstliklərinin profilaktika və müalicəsi üçün Diaqnoz Tibb Mərkəzinə müraciət edə bilərsiniz.
Əlaqə üçün:
 904
+994 55 754 43 03
 Bakı, Xətai rayonu, Əhmədli, Sarayevo küçəsi, 38C

ÖDƏNİŞSİZ GİNEKOLOQ MÜAYİNƏSİ

Hörmətli xanımlar,

Hər ayın sonuncu bazar günü saat 10:00-14:00 Diaqnoz Tibb Mərkəzinin Cərrah Mama-Ginekoloqu Dr. Mesed Əliyevanın müayinəsi ödənişsiz olacaqdır.

Müayinədə iştirak etmək istəyənlərin öncədən yazılmaları mütləqdir!

904
+994 55 754 43 03
www.diaqnoz.az
Bakı, Xətai rayonu, Əhmədli, Sarayevo küçəsi, 38C

Ginekoloq Dr. Ramilə Abbaszadə

Bu gün işinin peşəkarı, pasiyentlərinə maksimum diqqət və məsuliyyətlə yanaşan, Diaqnoz Tibb Mərkəzinin dəyərli ginekoloqu Dr. Ramilə Abbaszadənin doğum günüdür! Ürəkdən təbrik edir, uzun ömür, cansağlığı, fəaliyyətində müvəffəqiyyətlər arzu edirik!

 

Qaliblərin dostları çox olur

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 12-də yerli televiziya kanallarına müsahibə verib.

Dövlətimizin başçısı müsahibədə jurnalistlərin Azərbaycanda 2021-ci ildə iqtisadi, sosial sahələrdə görülən işlərə, Azərbaycan ilə Ermənistan arasındakı münasibətlərə, işğaldan azad edilmiş ərazilərdə aparılan yenidənqurma işlərinə, ölkəmizin xarici siyasətinə və digər məsələlərə dair suallarını cavablandırıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevbildirmişdir ki, bu gün beynəlxalq təşkilatlar – BMT, Qoşulmama Hərəkatı, ATƏT, Avropa İttifaqı, MDB yeni reallıqları tamamilə qəbul ediblər. Azərbaycan müharibəni ləyaqətlə, beynəlxalq humanitar normaları pozmadan aparıb. Erməni tərəfindən dinc əhali arasında itki az olub. Olan qurbanlar da yalnız müharibədə iştirak edən dinc vətəndaşlar olub. Erməni tərəfi isə hücumlar edib, şəhərlərimizi daim bombalayıb. Təkcə Tərtərə 16 min mərmi düşüb.

Ermənistanın yenə də ATƏT-in Minsk qrupunun həmsədrlərindən təkliflər gözləməsidir. Reallıq budur ki, Dağlıq Qarabağ münaqişəsi artıq keçmişdə qalıb. Yeni geosiyasi reallıqlar yaranıb. Dövlətimizin başçısı İlham Əliyev sözügedən müsahibəsində müharibənin başa çatmasından ötən bir ildə beynəlxalq birliyin həmin reallıqların qəbulu ilə bağlı reaksiyasının qaneedici olduğunu bildirir. Həm işğaldan azad edilmiş ərazilərdə bərpa və quruculuq işlərinə start verildi, həm də ədalətə və beynəlxalq hüquqa söykənərək münaqişənin artıq keçmişdə qaldığı, yeni səhifənin açılması zamanı olduğu təsdiqləndi. Daim irəli baxan Azərbaycan işğalçı Ermənistanı da keçmişlə yaşamamağa, gələcəklə bağlı addımlar atmağa çağırır.

İşğaldan azad edilmiş ərazilərə dərhal müxtəlif ölkələrdən olan diplomatların, jurnalistlərin, ictimaiyyət nümayəndələrinin təşkil edilmiş səfərlər erməni siyasətinin əsl simasını ifşa etmişdir. Ölüləri qəbirdən çıxarıb onların qızıl dişlərini çıxartmaq, qəbirüstü daşları sındırıb qonşu ölkələrə satmağa aparmaq, məscidləri dağıtmaq, orada donuz saxlamaq kimi mənzərələr çox acınacaqlıdır.Azərbaycanın fəal diplomatik fəaliyyəti nəticəsində bu reallıqların dünyada qəbul edilməsinə şərait yaradıldı. Dünya Azərbaycan xalqının öz torpağına nə qədər sadiq olduğunu, hər şeyə – qurbanlar verməyə də, böyük riskə də nə dərəcədə hazır olduğunu gördü. İkinci Qarabağ müharibəsi təkcə ərazilərin azad edilməsi, təkcə milli ruhun oyanması və ləyaqət hissinin qaytarılması demək deyil, bu, çox böyük multiplikativ, müsbət effektdir.

Ötən ilin 18 yanvar tarixində Azərbaycan artıq vaksinləri əldə etdi. O vaxt vaksinləri ölkəyə gətirmək də çox böyük problem idi, indiki kimi deyildi. Çünki vaksinlər çox məhdud sayda idi və birinci mərhələdə qardaş Türkiyə bizə böyük köməklik göstərdi. Türkiyə vasitəsilə “Sinovac” vaksinlərini ölkəyə gətirdik və peyvəndləmə prosesinə start verdik. Ondan sonra həm “Sinovac”la, həm “Pfizer”lə birbaşa kontraktlar bağladıq. Əsas bu vaksinlərdən istifadə olunur və biz tibb sahəsindəki imkanlarımızı da böyük dərəcədə genişləndirdik. 18 yaşdan yuxarı olan əhalinin 64 faizi artıq iki doza ilə vaksinasiya olunub. Eyni zamanda, buster dozasını 1 milyon 500 mindən çox adam alıb. Üç dəfə vaksinin vurulması hər kəsə tövsiyə olunur.

Ölkəmizə modul tipli xəstəxanalar gətirildi, Yeni Klinika COVID xəstələrinin sərəncamına verildi. Azərbaycanxəstəxanalarında COVİD xəstələrini qəbul etmək üçün 10 min çarpayı bazası mövcuddur ki, onlardan cəmi 10 faizi doludur. 9 min çarpayı boşdur. Önəmli məsələ reanimasiya yerləri ilə bağlıdır. Ölkəmizdə 875 reanimasiya yeri var, onlardan 26 faizi doludur. Buna görə demək olar ki, bütün məhdudiyyətlər aradan qaldırılıb.Azərbaycan əhalisi də özünü çox məsuliyyətlə aparır və bizdə hər hansı bir anti-COVID meyilləri, anti-COVID kampaniyaları yoxdur.

Dünya aviasiya sistemində qaydalar var və mövcud dəhlizdən istifadə etmək olar. Zəngəzur dəhlizinin hava versiyasını həyata keçirərək Naxçıvana uçan təyyarələr həm vaxta, həm də yanacağa qənaət edirlər. Zəngəzurdəhlizi sadəcə olaraq, dəmir yolu deyil. Bu dəhlizdən həm dəmir yolu keçəcək, həm avtomobil yolu keçəcək. Gələcəkdə oradan Naxçıvana elektrik xətlər çəkiləcəkdir. Sonra ola bilsin ki, qaz xətləri də oradan keçsin. Aparılan siyasət nəticəsində “Zəngəzur dəhlizi” termini beynəlxalq leksikona da daxil edilib.

Azərbaycan hər zaman beynəlxalq hüququn aliliyini müdafiə edir. Münaqişələr uzun müddət həll olunmayanda, bu münaqişələrlə məşğul olanlar və ümumiyyətlə, beynəlxalq aləm bu münaqişələrdən yorulur. Bu yorğunluq indi digər münaqişələrdə də hiss olunur.Azərbaycan öz gücünə güvənməli və gücünü artırmalıdır.

Əgər əvvəlki dövrlərdə bunu hansısa bəyanatlarla pərdələmək istəyirdilərsə, bu gün bu da yoxdur. Bu siyasi sinizmdir. Bəzi ölkələr ki, beynəlxalq hüquqa inanıb və buna aldanıb və gözləyir ki, kimsə gələcək onların yerinə onların problemlərini həll edəcək.Onlar indi peşmançılıq çəkirlər.

Azərbaycan dünya təsisatlarının – BMT və İkinci Dünya müharibəsindən sonra yaradılmış digər təsisatların fəaliyyətində fəal iştirak edəcək. Artıq Qarabağ problemi kimi ağır yük ölkənin çiyinlərindən düşüb.

“Hazırda, Dağlıq Qarabağ münaqişəsinin tarixə qovuşduğu bir zamanda ATƏT-in Minsk qrupunun fəaliyyətinə ehtiyac varmı? Prezidentin “Onlar üçün nə qədər çətin olsa da, bu yeni reallığı qəbul etməlidirlər. Bilməlidirlər ki, onlar bundan sonra Qarabağ məsələsi ilə məşğul olmayacaqlar. Çünki buna biz imkan verməyəcəyik” mesajı özündə bütün məqamları ehtiva edir. Artıq göründüyü kimi, ATƏT-in Minsk qrupunun fəaliyyətsizliyi Azərbaycan dövlətini narahat etmir. Ölkəmizin qalib tərəf kimi diktə etdiyi yeni reallıqlar dünya gücləri tərəfindən qəbul olunaraq dayanıqlı sülhün və təhlükəsizliyin təmin olunması üçün Azərbaycan tərəfindən Ermənistana təklif olunan sülh müqaviləsinin imzalanmasına dəstək göstərməyə hazır olduqlarını bildirirlər.

Diaqnoz Tibb Mərkəzinin baş həkimi

Cabbarov Ələddin Sədir oğlu 

 

 

https://www.xalqcebhesi.az/news/politics/97032.html

https://aia.az/56622-lddin-cabbarov-qaliblrin-dostlar-cox-olur.html