Milli Qurtuluş Günü ilə bağlı tədbir

Milli Qurtuluş Günü ilə bağlı tədbir

Diaqnoz Tibb Mərkəzinin Yeni Azərbaycan Partiyası (YAP) ərazi təşkilatı üzrə sədri Rəvanə Bağırova və sədr müavini Sədaqət İsmayılova Xətai rayonunda Milli Qurtuluş Günü ilə bağlı tədbirdə iştirak ediblər

İyunun 13-də Xətai Rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının və “Qeyd-Sosial Maarifləndirmə” İctimai Birliyinin birgə təşkilatçılığı ilə Xətai rayonundakı Heydər Əliyev adına parkda “Unudulmaz Lider” adlı foto-sərgi keçirilib. Sərgidə Ulu Öndərin həyatının müxtəlif illəri ilə bağlı məqamların əks olunduğu xalçaların fotosu nümayiş olunub.

Əvvəlcə Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə, YAP İdarə Heyətinin üzvü Əfsun Sucayev, Milli Məclisin deputatı Vüqar İskəndərov, Elm və Təhsil Nazirliyinin Akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun direktoru, akademik Vaqif Abbasov, digər idarə və müəssisələrin rəhbərləri, partiya fəalları Ümummilli Lider Heydər Əliyevin adını daşıyan parkda abidəsi önünə əklil və qızıl gül dəstələri qoyublar.

Qeyd edək ki, sözügedən sərgi Xətai Rayon İcra Hakimiyyətinin və YAP Xətai rayon təşkilatının birgə təşkilatçılığı ilə 15 İyun - Milli Qurtuluş Günü ilə bağlı rayon ərazisində keçirilən silsilə tədbirlərin tərkib hissəsidir. Tədbir iştirakçıları dahi şəxsiyyət Heydər Əliyevin adını daşıyan parkda Ümummilli Liderin müasir müstəqil Azərbaycanın bugünü və gələcəyi üçün gördüyü titanik işləri, Vətən, torpaq, xalq sevgisini özündə əks etdirən foto-sərgiyə baxış keçiriblər. Bu kimi tədbirlər Azərbaycanın Zəfərlərə qovuşduran Heydər Əliyev siyasətinin ölkəmizə qazandırdığı uğurların təbliğində mühüm rol oynayır.

TədbirdəSarayevo küçəsi 38 C ünvanı üzrə ərazi partiya təşkilatının sədri Rəvanə Bağırova və sədr müavini Sədaqət İsmayılova da iştirak ediblər.