Dr.Zahid Səfərov
Ortoped-Travmatoloq

Təhsil:

2005-ci ildə Azərbaycan Tibb Universitetini bitirib;

2005-2007-ci illərdə Moskva şəhər Sklifovski adına ETİ-nda təkmilləşmə kursu keçib;

İş təcrübəsi:

2009-2010-cu illərdə Mərkəzi Klinik Xəstəxanada çalışıb;

2010-cu ildən “Diaqnoz Tibb Mərkəzi” MMC-də Həkim Travmatoloq-ortoped vəzifəsində çalışır.

Kurslar:

Antalya Akdeniz Universiteti  Artroskopiya kursu

Baku Artroplastika kursu

Tbilisi Ushaq Ortopediyasi Seminar

Xidmətlər:

  1. Artroskopiya və idman yaralanmaları(diz,çiyin)

Artroskopik diz əməliyyatları; meniskektomiya və menisk bərpası, ön çarpaz bağ, iç vəbayir yan bağ, kombinə olunmuş bağ yaralanmalari zamanı rekonstruksion əməliyyatlar. Qığırdaq yaralanmalarında artroskopik mikrofractur əməliyyatı.

Çiyin çıxığında artroskopik bankart bərpası, subakromial sixişma sindromu, rotator cuff bərpası  əməliyyatları.

  1. Onurğa cərrahiyyəsi.

Spondilolistezis, Spinal stenoz, onurga sınıqları, onurganın osteoparozu

  1. Uşaq ortopediyası və travmatologiyası.

Anadangəlmə bud çanaq oynağı çıxığı, əyripəncəlik, uşaq serebral iflic və myelomeninqosel zamani əmələ gələn deformasiyalar, anadangəlmə deformasiyalar, yastıpəncəlik, xoşxassəli şişlər, sınıqların konservativ və cərrahi müalicəsi.

  1. Artrozlar.

Bud çanaq və diz oynağı artrozlarının mualicəsi, bud çanaq və diz protezi əməliyyatları.

  1. Yuxarı və aşagı ətrafın travmaları

Bütün siniqların konservativ və cərrahı müalicəsi. Vətər, sinir, damar kəsikləri cərrahiyyəsi.

  1. Yuxarı və aşağı ətrafların ortopedik xəstəliklərı.

Halluks valqus, carpal tunel sendromu, tətik barmaq, çəkic barmaq, deformasiyalarin duzəldilməsi və saire.