PhD. Dr. Rəşad İsayev – European Academy of Dermatology and Venereolgy, International Dermoscopy Society – nın həqiqi üzvü olub, hal-hazırda Diaqnoz Tibb Mərkəzinin Dermatokosmetologiya şöbəsinin rəhbəri və Mediland Hospitalda həkim dermatoloq kimi fəaliyyət göstərir.

2014 – cü ilin may ayında “ Acne elementlərinin qarışıq mikrobiota ilə yoluxması zamanı Acne Vulgarisin patogenezinin xüsusiyyətləri ” mövzusunda tədqiqatlarını sonlandırıb və uğurla müdafiə edərək tibb üzrə fəlsəfə doktoru alimlik dərəcəsinə layiq görülmüşdür. Müxtəlif sayda elmi məqalələrin müəllifidir.

Əsas elmi və tibbi fəaliyyəti dərinin kəskin və xroniki xəstəliklərinin müasir müayinə və müalicə üsullarının araşdırılması, o cümlədən müxtəlif kosmetoloji proseduraların (botox, dolgu, laser, peeling və s.) tətbiq olunmasıdır.

2013 – cü ildə ABŞ – nın New York şəhərində Icahn School of Medicine at Mount Sinai Universitetinin Department of Dermatology and Dermatologic surgery bölməsində Cosmetic and Dermatologic Surgery, Procedural Dermatology Fellowship Program proqramı üzrə kursu uğurla bitirmişdir.

Həmin ildə ABŞ – nın The Harward Medical School, Department of Laser and Cosmetic Dermatology, Wellman Center for Photomedicine bölümünün təşkil etdiyi Laser and Aesthetic Skin Therapy Course adlı proqramda iştirak etmişdir.

Müxtəlif illərdə Avropanın qabaqcıl universitetlərində ( Bologna University, Salzburg University, İnnsbruck University, Graz University, Kings College of London, Royal Society of Medicine, Clinic Zentderma Monchengladbach, Donatello Day Surgery Clinic – Laser Training Department, “Andreas Syggros” Hospital of Cutaneous and Veneral Diseases ) kurslarda iştirak etmişdir.