Oftalmologiya – tibbin göz xəstəliklərinin diaqnostika, müalicə və profilaktikası ilə məşğul olan bir sahəsidir.

Diaqnoz Tibb Mərkəzinin “Göz bölməsi” -gözə özəl son texnoloji müayinə və müalicə cihazları ilə xidmət göstərilməkdədir.

  • Görmə itiliyinin və görmə qüsürlarının müayınəsi (miopiya, hipermetropiya, astiqmatizm, presbiopiya) kompyuterlə- avtorefraktometrlə diaqnostika,eynək və kontakt linzaların təyin edilməsi)
  • Gözdaxili təzyiqin ölçülməsi- (non-kontakt və kontakt tonometriya)
  • Korneanın (gözün şəffaf təbəqəsinin) qalınlığının ölçülməsi- (paximetriya)
  • Görmə sahəsinin kompyuter perimetri ilə müayinəsi -(perimetriya)
  • Gözün ön siqment strukturlarının biomikroskopik müayinəsi -(göz qapaqları və kirpiklər, gözyaşı aparatı, konyunktiva, kornea,ön kamera, bəbək, iris, büllur)
  • Göz dibinin müxtəlif üsul və cihazlar ilə müayinəsi- (oftolmoskopiya, flüoressein angioqrafiya, OCT-optik koherent tomoqrafiya, gözün ultrasonoqrafiyası) :

– anadangəlmə və qazanılma görmə qüsurları və xəstəlikləri
– şəkərli diabet
– hipertoniya
– beyin törəmələri
– optik neyropatiyalar
– yaşabağlı makulodistrofiyalar (“sarı ləkə” xəstəliyi) və b.

  • Gözün selikli qişasından götürülmüş yaxmanın əkilməsi və antibiotiklərə həssaslığının təyin edilməsi.

Şöbədə bir sıra göz xəstəliklərinin diaqnostika və müalicəsi aparılır:

  • Göz qapaqlarının xəstəlikləri – (göz qapaqlarının kəskin və xroniki infeksion xəstəlikləri, blefaritlər, xalazion və s.)
  • Gözün selikli qişasının – konyuktivanın bakterial, virus mənşəli və ya allergik ltihabı və s.
  • Göz yaşı vəzisinin, göz yaşı kisəsinin və kanalının xəstəlikləri
  • Buynuz qişanın (keratit), büllurun (katarakta), damarlı qişanın (irit, iridosiklit, uveit və s.) xəstəlikləri.
  • Torlu qişanın və görmə sinirinin xəstəlikləri
  • Qlaukoma, oftalmohipertenziya və hipotenziya və s.