Kardiologiya tibbin ürək-damar sisteminin quruluşu, funksiyası, xəstəlikləri, bu xəstəliklərin etiologiyası (səbəbləri), patogenezi (inkişaf mexanizmi),müayinə və müalicə üsullarını öyrənən sahəsidir.
Klinikamızda ürək-damar sisteminin bütün xəstəliklərinin müayinə və müalicəsi həkim kardioloqlar tərəfindən müasir tibbin son imkanları ilə uğurla aparılmaqdadır.
- ürəyin işemik xəstəlikləri
- arterial hipertenziya
- arterial hipotenziya
- revmatizm
- aritmiyalar
- perikardit
- miokardit
- endokardit
- kardiomiopatiyalar
- xroniki ürək çatmamazlığı
- neyrosirkulyator distoniya
- ateroskleroz
Diaqnoz Tibb Mərkəzində ürək-damar sistemi xəstəliklərinin diaqnostikası üçün aşağıdakı instrumental və laborator müayinə üsullarından istifadə edilir:
- EKQ
- Fasiləsiz EKQ (Holter monitorinq)
- Fiziki yük sınağı (Tredmil)
- Exokardioqrafiya
- Damarların doppleroqrafiyası
- Rentgen müayinə
- KT – kompüter tomoqrafiya
- Laborator diaqnostika (qanın ümumi analizi, revmotestlər, koaquloqramma, xolesterin, HDL, LDL, VLDL, triqliseridlər,ümumi lipidlər, troponin, KFK-MB, LDH, qanda qlükozanın təyini)