Şəhidlərimizin əziz xatirəsi yad edilib

Sentyabrın 27-də saat 12:00-da Diaqnoz Tibb Mərkəzinin rəhbərliyi və kollektivi tərəfindən Vətən müharibəsində canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi yad edilib.
Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canını fəda etmiş şəhid Nurəhməd Ulubəyovun xatirə lövhəsinin qarşısına əklil və gül çələngləri qoyulub.
Xalqımız hər zaman 27 Sentyabr – Anım Gününü böyük ehtiram və hörmətlə yad edəcək, şəhidlərimizin əziz xatirəsi daima qəlbimizdə yaşayacadır!
Şəhidlərimizin ruhu qarşısında baş əyirik!