Şəhid Nurəhməd Ulubəyovun xatirəsi anılıb

9 oktyabr Vətən müharibəsinə könüllü yollanaraq torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan Nurəhməd Hacıbəyovun xatirə lövhəsinin qarşısında ildönüm mərasimi keçirilib.
Şəhidin ildönümündə Diaqnoz Tibb Mərkəzinin baş həkimi Ələddin Cabbarov və kollektivi onun doğulub böyüdüyü evin qarşısında ucaldılmış abidəsini ziyarət edib, abidənin önünə əklil qoyublar.
Qeyd edək ki, şəhid Nurəhməd Ulubəyov Füzuli-Cəbrayıl-Xocavənd rayonları istiqamətində gedən döyüşlərdə qəhrəmanlıq göstərib və əks hücum əməliyyatında şəhid olub. Bakının ikinci Fəxri xiyabanında dəfn edildi.
Vətənin qəhrəman oğlu Nurəhməd Ulubəyovun adı xalqımızın qəlbində əbədi yaşayacaqdır. Ruhu şad olsun!
ish elanlari , vakansiyalar