Prostat vəzi haqqında məlumat

O ölçüsünə görə çox böyük olmayan və kişi orqanizmində çox mühüm rolu olan orqanlardan biridir .O,sidik kisəsinin altında ,sidik kanalının başlanğıc hissəsində yerləşir ,çəkisi 20-25 qr .forması şabalıdı xatırladır ,bir tərəfi düz bağırsağın kapsuluna dirənir

 

Prostat vəzinin funksiyaları nədir?

  1. Prostat şirəsi hazırlayır ,eykulyasiya zamanı ifraz olunan sekretin tərkibi immunoqlobulinlər ,fermentlər ,vitaminlər ,limon turşusu,sink ionları və s.ibarət olub eyakulyatı durulaşdırır. 
  2. Bioloji aktiv maddələr –prostoqlandinlər sintez edir. 
  3. Cinsi əlaqə zamanı klapan rolunu oynayır,yəni sidik kisəsinin çıxışını bağlayır
  4. Yüksək sinir təhcizatının hesabına orqazm hissi yaradır .                                                                                                                                

Prostat vəzinin özünə məxsus xəstəlikləri var: iltihabi xəstəlikləri –prostatitlər,prostatın adenoması və xərçəngi.  Bu xəstəliklərin arasında 50 yaşdan yuxarı kişilərdə ən çox rast gələni prostat vəzinin adenomasıdır.

Adenoma prostatın xoşxassəli hiperplaziyası,yəni böyüməsi deməkdir,prostat toxumasında balaca düyün əmələ gəlir,sonra onun ölçüsü böyüməyə başlayır.Böyümüş düyünlər sidik kanalını sıxır və sidik ifrazını çətinləşdirir.Adenomanın yaranma səbəbi aydın deyil .Düzdür,hesab edirlərki bu kişi klimaksının bir əlamətidir ,ancaq tam isbat olunmayıb.Cinsi həyatın ,siqaret çəkməyin ,alkoqolun adenoma ilə əlaqəsidə isbat olunmayıb. Adenomanın inkişafı çox ləng gedir və xəstə ağrı hiss etmir,yeganə əlaməti sidik ifrazının çətinləşməsidir. Adenomanın 3 mərhələsi ayırd edilir :1-ci mərhələdə dizuriya (yəni gecə 3-4 dəfə sidiyə durma,sidik ifrazının zəif axınla gəlməsi,göynəmə,yanğı hissinin olması. 2-ci mərhələdə yuxarıda qeyd edilən əlamətlərlə yanaşı qalıq sidiyin qalması ortaya çıxır.Qalıq sidik detruzorun yorulması hesabına qalır,bu mərhələ 1ildən 15 ilə qədər uzana bilir.3-cü mərhələdə qalıq sidik çox qalır ,sidik kisəsinin divarı nazikləşir ,ikincili olaraq sidik kisəində daş ,böyrəklərdə pielonefrit ,xbç inkişaf edir.Adenomanın müalicəsində konservativ müalicə ancaq simptomları azaldır .

TUR-(transuretral rezeksiya)effektivliyinə görə açıq əməliyyatdan üstün “QIZIL STANDART” üsul sayılır.Bu endoskopik əməliyyat zamanı prostatın rezeksiyası və damarların koaqulyasiyası(yəni yandırılması) endoskopik rezektoskop vasitəsi ilə həyata keçirilir  .TUR

əməliyyatından sonra sidik şırnağı nəzərəçarpan dərəcədə artır,prostat vəzi sağaldıqda siyimə aktı tam normallaşır.Prostat vəzinin TUR əməliyyatı cinsi fəaliyyətə təsir etmir ,bəzi xəstələrdə retroqrad eyakulyasiya yarana bilir,bu tamamilə zərərsizdir .Əməliyyatdan sonra xəstə tam aktivdir ,lakin prostst boşluğunun tam sağalması üçün müəyyən vaxt tələb olunur. Bizim klinikamızdada prostatın həm açıq həmdə TUR (endoskopik)əməliyyatları uzman Həkim -uroloq tərəfindən aparılır.

Həkim-Uroloq Paşayeva Səidə