Koronavirusdan sonra mədə-bağırsaq qanamaları

Koronavirus infeksiyası öncədən mədə-bağırsaq və qaraciyər xəstəlikləri olan insanlarda ciddi problemlər yaradır. Burda virusdan da çox, müalicə vaxtı istifadə edilən dərmanlar və qandurulducular təsir edir.

Koronavirusdan sağaldıqdan sonra bir çox xəstələrdə mədə-bağırsaq qanamaları qeydə alınıb.

Antikoaqulyantlar qəbul edən zaman mədəni qoruyacaq xüsusi dərmanlar təyin edilməlidir. Əks təqdirdə ciddi qanama ola bilər.

Çox zaman xəstələr bu dərmanlara əhəmiyyət vermir, onları hər səhər qəbul etmir və birinci də onlardan imtina edirlər.

COVID-19 müalicəsindən sonra isə bu xəstələr mütləq qastroenteroloqa müraciət edib, koviddən sonra mədə-bağırsaq xoralarının vəziyyətini bir daha yoxlatmalıdır.

Bir çox ölkələrdə pandemiyanın pik vaxtında koronavirus xəstələri ilə yanaşı klinikalara ağır mədə-bağırsaq qanamaları ilə daxil olan xəstələrin də sayının çox olduğunu bildirir.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *