Hepatit B virusunun yoluxma yolları

Hepatit B xəstəliyinə yoluxmada 3 əsas yol vardır.
1) Perinatal (hamiləlik zamanı)
2) Seksual (cinsi yol)
3) Parenteral (perkutan)
Yuxarıda göstərilənlərlə yanaşı HBV-nin aşağıdakı yoluxma yolları da mümkündür:
-Tər və göz yaşından nadir halda olsa da virusun yoluxmasına rast gəlinir. Hepatit B xəstəliyi QİÇS xəstəliyindən 100 dəfə daha təhlükəlidir. Bunun səbəbi isə infektə olmuş 1 mm3 qanın hətta 1/10000 hissəsi belə insanın bu xəstəliyə yoluxmasına bəs edir.
-B virusu daşıyan bir şəxs ilə bilərək və ya bilməyərək cinsi yaxınlıq etmək
-Uyuşdurucu maddə asılılığı olan şəxslərin eyni iynədən istifadə etməsi
-Qeyri-steril şəraitdə icra olunan qulaq deşilməsi
-Qan qardaşı olmaq
-Son günlərdə gənclər arasında qeyri-steril şəraitdə burun və göbəkdə deşik açmaq
-İnfeksiyalaşmış alətlərlə icra olunan manikür və pedikür
-Steril olmayan alətlərlə icra olunan sünnət
-Dəri içərisinə olunan döymələr (tatto). İynə təmiz olsa belə, boya qabında virus ola bilər.
-B virusu daşıyan anadan övladına yoluxma (süd ilə deyil)
-B virusu daşıyan anadan plasenta yolu ilə dölə keçmə.
Ana hamiləliyin 1-ci və 2-ci üç aylığında aktiv hepatitə yoluxmuşsa dölə keçmə şansı çox azdır.
Dr.Tofiq Əkbərov.
Terapevt-Hepatoloq.
0503237397
info@drtofiqakberov.az