İrandan gələn pasiyent böyrək daşlarından azad edildi

İrandan gələn pasiyentimiz uroloq Səidə Paşayeva tərəfindən cərrahi üsulla böyrək daşlarından azad edildi, sağlam böyrəklə ölkəsinə yola salındı.

Cərrah Mama-Ginekoloqu Dr. Mesed Əliyeva – Uşaqlığın mioması əməliyyatı

Diaqnoz Tibb Mərkəzinin peşəkar Cərrah Mama-Ginekoloqu Dr. Mesed Əliyeva tərəfindən icra edilmiş Uşaqlığın mioması (fibroma və ya fibromioma da adlanır) əməliyyatından görüntülər.

Xalq artisti Əli Nur

Azərbaycan Respublikasının xalq artisti, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosenti, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Azərbaycan teatr aktyoru Əli Nurzadə (Əli Nur) Diaqnoz Tibb Mərkəzinin peşəkar və yüksəkixtisaslı həkimləri tərəfindən müayinə olunub.

Əli Nurun oğlu Rövşən Nurzadə 6 noyabr 2020-ci ildə Şuşa uğrunda gedən döyüşlərdə qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalmışdır.

Bütün Şəhidlərimizin müqəddəs ruhu qarşısında baş əyirik! Allah şəhidlərimizə rəhmət eləsin.

Almaniyadan dəvət olunmuş cərrah Dr. Heinz-Otto Lindner Diaqnoz Tibb Mərkəzində pasiyentləri ödənişsiz qəbul edəcək

Almaniya Federativ Respublikası Höküməti tərəfindən maliyyələşən SES proqramı çərçivəsində Almaniyadan dəvət olunmuş cərrah Dr. Heinz-Otto Lindner 1-22 may 2022-ci il tarixlərində Diaqnoz Tibb Mərkəzində pasiyentləri qəbul edəcək.

Əməliyyatlar Diaqnoz Tibb Mərkəzinin cərrahları ilə birgə həyata keçiriləcəkdir.

Qeyd edilən tarixlərdə cərrahlarla elmi və təcrübə mübadilə günü təyin ediləcəkdir.

Həkimin qəbulu ödənişsizdir!

Qəbula say məhdudiyyəti olduğundan öncədən qeydiyyatdan keçmək mütləqdir. 

 

+994 55 754 43 03

www.diaqnoz.az

 Bakı, Xətai rayonu, Əhmədli, Sarayevo küçəsi, 38C 

EEQ və EEQ monitorinqi müayinələri ilə 7/24 xidmətinizdəyik

Diaqnoz Tibb Mərkəzi baş beyinin ən vacib və effektiv müasir müayinə üsullarından olan Elektroensefaloqrafiya – yəni EEQ və video EEQ müayinələri ilə 7/24 xidmətinizdədir.
EEQ və EEQ monitorinqi epileptik ocaqlarının aşkarlanmasında, qıcolmalar, nevroznevrotik hallar, baş ağrıları, başgicəllənmələr, yaddaşın, diqqətin zəifləməsi, tiklər, nitqin ləngiməsi, enurezlər və s. hallarda beynin işini öyrənmək, fəaliyyətini qiymətləndirmək üçün yeganə və əvəzolunmaz üsullardan.
Tamamilə zərərsiz və şüasız bir müayinə üsulu olan EEQ uzunmüddətli, yuxu və oyaq halda bütün yaş qruplarında, hətta hamilə qadınlarda və süd verən analarda aparıla bilir.
Diaqnoz Tibb Mərkəzində EEQ və EEQ monitorinqi peşəkar neyrofizioloqlar tərəfindən həyata keçirilir və nəticələr yüksəkixtisaslı həkim-nevroloqlar tərəfindən qiymətləndirilir.
904
+994 55 754 43 03
Əhmədli, Sarayevo küçəsi, 38C, Bakı, Xətai rayonu

Həkim-fleboloq Milana Rizaxanova

Diaqnoz Tibb Mərkəzinin həkim-fleboloq Milana Rizaxanovanı doğum günü münasibətilə təbrik edir, ona uzun ömür, gələcək fəaliyyətində uğurlar arzu edirik!
Qeyd edək ki, Diaqnoz Tibb Mərkəzində fəaliyyət göstərdiyi illər ərzində Milana Rizaxanova üzərinə düşən öhdəlikləri layiqincə yerinə yetirib, yüksək insani keyfiyyətləri ilə kollektivin böyük hörmətini qazanıb.

Qaliblərin dostları çox olur

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 12-də yerli televiziya kanallarına müsahibə verib.

Dövlətimizin başçısı müsahibədə jurnalistlərin Azərbaycanda 2021-ci ildə iqtisadi, sosial sahələrdə görülən işlərə, Azərbaycan ilə Ermənistan arasındakı münasibətlərə, işğaldan azad edilmiş ərazilərdə aparılan yenidənqurma işlərinə, ölkəmizin xarici siyasətinə və digər məsələlərə dair suallarını cavablandırıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevbildirmişdir ki, bu gün beynəlxalq təşkilatlar – BMT, Qoşulmama Hərəkatı, ATƏT, Avropa İttifaqı, MDB yeni reallıqları tamamilə qəbul ediblər. Azərbaycan müharibəni ləyaqətlə, beynəlxalq humanitar normaları pozmadan aparıb. Erməni tərəfindən dinc əhali arasında itki az olub. Olan qurbanlar da yalnız müharibədə iştirak edən dinc vətəndaşlar olub. Erməni tərəfi isə hücumlar edib, şəhərlərimizi daim bombalayıb. Təkcə Tərtərə 16 min mərmi düşüb.

Ermənistanın yenə də ATƏT-in Minsk qrupunun həmsədrlərindən təkliflər gözləməsidir. Reallıq budur ki, Dağlıq Qarabağ münaqişəsi artıq keçmişdə qalıb. Yeni geosiyasi reallıqlar yaranıb. Dövlətimizin başçısı İlham Əliyev sözügedən müsahibəsində müharibənin başa çatmasından ötən bir ildə beynəlxalq birliyin həmin reallıqların qəbulu ilə bağlı reaksiyasının qaneedici olduğunu bildirir. Həm işğaldan azad edilmiş ərazilərdə bərpa və quruculuq işlərinə start verildi, həm də ədalətə və beynəlxalq hüquqa söykənərək münaqişənin artıq keçmişdə qaldığı, yeni səhifənin açılması zamanı olduğu təsdiqləndi. Daim irəli baxan Azərbaycan işğalçı Ermənistanı da keçmişlə yaşamamağa, gələcəklə bağlı addımlar atmağa çağırır.

İşğaldan azad edilmiş ərazilərə dərhal müxtəlif ölkələrdən olan diplomatların, jurnalistlərin, ictimaiyyət nümayəndələrinin təşkil edilmiş səfərlər erməni siyasətinin əsl simasını ifşa etmişdir. Ölüləri qəbirdən çıxarıb onların qızıl dişlərini çıxartmaq, qəbirüstü daşları sındırıb qonşu ölkələrə satmağa aparmaq, məscidləri dağıtmaq, orada donuz saxlamaq kimi mənzərələr çox acınacaqlıdır.Azərbaycanın fəal diplomatik fəaliyyəti nəticəsində bu reallıqların dünyada qəbul edilməsinə şərait yaradıldı. Dünya Azərbaycan xalqının öz torpağına nə qədər sadiq olduğunu, hər şeyə – qurbanlar verməyə də, böyük riskə də nə dərəcədə hazır olduğunu gördü. İkinci Qarabağ müharibəsi təkcə ərazilərin azad edilməsi, təkcə milli ruhun oyanması və ləyaqət hissinin qaytarılması demək deyil, bu, çox böyük multiplikativ, müsbət effektdir.

Ötən ilin 18 yanvar tarixində Azərbaycan artıq vaksinləri əldə etdi. O vaxt vaksinləri ölkəyə gətirmək də çox böyük problem idi, indiki kimi deyildi. Çünki vaksinlər çox məhdud sayda idi və birinci mərhələdə qardaş Türkiyə bizə böyük köməklik göstərdi. Türkiyə vasitəsilə “Sinovac” vaksinlərini ölkəyə gətirdik və peyvəndləmə prosesinə start verdik. Ondan sonra həm “Sinovac”la, həm “Pfizer”lə birbaşa kontraktlar bağladıq. Əsas bu vaksinlərdən istifadə olunur və biz tibb sahəsindəki imkanlarımızı da böyük dərəcədə genişləndirdik. 18 yaşdan yuxarı olan əhalinin 64 faizi artıq iki doza ilə vaksinasiya olunub. Eyni zamanda, buster dozasını 1 milyon 500 mindən çox adam alıb. Üç dəfə vaksinin vurulması hər kəsə tövsiyə olunur.

Ölkəmizə modul tipli xəstəxanalar gətirildi, Yeni Klinika COVID xəstələrinin sərəncamına verildi. Azərbaycanxəstəxanalarında COVİD xəstələrini qəbul etmək üçün 10 min çarpayı bazası mövcuddur ki, onlardan cəmi 10 faizi doludur. 9 min çarpayı boşdur. Önəmli məsələ reanimasiya yerləri ilə bağlıdır. Ölkəmizdə 875 reanimasiya yeri var, onlardan 26 faizi doludur. Buna görə demək olar ki, bütün məhdudiyyətlər aradan qaldırılıb.Azərbaycan əhalisi də özünü çox məsuliyyətlə aparır və bizdə hər hansı bir anti-COVID meyilləri, anti-COVID kampaniyaları yoxdur.

Dünya aviasiya sistemində qaydalar var və mövcud dəhlizdən istifadə etmək olar. Zəngəzur dəhlizinin hava versiyasını həyata keçirərək Naxçıvana uçan təyyarələr həm vaxta, həm də yanacağa qənaət edirlər. Zəngəzurdəhlizi sadəcə olaraq, dəmir yolu deyil. Bu dəhlizdən həm dəmir yolu keçəcək, həm avtomobil yolu keçəcək. Gələcəkdə oradan Naxçıvana elektrik xətlər çəkiləcəkdir. Sonra ola bilsin ki, qaz xətləri də oradan keçsin. Aparılan siyasət nəticəsində “Zəngəzur dəhlizi” termini beynəlxalq leksikona da daxil edilib.

Azərbaycan hər zaman beynəlxalq hüququn aliliyini müdafiə edir. Münaqişələr uzun müddət həll olunmayanda, bu münaqişələrlə məşğul olanlar və ümumiyyətlə, beynəlxalq aləm bu münaqişələrdən yorulur. Bu yorğunluq indi digər münaqişələrdə də hiss olunur.Azərbaycan öz gücünə güvənməli və gücünü artırmalıdır.

Əgər əvvəlki dövrlərdə bunu hansısa bəyanatlarla pərdələmək istəyirdilərsə, bu gün bu da yoxdur. Bu siyasi sinizmdir. Bəzi ölkələr ki, beynəlxalq hüquqa inanıb və buna aldanıb və gözləyir ki, kimsə gələcək onların yerinə onların problemlərini həll edəcək.Onlar indi peşmançılıq çəkirlər.

Azərbaycan dünya təsisatlarının – BMT və İkinci Dünya müharibəsindən sonra yaradılmış digər təsisatların fəaliyyətində fəal iştirak edəcək. Artıq Qarabağ problemi kimi ağır yük ölkənin çiyinlərindən düşüb.

“Hazırda, Dağlıq Qarabağ münaqişəsinin tarixə qovuşduğu bir zamanda ATƏT-in Minsk qrupunun fəaliyyətinə ehtiyac varmı? Prezidentin “Onlar üçün nə qədər çətin olsa da, bu yeni reallığı qəbul etməlidirlər. Bilməlidirlər ki, onlar bundan sonra Qarabağ məsələsi ilə məşğul olmayacaqlar. Çünki buna biz imkan verməyəcəyik” mesajı özündə bütün məqamları ehtiva edir. Artıq göründüyü kimi, ATƏT-in Minsk qrupunun fəaliyyətsizliyi Azərbaycan dövlətini narahat etmir. Ölkəmizin qalib tərəf kimi diktə etdiyi yeni reallıqlar dünya gücləri tərəfindən qəbul olunaraq dayanıqlı sülhün və təhlükəsizliyin təmin olunması üçün Azərbaycan tərəfindən Ermənistana təklif olunan sülh müqaviləsinin imzalanmasına dəstək göstərməyə hazır olduqlarını bildirirlər.

Diaqnoz Tibb Mərkəzinin baş həkimi

Cabbarov Ələddin Sədir oğlu 

 

 

https://www.xalqcebhesi.az/news/politics/97032.html

https://aia.az/56622-lddin-cabbarov-qaliblrin-dostlar-cox-olur.html

Limfopressoterapiya (limfodrenaj)

#Limfopressoterapiya (#limfodrenaj) – #metabolik prosesləri yaxşılaşdırmağa, ödemi, gərginliyi aradan qaldırmağa, limfanın bədəndə sərbəst hərəkətini normaya salmağa və limfa mayesinin dövranını bərpa etməyə yönəlmiş prosedurdur.
Limfodrenajın əsas məqsədi, limfatik düyünlərə və damarlara təsir etmək yolu ilə durğun limfanı hərəkətə gətirməkdən ibarətdir.
► Xroniki venoz çatışmamazlıq
► Aşağı ətrafların varikoz xəstəliyi
► Birincili və ikincili limfödem
► Əməliyyat sonrası və postravmatik ödem
#Piylənmə#sellülit (bədən formasının korreksiyası)
► Əzələ gərginliyi
► Dəri elastikliyinin pozulması
#Diabetik angiopatiya
► Aşağı ətrafların xroniki yorğunluq sindromu
Ən müasir avadanlıqlarla təchiz olunmuş Diaqnoz Tibb Mərkəzində Limfoderenaj peşəkar həkim-fizioterapevtlər tərəfindən aparılır.
904
+994 55 754 43 03

Anestezoloq Dr. Rəşidə Cəfərova

Bu gün kollektivimizin dəyərli və  peşəkar həkimlərindən Anestezoloq Dr. Rəşidə Cəfərovanın doğum günüdür.
Bu münasibətilə rəhbərlik ve kollektivimiz adından Rəşidə xanımı təbrik edir, uzun ömür, cansağlığı arzu edirik!

Diaqnoz Tibb Mərkəzindən Yeni ilə özəl endirim aksiyası!

Mütamadi tibbi yoxlanışlar səhhətiniz üçün çox vacibdir. Bu məqsədlə də, hər zaman sağlamlığınızın keşiyində duran Diaqnoz Tibb Mərkəzidə Uroloji Check-up indi cəmi 50 AZN!

Uroloji Check-up müayinə paketinə daxildir:

  • Uroloqun müayinəsi  
  • Sidiyin ümumi analizi 
  • Sidiyin əkilməsi 
  • Uroloji USM

Böyrəklərinizin sağlamlığını qorumaq, ola biləcək uroloji xəstəlik risklərinin erkən dövürdə təsbiti ücün ən az ildə bir dəfə Check-up müayinədən keçmək vacibdir.

22 yanvar 2022ci ilə qədər endirimdən yararlana bilərsiniz.

SAĞLAMLIĞINIZA DƏYƏR VERİN!

Düzgün diaqnoz və keyfiyyətli müalicənin ünvanı Diaqnoz Tibb Mərkəzi!

Ünvan: Əhmədli qəsəbəsi, Sarayevo küçəsi, 38C

Məlumat telefonu: 904

mobil: 055 754 43 03

Sent from Mail.ru app for iOS