8 Noyabr Zəfər gününə həsr olunmuş tədbir keçirilib

Diaqnoz Tibb Mərkəzində 8 Noyabr Zəfər gününə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Diaqnoz Tibb Mərkəzinin rəhbərliyi və kollektivi iştirak ediblər.
Tədbir Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlayıb. Giriş sözü ilə çıxış edən Diaqnoz Tibb Mərkəzinin baş həkimi Ələddin Cabbarov tədbir iştirakçılarını salamlayaraq, Azərbaycan tarixinin şanlı səhifəsi – 8 Noyabr Zəfər Günü münasibətilə təbrik edib. Qeyd edib ki, noyabrın 8-i 44 gün davam edən hərbi əməliyyatlar nəticəsində Azərbaycan xalqı işğalçı Ermənistan üzərində tarixi qələbə qazanmış, işğal altında olan torpaqlarımız geri qaytarılmış, ölkəmizin ərazi bütövlüyü bərpa olunmuşdur. Azərbaycan Ordusu Prezident İlham Əliyevin rəhbərliyi ilə tarixi ədaləti bərpa edərək 30 illik işğala son qoydu. Azərbaycan Ordusu böyük qəhrəmanlıq, şücaət göstərərək tariximizin ən şanlı səhifəsini yazdı.
Diaqnoz Tibb Mərkəzinin baş həkimi Ələddin Cabbarov tədbir iştirakçılarını Vətən müharibəsində şəhid olmuş qəhrəmanlarımızı yad etməyə çağırıb. Tədbir iştirakçıları torpaqlarımızın işğaldan azad edilməsi uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalan Vətən övladlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Ələddin Cabbarov Vətən müharibəsinin möhtəşəm qələbə ilə başa çatmasında Diaqnoz Tibb Mərkəzinin əməkdaşlarının da payı olduğunu vurğrlayıb, onları təbrik edərək, Mərkəzimizin ön cəbhədə xidmət etmiş Anestezoloqlar Rəşidə Cəfərova, Zaur Qəribov, Otolorinqoloq Ayaz Mustafayev, Ortoped-Travmatoloq Zahid Səfərov, tibb bacıları – Elnarə Abdullayeva və Əfsanə Seyidovaya “Təşəkkürnamə” və mükafatlar təqdim edib.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *