Diaqnoz Tibb Mərkəzinin web saytına xoş gəlmisiniz
Diaqnoz Tibb Mərkəzi 2003-cü ilin Fevral ayının 1-dən fəaliyyət göstərməyə başlamışdır.
Klinikamızda Respublikanın tanınmış həkimləri çalışırlar. “Diaqnoz Tibb Mərkəzi” MMC-nin qurulmasında əsas məqsəd klinikamızda dünyanın ən müasir avadanlıqlarını tətbiq etməklə, öz biliyi və bacarığı ilə seçilən, yüksək elmi savadı olan həkimləri işə cəlb etməklə əhaliyə yüksək səviyyədə ambulator və stasionar tibbi xidmət göstərmək olmuşdur. Bizim öz işimizdə əsas prinsipimiz – əhaliyə göstərilən xidmətlərin yüksək keyfiyyətə malik olmasıdır. Düzgünlük, dəqiqlik, insanlara xoş münasibət və qayğı göstərmək bizim əsas amalımızdır.