|
Qədim Çin zərbi-məsələsində deyilir: «Mənim əcəlim mənim bağırsağımda yaşayır». Başqa bir misalda «Mənim bağırsağım olmasaydı, 300 il yaşayardım» deyilir. Əlbəttə ki, bu qədim el misalları məcazi mənada deyilsə də, özlüyündə dərin məna və həqiqəti ifadə edir.
Uzun illərdir ki, tibb alimlərini bir məsələ çox düşündürürdü. Necə etmək olar ki, orqanizmin öz-özünü zəhərləməsinin qarşısını almaq mümkün olsun? İndiyə qədər mövcud olan Sifon imalələr (xalq arasında bu «klizma» kimi tanınır) problemin qarşısını almırdı. Çünki bu imalə zamanı cəmi 1,5-2 litr sudan istifadə edilirdi ki, bu da bağırsaqların tam təmizlənməsi üçün kifayət etmirdi. Digər tərəfdən Sifon imalənin texniki cəhətdən çətin olması, estetik baxımdan narahatlıq doğurması adamlarda çətinlik törədirdi. Sivilizasiya inkişaf etdikcə, müasir dünyada bu problem daha da aktuallaşıb. İnsanların oturaq həyat tərzi, çoxlu miqdarda heyvani mənşəli qidaların qəbulu, ekoloji tarazlığın pozulması və digər mənfi faktorlar problemi daha da dərinləşdirir, bağırsaqlarla əlaqədar xəstəliklərin geniş yayılmasına səbəb olur. Bağırsağın bədxassəli şişləri, xroniki kolitlər, ümumi yorğunluq sindormu getdikcə artmaqdadır. ABŞ-da əhalinin 70-80 faizi xroniki yorğunluq sindromundan əziyyət çəkir. Respublikamızın da əhalisi bu xəstəliklərə tez-tez
məruz qalır. Azərbaycan xalqı ət yeyən xalqdır. Sistemli şəkildə meyvə tərəvəzdən istifadə edənlər çox deyil. Bunun da təbii ki, obyektiv və subyektiv səbəbləri var.
|
|
Bir faktı qeyd etmək yerinə düşər ki, Bakı şəhərində yaşayan əhalinin 70-75 faizi bağırsaq xəstəlikləri problemləri ilə ya üzləşib, ya da, bu riskin təsiri altındadır. Bu sadalanan xəstəliklərin etioloji (əmələ gətirən) faktorlarından biri və ən başlıcası yoğun bağırsaqda mikroflorasının disbalansıdır. İnsanların oturaq həyat tərzi, çoxlu miqdarda bişmiş heyvani mənşəli yağların və zülalların qəbulu, bağırsağın müxtəlif infeksion və qeyri infeksion iltihabi xəstəlikləri bu qidaların həllini çətinləşdirir. Uzun illər bu qida qalıqları bağırsaq büküşlərində yığılıb qalır. Onlar bağırsaqda çürüdükcə müxtəlif toksik maddələr yaradır. Bu toksiki maddələr orqanizmə sorularaq mərkəzi sinir sisteminə, daxili orqanlara, o cümlədən ürək əzələlərinə, dəriyə, görmə və eşitmə orqanlarına toksiki təsir göstərir, onları zədələyir. Beləliklə, insanların aktivliyi zəifləyir, dəri qocalır, qırışır. İnsanların həyata maraqları azalır, onlarda depressiv hallar meydana gəlir.
Bağırsaq şlaklarından ayrılan toksiki maddələr bağırsaq divarına yerli təsir edərək müxtəlif şişlərin, yerli iltihab ocaqlarının inkişafına səbəb olur.
Alman alimləri bu problemləri aradan qaldırmaq, yoğun bağırsağın təmizlənməsi və müxtəlif müalicə prosedurların aparılması üçün «Kolonhidormat» adlanan aparatı icad etmişlər. Kolonhidormat aparatının Diaqnoz Tibb Mərkəzində ikinci nəsil olan «Kolonhidormat-II» növü quraşdırılıb və xüsusi «hidorkolonoterapiya» kabineti fəaliyyət göstərir.
Bu aparatın üstünlükləri bunlardır:
1) Aparata daxil olan həm isti, həm də soyuq su baş filtrasiyadan keçir. Sonradan bu su xüsusi işıq kamerasında şüalanaraq dezinfeksiya edilir.
2) Aparatda suyun təzyiqini, temperaturunu avtomatik tənzimləyən sistem quraşdırılıb, yüksək təzyiq və temperaturdan müdafiə sistemi mövcuddur.
3) Aparatla ancaq birdəfəlik sistemlər işlənir, iç mexanizminin dezinfeksiyası avtomatik və yüksək səviyyədədir.
4) Aparat işləyərkən xəstə sanki istirahət edir. Tam qorxusuz və estetikdir. Xəstə özündən tökülən ifrazatı görə bilir.
5) Aparatla müxtəlif bitki dəmləmələrinin, OZON qazının yeridilməsi mümkündür.
Hidrokolonoterapiyaya göstərişlər:
1) Xroniki kolit (qəbizlik və ishal).
2) Bağırsağın parazital xəstəlikləri.
3) Xroniki yorğunluq.
4) Dəridə olan müxtəlif xəstəliklər.
Rahat və səliqəli şəraitdə qəbul edilən hidrokolonoterapiya bir çox konkret xəstəliklərin müalicəsində uğurla istifadə edilir. Nəticə etibarilə, həm də müalicə edilən xəstəliklərin fəsadları da aradan qalxır. Orqanizm, ələlxüsus qarın boşluğu orqanları bir-birinə bağlı olduğu üçün yaranmış müsbət təsir digər orqanlarla yanaşı xəstəliklərə də sirayət edir.
Əks göstərişlər:
Diaqnoz Tibb Mərkəzində hidrokolonoterapiya prosedurunu qəbul etməzdən əvvəl xəstə mütləq qaydada tibbi müayinədən keçirilir. Bu üsul aşağıdakı hallarda əks göstərişdir.
1) Bağırsaqlarda yeni aparılan əməliyyatlar.
2) Bağırsaq qanaxmaları.
3) Bağırsağın bədxassəli şişləri.
4) Ürəyin işemik xəstəliyi - infakt.
5) Psixozlar.
6) Hamiləlik.
Hidrokolonoterapiyada yaş məhdudiyyəti yoxdur. Hidrokolonoterapiya prosedurundan qabaq və prosedur müddətində xüsusi dieta təyin olunur. Aparatın köməyi ilə bağırsaqların yuma əməliyyatında hər dəfə 30-35 litr su istifadə olunur. Prosedur bir gündən bir olmaqla 5-8 dəfə aparılır.
Müalicəvi prosedurlardan sonra insan aktivləşir, dərisi təmizlənir, təravətlənir, təzyiq normallaşır, bağırsaq peristaltikası düzəlir, cinsi aktivlik artır. Müalicədən sonra xəstələr arasında apardığımız sorğular da bunu təsdiq edir. Bizə bildirirlər ki, həqiqətən bir kurs müalicə qəbul edəndən sonra fiziki gücü artır, əhval-ruhiyyəsi, əsəbləri yaxşılaşır.
Qeyd etməliyəm ki, bu müalicə üsulu Avropada artıq çox geniş yayılaraq müalicədən daha çox gigiyenik bir vasitəyə çevrilmişdir. Ümumiyyətlə, hər bir şəxs ildə bir dəfədən az olmayaraq bu prosudurdan keçir. Hətta bir çox mədə-bağırsaq profili sanatoriyalarda, o cümlədən Şimali Qafqazda, Bolqarıstanda, Almaniyada vəItaliyada yerləşən sanatoriyalarda belə müalicə kurslarından geniş istifadə olunur. Müalicə dövründə heç bir kimyəvi vasitədən istifadə edilmir. Yalnız və yalnız xüsusi reseptlərlə hazırlanmış bitki dəmləmələrindən, Oksigen və Ozon qazından istifadə olunur. Müalicədən əvvəl xəstələr həkim proktoloqun baxışından keçir. Azərbaycanda bu üsulun primitiv forması vaxtilə qısa bir vaxt ərzində tətbiq olunsa da, yarımçıq qalmış və daha təkmil metodlarla
işlənilməmişdir. Ən müasir aparatura ilə indi paytaxtımızda
Diaqnoz Tibb Mərkəzi xalqımıza hidrokolonoterapiya xidmətini
təşkil edib. Yerli əhalidə bu üsuldan istifadəetmə hələ
ənənə halını almadığından bizə müraciət edən xəstəliklərdən
əziyyət çəkənlər olur və müalicə istiqaməti üstünlük təşkil
edir. Prosedur barədə bir az aydın izahat vermək yerinə
düşərdi. Xəstənin müalicəsinə kifayət edəcək qədər gündəlik
seans təyin olunur. Biz iki seansdan sonra ot dəmləmələri
ilə də bağırsağı yuyuruq. Suyu bədən temperaturu ilə düz
bağırsaqla kolonhidromat aparatı vasitəsilə orqanizmə daxil
edirik. Əvvəlcə 30-40 litr su bağırsağa yığılır, sonra
vakumla bağırsaqda yığılıb qalan çöküntülər, şlaklar
sorularaq orqanizmdən çıxarılır. Adətən 5-8 seans bəs eləyir
ki, xəstə onu narahat edən problemlərdən yaxa qurtarsın.
Seans ümumilikdə 45 dəqiqə çəkir. Üstəlik yoğun bağırsaq
yuyulub təmizlənəndən sonra bütün daxili orqanların
xəstəlikləri, o cümlədən hipertoniya, astma, şəkərli
diabetin qarşısını da alır, orqanizmdə olan intoksikasiyanı
aradan qaldırır. Hətta bu yaxınlarda bir qadın qəbizlik
səbəbindən bizdə hidrokolonoterapiya prosedurundan keçdikdən
sonra onda olan yumurtalıq kistası da paralel olaraq müalicə
olundu. Bu prosedur kişilərdə prostat vəzinin iltihabi
prosesləri, xırda adenomalarda çox müsbət effekt verir.
Fikrimizcə, orqanizmdə bir çox ciddi xəstəliklərin
törənməsinə yol açan və yoğun bağırsaqda yığılıb qalan
şlakları, ərp bağlamış çöküntüləri təmizləmək xəstəliklərdən
xilas olmağın profilaktikası üçün mükəmməl bir vasitədir. |