HAMİLƏ QADININ QİDALANMASI
   


Müasir stoma-tologiya nəinki dişlərin sağlam-lığı ilə həmçinin onlarin gözəl görkəmə malik olması ilə məşğul olur. Klinikamizda ilk dəfə dişlərinizə heç bir mexaniki zədə vurmadan  "Svarovski" kristallari ilə di-şinizə gözəl gorkəm vermək mumkundur.


Daha saqlam daha dUzgUn qaydada, hec bir dərman qəbul etmədən arıq-lamaq istəyirsinizmi?
ətraflı


Klinikamızda Avro-panın aparıcı firmala-rının implantantların-dan istifadə olunur.


Klinikamızda bütün növ breketlərdən istifadə olunur - Linqval, sapfir və keramik breketlər.Görünən və görünməyən.


Klinikamızın la-boratoriyasında qanda İFA üsulu ilə Göy öskürək çöpləri Borde-tella Pertussis İgG və İgM formalarına qarşı antitellərin təyininə başlanılmışdır.
Qiyməti 10 AZM-dir.


Artıq klinikamızın laboratoriya-sında qanda İFA üsulu ilə listeriozun İgGİgM formala-rına qarşı antitellərin təyininə başlanılmışdır.

Qiyməti 10 AZM-dir.


Mobil tibbi konsultasiya

AZERCELL abunəçilərinin nəzərinə:

Artıq siz hər gün saat 900-dən 1800-dək (050) 6949 nömrəsinə zəng etməklə tibbi məsləhətlər ala bilərsiniz.

Həmçinin şikayət və təkliflə-riniz üçün 24 saat ərzində (+99450)3146179 nömrəli te-lefonla müraciət edə bilər-siniz.


Food Dedective

Klinikamızın labora-toriyasında yeni müa-yinəqida maddələ-rinin orqanizmdə mə-nimsənilmə testi. Artıq orqa-nizminizin qəbul etdiyiniz qida maddələrindən hansına qarşı dözümsüzlüyünü Food Dedec-tive testi vasitəsi ilə təyin et-mək mümkündür.

Qiyməti 150 AZM-dir.

ətraflı


Klinikamızın labaratoriyasında yeni nefelometriya üsulu ilə qanda Revmatoid faktor(RF), Antistreptolizin-O (ASO) və C-reaktiv zülalın kəmiyyətcə qiymətləndirılməsinə başlanıl-mışdır.

Qiyməti 6 AZM-dir.


Holter EKQ

Klinikamızda İlk dəfə olaraq 24 və ya 48 saat ərzində Rozinn (ABŞ) firmasının mini EKQ qeydedici cihazı vasitəsi ilə ürək fəaliyyətinə nəzarət etmək mümkündür.Bu kiçik cihaz bədəninizə bağlanmaqla 24 və ya 48 saat ərzində ürək fəaliyyətinizə nəzarət edilir.


Artıq klinika-mızın labora-toriyasında qan-da İFA üsulu ilə lyamblyaaskaridə qarşı antitellərin təyininə başlanı-lmışdır.

Qiyməti 10 AZM-dir.


Respublikamızda ilk dəfə Allergiya Panel

"Diaqnoz Tibb Mərkəzi" labo-ratoriyasında Al-man Texnologi-yası ilə Allergik testlərin aparıl-masına başlanılmışdır. Analiz Paketinə aşağıdakı Allergenlərə həssaslığın təyini daxildir:


ətraflı


Hörmətli xanımlar və cənablar!

Diaqnoz tibb mər-kəzinin kosmetolo-qiya şöbəsi yeni ünvana köçmüşdür. Nəsimi rayonu K.Sə-fərəliyeva 23 (çay fabriki ilə üzbəüz) dəmiryol idarəsinin arxası Səməd Vurğun bağının arxası "BELLE FEMME" adlanan bu mərkəzdə ən yeni texnologiya ilə siz bədəninizdə olan qüsurları aradan qaldıra bilərsiniz



    

 

Diaqnoz Tibb Mərkəzi - düzgün diaqnoz, keyfiyyətli müalicənin ünvanı.

 
 
HAMİLƏ QADININ QİDALANMASI 

Hamilə qadının orqanizmində baş verən dəyişikliklər fiziolojidir və normal həyat tərzi kecirilərsə, hamiləlik hec bir problem yaratmaz.Normal həyat tərzi dedikdə qiqiyenik normalara riayyət, fiziki əməyin və istirahətin düzgün balanslaşdırılması, ətraf mühitin qənəətbəxş şəraiti və düzgün qidalanma nəzərdə tutulur.

Uşaq öz inkişafı üçün lazım olan maddələri ananın qanından alır, buna görə də hamilənin düzgün qidalanmasının dölün sağlamlığının qorunması və normal inkişafı ücün böyük əhəmiyyəti var. Hamilənın qidalanma rejimini  tərtib edərkən həm qadının orqanizmində  baş verən dəyişikliklər, həm də dölün yeni qurulan və inkişaf edən orqanizminin tələbləri nəzərə alınmalıdır.

"Diaqnoz Tibb Mərkəzinin " Həkim-Ginekoloqu
Qarayeva Gülər

Uzun illər hesab olunub ki,hamilə qadın iki adamın əvəzinə yeməlidir. Son illər isə artıq qida qəbulunun təhlükəsi haqqında o qədər danışılıb ki, gələcək analar az qidalanmaya üstünlük verirlər ki, bunun da zərəri az deyil.

Bəs əslində hamilə qadın nə qədər və necə qidalanmalıdır?

Orta boylu və normal çəkili (~60 kq) qadın sutka ərzində energetik dəyəri 1850-2000 kkal olan qida qəbul etməlidir. Hamiləlik zamanı əsas mübadilə 25% artdığı üçün qidanın da energetik dəyəri artaraq 2500 kkal, hamiləliyin sonunda isə 2800-2900 kkal təşkil etməlidir.

      Hamiləliyin birinci yarısında xüsusi rejim tələb olunmur:gün ərzində 4 dəfə, tərkibində əsas qida maddələri olan adi qidaya icazə verilir. Qida rasionunda zülallar 100-110q, yağlar təxminən 75q, karbohidratlar 350- 400q olmalıdır. Bu dövrün özəlliyi ondadır ki, hamiləliyin ilk aylarında bəzi qadınlarda hər-hansı qida maddəsinə qarşı , xüsusilə ət məhsullarına qarşı ikrah hissi olur.

Bunun mənfi təsiri varmı?

 – Sözsüz ki, hamilənin qida rasionu hərtərəfli olmalıdır. Hamilə həm meyvə-tərəvəz, həm süd məhsulları, həmdə ət və balıq məhsulları qəbul etməlidir. Lakin hər-hansı qidadan hamilənin halı pisləşirsə, ondan istifadə etmək lazım deyil. Xoşa gəlməyən məhsulu eyni vitamin və elementlərlə zəngin başqa məhsullarla əvəz etmək lazımdır. Məsələn, hamilə qadın ət məhsulu qəbul edə bilmirsə,süd məhsullarına üstünlük verə bilər.

       Hamiləliyin ikinci yarısında dölün intensiv inkişafı baş verir, hamilənin orqanlarında funksional gərginlik artır. Buna görə də qidalanmaya daha ciddi yanaşmaq tələb olunur. Hamilə sutka ərzində 5-6 dəfə qidalanaraq 110-120q zülal,  85-100q yağ, 400-500q karbohidrat qəbul etməlidir. Tərkibində zülal olan məhsullardan süd və süd məhsullarını, yumurta, ətin yağsız növlərini və balığı göstərmək olar. Hamiləliyin ikinci yarısında ətin bir hissəsini kəsmik ilə əvəz etmək məsləhətdir; ət həftədə 3-4 dəfə icazə verilir. Bu dövrdə yumurta və pendirə də müəyyən məhdudiyyətlər qoyulur.
  Meyvə, giləmeyvə  və tərəvəzə üstünlük vermək məsləhət görülür. Bu zaman nəzərə almaq lazımdır ki, sitrus meyvələri(apelsin, mandarin,qreypfrut) güclü allergendirlər, üzüm isə köp yarada bilər. Almanın yaşıl növləri, armud və banandan isə istənilən qədər istifadə etmək olar.

       “Klassik “allergenlər  siyahısına həmçinin şokolad aiddir və ondan  istifadə məsləhət görülmür.

       Yağlar daha çox kərə yağı, xama və bitki yağı şəklində rasiona daxil edilməlidi.      

        Hamiləliyin ikinci yarısında sutka ərzində qəbul olunan mayenin miqdarı 1,5 litrdən  çox olmamalıdır. Buraya su, çay, süd, şirələr və başqa içkilər daxildır. Hamilələr bilməlidirlər ki, spirtli içkilər hamiləlik vaxtı qəti qadağandır, onlar döldə inkişaf qüsuru yarada bilər. Bu dövrdə spirtsiz içkilərə də ehtiyyatla  yanaşmaq lazımdır. Məsələn:qazlı sular həzm problemləri yarada, sitrus meyvələrinin şirələri allerqen mənbəyi ola bilər. Çox rəngli olmayan təzədəm çay içmək olar, kofe isə gələcək analara məsləhət görülmür.

     

Müxtəlif salatlar hazırlayarkən mayonezdən çox istifadə etmək olmaz, çünki onun  tərkibində müxtəlif  konservantlar, sirkə və istiot var ki, bunlar da mədə-bağırsaq problemləri yarada bilər. Mayonezi xama və zeytun yağı ilə əvəz etmək olar. Elə bu səbəbdən də kolbasa və hisə verilmiş məhsulları qəbul etmək məsləhət deyil.Hamiləlik vaxtı ümumiyyətlə duzlu, istiotlu və yağlı qidadan uzaq olmaq lazımdır.

      Çox vaxt hamilələrdə qəbzliyə meyillik olur.Bunu da aradan götürmək üçün təzə meyvə, tərəvəz və qara çörəkdən istifadəyə üstünlük vermək lazımdır.

      Hamiləlik  vaxtı qadın həkim nəzarəti altında olmalıdır.Bu zaman hər bir qadın  müayinələrdən keçir , hamiləliyin inkişafına və hamilənin sağlamlığına və çəkisinə sistematik nəzarət olunur (hamiləlik zamanı qadının bədən cəkisi normada 8-10 kq artmalıdır), onlara individual olaraq qidalanmaya aid və s. məsləhətlər verilir.

 

 

Bəzi qida məhsullarının tərkibi və energetik dəyəri (100 q )

 Adı

Zülal

Karbohidrat

Yağ

Kkal

Qaynamış toyuq filesi

27.29

0

6.71

177

Qoyun əti

16.98

0

13.49

272

Yağsız mal əti

20.78

0

6.16

144

 Süd

3.29

4.66

3.34

61.44

Pendir

13.28

4.23

20.09

251.2

Yağsız kəsmik

12.49

2.68

4.51

103

20%-li xama

3.16

4.27

20.96

214.26

Badımcan

1.02

6.07

0.18

26

Kələm

1.44

5.43

0.27

25

Ğül kələmi

1.98

5.3

0.1

25

Kartof

2.07

17.98

0.1

79

Yerkökü

1.03

10.14

0.19

43

Xiyar

0.69

2.76

0.13

13

Pomidor

0.85

4.64

0.33

21

Banan

1.03

23.43

0.48

92

Apelsin

0.94

11.75

0.12

47

Üzüm

1

12.18

0.3

50

Armud

0.39

15.11

0.4

59

Kivi

0.99

14.88

0.44

61

Çiyələk

0.61

7.02

0.37

30

Limon

1.1

9.32

0.3

29

Alma

0.19

15.25

0.36

59

Albalı

1.2

16.55

0.96

72

Alma şirəsi

0.06

11.68

0.11

47

Düyü

6.61

79.34

0.58

360

Vermişel

12.78

74.69

1.58

371

Buğda unu

9.89

74.22

0.97

354

Kofe

12.2

41.1

0.5

241

Bal

0.3

82.4

0.2

304

Şəkər tozu

0

99.5

0.1

389

Şokolad

4.2

63.1

30

479

Mayonez

0.9

23.9

33.4

389.7

Bitki yağı

0

0

100

884

Kərə yağı

0.9

0.1

81.1

717

Badam

21.26

19.74

50.64

578

Qaynamış yumurta

12.58

1.12

10.61

155

Duz

0

0

0

0

"Diaqnoz Tibb Mərkəzinin " Həkim-Ginekoloqu
Qarayeva Gülər

 



 


 
   

lk səhifə

Tövsiyə et

Axtar

Əlaqə

 

Sayğac

Copyright © Diaqnoz tibb mərkəzi.   Bakı şəhəri ,Əhmədli qəs.Sarayevo küçəsi 38C
Tel Faks : (+99412) 470 06 66, 470 41 11, 470 09 11, 470 40 64, 470 40 65; Mobil : (+99450) 314 61 79; (+99455) 754 43 03
Mobil Tibbi konsultasiya 6949 (Azercell).Adi Azercell tarifleri ilə. Saat 9:00-18:00