FOL TURŞUSU VƏ HAMİLƏLİK
   


Müasir stoma-tologiya nəinki dişlərin sağlam-lığı ilə həmçinin onlarin gözəl görkəmə malik olması ilə məşğul olur. Klinikamizda ilk dəfə dişlərinizə heç bir mexaniki zədə vurmadan  "Svarovski" kristallari ilə di-şinizə gözəl gorkəm vermək mumkundur.


Daha saqlam daha dUzgUn qaydada, hec bir dərman qəbul etmədən arıq-lamaq istəyirsinizmi?
ətraflı


Klinikamızda Avro-panın aparıcı firmala-rının implantantların-dan istifadə olunur.


Klinikamızda bütün növ breketlərdən istifadə olunur - Linqval, sapfir və keramik breketlər.Görünən və görünməyən.


Klinikamızın la-boratoriyasında qanda İFA üsulu ilə Göy öskürək çöpləri Borde-tella Pertussis İgG və İgM formalarına qarşı antitellərin təyininə başlanılmışdır.
Qiyməti 10 AZM-dir.


Artıq klinikamızın laboratoriya-sında qanda İFA üsulu ilə listeriozun İgGİgM formala-rına qarşı antitellərin təyininə başlanılmışdır.

Qiyməti 10 AZM-dir.


Mobil tibbi konsultasiya

AZERCELL abunəçilərinin nəzərinə:

Artıq siz hər gün saat 900-dən 1800-dək (050) 6949 nömrəsinə zəng etməklə tibbi məsləhətlər ala bilərsiniz.

Həmçinin şikayət və təkliflə-riniz üçün 24 saat ərzində (+99450)3146179 nömrəli te-lefonla müraciət edə bilər-siniz.


Food Dedective

Klinikamızın labora-toriyasında yeni müa-yinəqida maddələ-rinin orqanizmdə mə-nimsənilmə testi. Artıq orqa-nizminizin qəbul etdiyiniz qida maddələrindən hansına qarşı dözümsüzlüyünü Food Dedec-tive testi vasitəsi ilə təyin et-mək mümkündür.

Qiyməti 150 AZM-dir.

ətraflı


Klinikamızın labaratoriyasında yeni nefelometriya üsulu ilə qanda Revmatoid faktor(RF), Antistreptolizin-O (ASO) və C-reaktiv zülalın kəmiyyətcə qiymətləndirılməsinə başlanıl-mışdır.

Qiyməti 6 AZM-dir.


Holter EKQ

Klinikamızda İlk dəfə olaraq 24 və ya 48 saat ərzində Rozinn (ABŞ) firmasının mini EKQ qeydedici cihazı vasitəsi ilə ürək fəaliyyətinə nəzarət etmək mümkündür.Bu kiçik cihaz bədəninizə bağlanmaqla 24 və ya 48 saat ərzində ürək fəaliyyətinizə nəzarət edilir.


Artıq klinika-mızın labora-toriyasında qan-da İFA üsulu ilə lyamblyaaskaridə qarşı antitellərin təyininə başlanı-lmışdır.

Qiyməti 10 AZM-dir.


Respublikamızda ilk dəfə Allergiya Panel

"Diaqnoz Tibb Mərkəzi" labo-ratoriyasında Al-man Texnologi-yası ilə Allergik testlərin aparıl-masına başlanılmışdır. Analiz Paketinə aşağıdakı Allergenlərə həssaslığın təyini daxildir:


ətraflı


Hörmətli xanımlar və cənablar!

Diaqnoz tibb mər-kəzinin kosmetolo-qiya şöbəsi yeni ünvana köçmüşdür. Nəsimi rayonu K.Sə-fərəliyeva 23 (çay fabriki ilə üzbəüz) dəmiryol idarəsinin arxası Səməd Vurğun bağının arxası "BELLE FEMME" adlanan bu mərkəzdə ən yeni texnologiya ilə siz bədəninizdə olan qüsurları aradan qaldıra bilərsiniz



    

 

Diaqnoz Tibb Mərkəzi - düzgün diaqnoz, keyfiyyətli müalicənin ünvanı.

 
 
FOL TURŞUSU VƏ HAMİLƏLİK 

280 GÜN - FOL TURŞUSU FAYDALARI VƏ RİSKLƏRİ.

   Fol turşusu suda əriyən B qrupu vitaminidir. İlk dəfə İnglis həkim Lucy Wills 1930 cu illərdə Bombeydə gənc qadınlarda müşahidə etdiyi anemiyanın səbəbinin fol turşusu çatışmamazlığı ilə əlaqəli olduğunu müəyyən etmişdir. Digər bir həkim Brayn Hibbard 1964 cü ildə fol turşusunun erkən embriyonal inkişafda rolu olduğunu bildirmişdir.

Həkim Mama Ginekoloq:
Dr.Hüseynova Zəkiyyə

 Sonrakı illərdə bu vitaminin istifadəsinin bəzi anadangəlmə deffektlərin, əsasəndə sinir sistemi ilə bağlı anomaliyaların qarşısının alınmasında effektiv olduğu müəyyən edilmişdir.
 

FOL TURŞUSU VƏ HAMİLƏLİK.

Fol turşusunun hamiləlikdə iki rolu var;

1.     Hamiləliyin ikinci trimestrində yetərli miqdarda fol turşusu qəbulu anemiyanın yaranmasına mane olur.

2.     Hamiləliyin ilk aylarında mərkəzi sinir sistemində yaranan anomaliyaların qarşısının alınmasında əsas faktordur.

HAMİLƏLİK VƏ MEGALOBLASTİK ANEMİYA.

Bütün hamilələrdə, hamiləliyin əvvəlindən etibarən qan həcmi artmağa başlayır və bu hamiləliyin sonlarında bir litrə çatır. Ancaq eritrositlərdəki artış plazmanın həcminin artmasına uyğun gəlmir. Bu vəziyyətdə yetərli miqdarda dəmir qəbul etməyən qadınlarda  hemoqlobin, hematokrit və eritrositin nəticələri normadan aşağı düşür. Eritrositlər və plazma arasındakı nisbətin pozulması qanın sulanmasına səbəb olur. Bu zaman fol turşusunun miqdarıda hamiləlikdən əvvəlki vəziyyətdən çox aşağı olur. Embriyon böyüdükcə ehtiyac dahada artır və yetərli miqdarda fol turşusu qəbul edilmədikdə ciddi bir anemiya yaranır. Dəmir çatışmazlığına bağlı olaraq yaranan anemiyadan fərqli olaraq fol turşusu çatışmazlığında eritrositlər normaldan çox böyük olurlar. Bu meqaloblastik anemiyadır. Proflaktik tədbir üçün hamiləliyin ikinci trimestrindən etibarən gündə 300-400 mg fol turşusu qəbul etmək yetərlidir.

 

MƏRKƏZİ SİNİR SİSTEMİ ANOMALİYALARI.

Bir çox tibbi təcrübələrdə  hamiləlikdən əvvəl və erkən hamiləlikdə gündə 400mg fol turşusu qəbulunun dölün beyin və onurğa beyni xəstəliklərinin 70% azaltdığı müəyyən olunub. Fol turşusu spina bifida, anensefaliya, ensefalosel kimi sinir sistemi xəstəliklərinin inkişafını azaldır. Döllənmədən 24-28 gün sonra baş və onurğa beyninin quruluşu tamamlanır. Onurğa sütününün tam qapanmaması spina bifida, baş beyinlə əlaqəli problemlər isə anensefaliyadır. Anensefaliyalı dölün yaşamaq ehtimalı olmadığına görə bu patologiya daha çox düşüklərlə və ölü dölün doğulmasıyla nəticələnir.

Spina bifida isə çox geniş bir spektrə malik patologiyadır. Əgər əvvəliki hamiləlikdə bu cür anomaliyalı doğuş olubsa eyni problemin təkrarlanma riski 10 dəfə çoxdur. Fol turşusu həmçinin dölün düzgün hüceyrə bölünməsində və DNT və RNT sintezlərində iştirak edən bir koenzimdir.

Bu patologiyalarda genetik olmayan digər bir faktor qidalanmadır. Beləki, müasir zamanda daha çox fast food tipli qidalara üstünlük verildiyini nəzərə alsaq bu problemin cavabını tapmaq çətin olmaz.

    Problemsiz bir hamiləlik üçün;                  

1.     Hamiləlikdən 3 ay əvvəl fol turşusu istifadəsinə başlayıb hamiləliyin 8ci həftəsinə qədər davam etdirilməlidir.

2.     Hamilə qalmaq istəyənlər fol turşusuyla zəngin olan qidalardan istifadə etməlidir. Bunlar mərcimək, ispanaq, fındıq, badam, kələm, yaşıl yarpaqlı tərəvəzlərdır.

3.     Daha əvvəl mərkəzi sinir sistemindəki hər hansı bir deffektlə hamiləlik keçirilibsə fol turşusu günlük 4000mikrogram dozada və hamiləliyin 12 həftəsinə qədər qəbul edilməlidir.

Son illərdə aparılan təcrübələrdə müəyyən olunubki, fol turşusu tərkibli multivitaminlərin istifadəsi dodaq-damaq yarığı  patologiyasını  25% azaldır. Həmçinin fol turşusu çatışmamazlığı olanlarda düşük və erkən doğum sıxlığının artdığı müşahidə edilib.

    Fol turşusunun bu qədər faydalarıyla yanaşı American Journal of Epidemiology jurnalında nəşr olunan bir təcrübənin nəticələrinə görə hamiləliyin 30 cu həftəsindən sonra fol turşusu qəbul edən anaların uşaqlarında 3 yaşında astma olma ehtimalı ¼ nisbətində artır. Bir çox qadın fol turşusunu hamiləliyin son trimestrində multivitaminlərin tərkibində gündə 300 mikrogram qəbul edirlər. Fol turşusunun bəzi uşaqlarda astmaya səbəb olma mexanizmi tam olaraq bilinməsədə, ağciyər toxumasında immun sisteminə nəzarət edən genlərin fəaliyyətini dəyişdirdiyi, bununda allergik reaksiyalar qarşı daha çox həssaslıq yaratdığı düşünülür. Dölün immun sisteminin 28ci həftədən inkişaf etdiyini düşünsək fol turşusu istifadəsinin teorik olaraq astmaya səbəb olması mümkündür. Buna görə hamiləliyin son trimestrində fol turşusunu təbii yollarla qəbul etmək gələcəyimiz olan körpələrimizin sağlamlığı üçün daha etibarlıdır.

                                                                                                                        Həkim Mama Ginekoloq:
                                                                                             Dr.Hüseynova Zəkiyyə

 




 
   

lk səhifə

Tövsiyə et

Axtar

Əlaqə

 

Sayğac

Copyright © Diaqnoz tibb mərkəzi.   Bakı şəhəri ,Əhmədli qəs.Sarayevo küçəsi 38C
Tel Faks : (+99412) 470 06 66, 470 41 11, 470 09 11, 470 40 64, 470 40 65; Mobil : (+99450) 314 61 79; (+99455) 754 43 03
Mobil Tibbi konsultasiya 6949 (Azercell).Adi Azercell tarifleri ilə. Saat 9:00-18:00