Yüz ölç bir biç-övladınızın sağlamlığı sizin əlinizdədir.
   


Müasir stoma-tologiya nəinki dişlərin sağlam-lığı ilə həmçinin onlarin gözəl görkəmə malik olması ilə məşğul olur. Klinikamizda ilk dəfə dişlərinizə heç bir mexaniki zədə vurmadan  "Svarovski" kristallari ilə di-şinizə gözəl gorkəm vermək mumkundur.


Daha saqlam daha dUzgUn qaydada, hec bir dərman qəbul etmədən arıq-lamaq istəyirsinizmi?
ətraflı


Klinikamızda Avro-panın aparıcı firmala-rının implantantların-dan istifadə olunur.


Klinikamızda bütün növ breketlərdən istifadə olunur - Linqval, sapfir və keramik breketlər.Görünən və görünməyən.


Klinikamızın la-boratoriyasında qanda İFA üsulu ilə Göy öskürək çöpləri Borde-tella Pertussis İgG və İgM formalarına qarşı antitellərin təyininə başlanılmışdır.
Qiyməti 10 AZM-dir.


Artıq klinikamızın laboratoriya-sında qanda İFA üsulu ilə listeriozun İgGİgM formala-rına qarşı antitellərin təyininə başlanılmışdır.

Qiyməti 10 AZM-dir.


Mobil tibbi konsultasiya

AZERCELL abunəçilərinin nəzərinə:

Artıq siz hər gün saat 900-dən 1800-dək (050) 6949 nömrəsinə zəng etməklə tibbi məsləhətlər ala bilərsiniz.

Həmçinin şikayət və təkliflə-riniz üçün 24 saat ərzində (+99450)3146179 nömrəli te-lefonla müraciət edə bilər-siniz.


Food Dedective

Klinikamızın labora-toriyasında yeni müa-yinəqida maddələ-rinin orqanizmdə mə-nimsənilmə testi. Artıq orqa-nizminizin qəbul etdiyiniz qida maddələrindən hansına qarşı dözümsüzlüyünü Food Dedec-tive testi vasitəsi ilə təyin et-mək mümkündür.

Qiyməti 150 AZM-dir.

ətraflı


Klinikamızın labaratoriyasında yeni nefelometriya üsulu ilə qanda Revmatoid faktor(RF), Antistreptolizin-O (ASO) və C-reaktiv zülalın kəmiyyətcə qiymətləndirılməsinə başlanıl-mışdır.

Qiyməti 6 AZM-dir.


Holter EKQ

Klinikamızda İlk dəfə olaraq 24 və ya 48 saat ərzində Rozinn (ABŞ) firmasının mini EKQ qeydedici cihazı vasitəsi ilə ürək fəaliyyətinə nəzarət etmək mümkündür.Bu kiçik cihaz bədəninizə bağlanmaqla 24 və ya 48 saat ərzində ürək fəaliyyətinizə nəzarət edilir.


Artıq klinika-mızın labora-toriyasında qan-da İFA üsulu ilə lyamblyaaskaridə qarşı antitellərin təyininə başlanı-lmışdır.

Qiyməti 10 AZM-dir.


Respublikamızda ilk dəfə Allergiya Panel

"Diaqnoz Tibb Mərkəzi" labo-ratoriyasında Al-man Texnologi-yası ilə Allergik testlərin aparıl-masına başlanılmışdır. Analiz Paketinə aşağıdakı Allergenlərə həssaslığın təyini daxildir:


ətraflı


Hörmətli xanımlar və cənablar!

Diaqnoz tibb mər-kəzinin kosmetolo-qiya şöbəsi yeni ünvana köçmüşdür. Nəsimi rayonu K.Sə-fərəliyeva 23 (çay fabriki ilə üzbəüz) dəmiryol idarəsinin arxası Səməd Vurğun bağının arxası "BELLE FEMME" adlanan bu mərkəzdə ən yeni texnologiya ilə siz bədəninizdə olan qüsurları aradan qaldıra bilərsiniz



    

 

Diaqnoz Tibb Mərkəzi - düzgün diaqnoz, keyfiyyətli müalicənin ünvanı.

 
 
Yüz ölç bir biç-övladınızın sağlamlığı sizin əlinizdədir. 

YÜZ ÖLÇ BİR BİÇ-ÖVLADININ
SAĞLAMLIĞI ÖZ ƏLİNDƏDİR.


Evlilik kisi və qadının bütün öhdəlikləri üzərilərinə götürərək birgə yaşadıqları sosial bir qurumdur. Evliliyin davam etməsinda qadın və kisinin övlad sahibi olmaq arzusu çox önəmli rol oynayır. Ana və ata olmaq düşüncəsi həqiqətən çox cəsur bir addımdır. Ancaq sağlam övlada sahib olmaq üçün bu addımda evlilərin həkim köməyinə ehtiyacı böyükdür. Çox təəssüflə qeyd etmək lazımdırki, yeni evlilərlə yanaşı hətta ikinci və

Həkim Mama Ginekoloq:
Dr.Hüseynova Zəkiyyə

daha sonrakı hamiləliyi düşünən ailələr bele profesional köməyə ehtiyac olmadığını düşünürlər.

Çox az ailələr varki hamilə qalmadan əvvəl nə etməliyəm sualıyla həkimə müraciət edir. Halbuki hamiləlik planlaşdırılması vacib olan bir prosesdir.

Hamiləliyin planlaşdırılması daha sonra yarana biləcək problemlərə qarşı ailəni hazırlaya və ya bunları önləyə bilər. Bu fərdi faydalarla yanaşı doğru zamanda və şəraitdə dünyaya gələcək uşaqlar sağlam nəsillərin davam etməsinə səbəb olacaqdır.

Hamiləliyi planlaşdıran ailələr həkimə müraciət edərkən

Ailə həyatı,

Tibbi keçmişi,

Evlilik müddəti,

Istifadə etdiyi dərman vasitələri,

Genetik xəstəlikləri,

Qidalanması(əsasəndə əgər vegeteriyan tip qidalanırsa)

Keçirdiyi hamiləliklər,

Qan qrupu,

Dişlərin vəziyyəti,

və Peyvəndləri haqqında dolğun məlumat verməlidir. Bəzən asanlıqla həll oluna bilən problemlər hamiləlikdə müalicəsi çox çətin xəstəliklərə səbəb olur.

GENETİK XƏSTƏLİKLƏR.

Sizin vəya yoladaşınızın yaxın qohumlarının arasında genetik bir xəstəliyi olan varsa övladınızında eyni xəstəliklə doğulma ehtimalı var. Əgər hər ikinizdədə bu xəstəliyi daşıyan genlər varsa övladınız ciddi risk altındadır. Ölkəmizdə çox geniş yayılmış genetik xəstəliklər aşağıdakılardır.

Talasemiya,

Oraq hüceyrə anemiyası,

Hemofiliya,

Əzələ distrofiyası,

Daun sindromu,

PEYVƏNDLƏR.

Hamiləlikdən 3 ay əvvəl qızılca virusuna qarşı immunitetiniz olub olmadığını test etdirməlisiniz. Əgər qanınızda bu virusa qarşı immunoglobulin yoxdursa mütləq peyvənd olunmalısınız. Rubella virusu dölün daxili orqanlarının inkişaf etdiyi ilk 3 ayda çox təklükəlidir. Həmçinin hamiləlikdən əvvəl HEPATİT B virusuna qarşıda peyvən olunmaq məsləhət görülür.

XRONİKİ XƏSTƏLİKLƏR.

Bəzən hamiləlikdən əvvəl qadının əhəmiyyət vermədiyi xroniki xəstəliklər məhz hamiləlik zamanı dahada kəskinləşir. Cünki, hamiləlik orqanizminizə yeni yüklər gətirəcəyi üçün daha əvvəl kontrolunuz altında olan sağlamlığınız indi dəyişə bilər. Əgər hamiləlikdən əvvəl bildiyiniz tibbi problemləriniz varsa bunlari yenidən həkiminizlə məsləhətləşməli ehtiyac olarsa hətta hamiləlik müddətindədə müalicənizi davam etdirməlisiniz.

DƏRMAN VASİTƏLƏRİ.

Hamiləliyə qərar verdiyiniz andan etibarən kontrolsuz istifadə etdiyiniz preparatların qəbulunu dayandırmalısınız. Əsasən xəbərsiz keçən ilk həftələrdə qadınlar dərman vasitələrindən istifadə edirlər. Bunun üçün aspirin kimi sadə dərmanları belə qəbul etməyin.

KONTRASEVKTİKLƏR.

Əgər kontarsevtik həblərdən istifadə edirsinizsə 3 ay əvvəlcədən istifadəsini dayandırmalısınız. Bu yolla menstural tsikliniz normaya dönəcək və hamiləliyi hesablamaq daha asan olacaq. Spiraldan istifadə edirsinizsə bunuda kənarlaşdırmaq lazımdır. Ancaq spiralla hamilə qalmaq ehtimalınızda var. Əgər belə bir halla qarşılaşmısınızsa mütləq ginekoloqa müraciət edin. Spiralı çıxartmağa və ya saxlamaga həkiminiz sizi müayinə etdikdən sonra qərar verəcək.

DOĞUŞ VƏ ABORTLAR.

Daha əvvəl normal doğuş keçiribsinizsə indiki hamiləliyinizdə böyük bir ehtimalla normal yolla sona çatdırılacaq. Keysəriyə əməliyatı ilə ilk doğuş gerçəkləşibsə ikinci övladınızın normal doğuşla dünyaya gəlməsində heç bir problem yoxdur. Sadəcə bunun üçün hamiləliyin başından doğuma kimi sizi kontrol edəcək bir ginekoloq tapın. Çünki hər həkim keysəriyədən sonra normal doğuşu qəbul etməyə bilər.

Əgər keçirdiyiniz abortların bu hamiləlik üzərindəki təsiriylə maraqlanırsınızsa hamiləliyin ilk 3 ayında abort olubsa bunun hər hansı bir yan təsiri olmaz. Ancaq ikinci 3 ayda abort olubsa erkən dogum riski yaranır.

İNFEKSİYALAR VƏ HORMONLAR.

Viral infeksiyalar həm anaya həmdə dölə zərər verə bilərlər. Hamiləlikdə ilkin olaraq bu infeksiyalara yoluxma dölün daxili orqanlarını zədələyir, anadangəlmə eybəcərliklərə, erkən doguşlara səbəb olur. Həm kişi həm qadın hamiləlikdən əvvəl TORCH kompleks infeksiyaların müayinəsindən mütləq keçməlidir.

Həmçinin hamiləlik üçün gec sayılan yaşda ailə qurub övlad sahibi olmaq istəyirsinizsə,ən azından FSH və ESTRADİOL hormonunu yoxlatmalısınız. Beləki menstural tsiklin 3cu gunu FSH 8-10mİUml və daha artıq olan qadınlarda hamiləlik şansı azalır. Qadın yaşlandıqca bəzi sağlamlıq və doğumla bağlı problemlər artır. Yenə elə bu yaşda anadangəlmə anomaliya riskidə artır. Daha irəli yaşadakı qadınlar hamiləliyi düşünürlərsə bu mütləq həkim məsləhəti və kontrolu ilə olmalıdır. Tiroid vəzinin funksional dəyisikliyi dünyaya gətirəcəyiniz övladınızda eyni tip problemi yarada bilər. Buna görə hamiləlikdən əvvəl mütləq şəkildə TSH səviyyəsi yoxlanılmalıdır.

QİDALANMA.

Hamiləlikdən əvvəl bədən çəkinizi kontrol etməlisiniz. Əgər normal çəkinizdən çox az və ya artıq çəkiyə maliksinizsə bunun üçün 3 aydan daha çox müddətə ehtiyacınız ola bilər. Hamiləliyi planlayırsınızsa doğru qidalanma rejiminə keçin. Orqanizminizdəki vitamin və mineral çatışmazlığı həm hamiləliyə mane olacaq və ya baş vermiş hamiləliyin sağlam sonlanması üçün problem yaradacaq faktorlardandır.

Sağlam bir hamiləlik üçün

Periodik ginekoloji müayinədən keçin.

Fol turşusu qəbul etdin.

TORCH infeksiyaları yoxlatdırın.

Özünüzü daimi yorğun və halsız hissedirsinizsə həkimin məsləhət gördüyü multivitaminləri qəbul edin.

Diyeta saxlamayın. Tam olaraq yağsız qidaların qəbulu döl üçün əhəmiyyətli olan A,E,K vitaminlərinin sorulmasına mane olur.

Bol miqdarda təzə meyvə və tərəvəz qəbul edin.

Spirtli içki,həddindən çox çay və kofe istifadə etməyin.

Həkim kontrolu olmadan ağrıkəsici və antibiotik qəbul etməyin.

Çiy ət yeməyin.

Çox miqdarda dəniz məhsulları istifadə etməyin. Çünki bu qidaların tərkibindəki metil civə dölün beyninin inkişafına mənfi təsir göstərə bilər.

Unutmayın sağlam övlad dünyaya gətirmək bizim cüzi iradəmiz daxilindədir. Övlad valideyinlər üçün əmanətdir və dünyaya gələn hər bir körpənin saglam doğulmaq hüququ var.

Həkim Mama Ginekoloq:
Dr.Hüseynova Zəkiyyə

 




 
   

lk səhifə

Tövsiyə et

Axtar

Əlaqə

 

Sayğac

Copyright © Diaqnoz tibb mərkəzi.   Bakı şəhəri ,Əhmədli qəs.Sarayevo küçəsi 38C
Tel Faks : (+99412) 470 06 66, 470 41 11, 470 09 11, 470 40 64, 470 40 65; Mobil : (+99450) 314 61 79; (+99455) 754 43 03
Mobil Tibbi konsultasiya 6949 (Azercell).Adi Azercell tarifleri ilə. Saat 9:00-18:00