Ürəyin İşemik xəstəliyi
   


Müasir stoma-tologiya nəinki dişlərin sağlam-lığı ilə həmçinin onlarin gözəl görkəmə malik olması ilə məşğul olur. Klinikamizda ilk dəfə dişlərinizə heç bir mexaniki zədə vurmadan  "Svarovski" kristallari ilə di-şinizə gözəl gorkəm vermək mumkundur.


Daha saqlam daha dUzgUn qaydada, hec bir dərman qəbul etmədən arıq-lamaq istəyirsinizmi?
ətraflı


Klinikamızda Avro-panın aparıcı firmala-rının implantantların-dan istifadə olunur.


Klinikamızda bütün növ breketlərdən istifadə olunur - Linqval, sapfir və keramik breketlər.Görünən və görünməyən.


Klinikamızın la-boratoriyasında qanda İFA üsulu ilə Göy öskürək çöpləri Borde-tella Pertussis İgG və İgM formalarına qarşı antitellərin təyininə başlanılmışdır.
Qiyməti 10 AZM-dir.


Artıq klinikamızın laboratoriya-sında qanda İFA üsulu ilə listeriozun İgGİgM formala-rına qarşı antitellərin təyininə başlanılmışdır.

Qiyməti 10 AZM-dir.


Mobil tibbi konsultasiya

AZERCELL abunəçilərinin nəzərinə:

Artıq siz hər gün saat 900-dən 1800-dək (050) 6949 nömrəsinə zəng etməklə tibbi məsləhətlər ala bilərsiniz.

Həmçinin şikayət və təkliflə-riniz üçün 24 saat ərzində (+99450)3146179 nömrəli te-lefonla müraciət edə bilər-siniz.


Food Dedective

Klinikamızın labora-toriyasında yeni müa-yinəqida maddələ-rinin orqanizmdə mə-nimsənilmə testi. Artıq orqa-nizminizin qəbul etdiyiniz qida maddələrindən hansına qarşı dözümsüzlüyünü Food Dedec-tive testi vasitəsi ilə təyin et-mək mümkündür.

Qiyməti 150 AZM-dir.

ətraflı


Klinikamızın labaratoriyasında yeni nefelometriya üsulu ilə qanda Revmatoid faktor(RF), Antistreptolizin-O (ASO) və C-reaktiv zülalın kəmiyyətcə qiymətləndirılməsinə başlanıl-mışdır.

Qiyməti 6 AZM-dir.


Holter EKQ

Klinikamızda İlk dəfə olaraq 24 və ya 48 saat ərzində Rozinn (ABŞ) firmasının mini EKQ qeydedici cihazı vasitəsi ilə ürək fəaliyyətinə nəzarət etmək mümkündür.Bu kiçik cihaz bədəninizə bağlanmaqla 24 və ya 48 saat ərzində ürək fəaliyyətinizə nəzarət edilir.


Artıq klinika-mızın labora-toriyasında qan-da İFA üsulu ilə lyamblyaaskaridə qarşı antitellərin təyininə başlanı-lmışdır.

Qiyməti 10 AZM-dir.


Respublikamızda ilk dəfə Allergiya Panel

"Diaqnoz Tibb Mərkəzi" labo-ratoriyasında Al-man Texnologi-yası ilə Allergik testlərin aparıl-masına başlanılmışdır. Analiz Paketinə aşağıdakı Allergenlərə həssaslığın təyini daxildir:


ətraflı


Hörmətli xanımlar və cənablar!

Diaqnoz tibb mər-kəzinin kosmetolo-qiya şöbəsi yeni ünvana köçmüşdür. Nəsimi rayonu K.Sə-fərəliyeva 23 (çay fabriki ilə üzbəüz) dəmiryol idarəsinin arxası Səməd Vurğun bağının arxası "BELLE FEMME" adlanan bu mərkəzdə ən yeni texnologiya ilə siz bədəninizdə olan qüsurları aradan qaldıra bilərsiniz



    

 

Diaqnoz Tibb Mərkəzi - düzgün diaqnoz, keyfiyyətli müalicənin ünvanı.

 
 
Ürəyin İşemik xəstəliyi 

Ürəyin İşemik xəstəliyi. Risk faktorui.

Ürəyin İşemik xəstəliyi(ÜİX)dedikdə, koronar qan təchizatının qismən yaxud, tam dayanması nəticəsində miokardın O2 və enegetik balansa tələbatı ilə, təchizatı arasında münasibətin pozulması ilə baş verən kliniki hal nəzərdə tutulur.ÜİX elm texniki tərəqqinin inkişafı ilə paralel olaraq artmaqdadır. ÜİX –dən ölüm faizi ümumi ölüm faizinin 50%-dən çoxunu təşkil edir.Bu isə öz növbəsində bəd xassəli şiş xəstəliklərindən, avtomobil qəzası nəticəsində ölənlərin sayından və ağ ciyər xəstəliklərindən ölənlərin birlikdə sayından çox deməkdir.Beləliklə ÜİX-ni ciddi sosial bir problem kimi təsəvvür etmək çətin deyil.

"Diaqnoz Tibb Mərkəzi"
Həkim Kardioloq :
Dr.Rəşidov Ağadadaş

İnkişaf etmiş avropa ölkəsində, ABŞ-da ÜİX-dən ölüm faizi son on ildə azalmaqda davam edir.Lakin inkişaf etməkdə olan ölkələrdə , o cümlədən postsovet ölkəsində , həmçinin Azərbaycanda da ÜİX-dən ölüm faizi ümumi ölüm faizinin 50%-dən çoxdur.Bunun çox istiqamətli izahı ola bilir.Əlbətdə ki,səhiyyədə, xüsusən kordioloqiya sahəsində son elmi texniki təqrəqqinin tətbiqinin səviyyəsi, mövcud diaqnostik və müalicə profilaktik tədbirlərin beynəlxalq təcrubəsinə nə dərəcədə yaxın olmasından çox şey aslıdır.Hər bir xəstəlikdə olduğu kimi ÜİX-nin də vaxtında müəyyən edilməsi, erkən diaqnostikası və erkən müalicə profilaktik tədbirləri əsas şərtlərdən biridir.Hər bir xəstəliyin müalicəsi xəstəliyin profilaktikasından başlanmalıdır.Qabaqlayıcı tədbirlər xəstələnmə faizini və ağırlaşma hallarını, nəticədə ölüm faizinin aşağı düşməsinə səbəb olur.ÜİX-də profilaktik tədbirləri başlamaqdan ötrü risk faktorların vaxtında müəyyən etmək, korreksiya etmək,düzgün qiymətləndirmək lazım gəlir.
ÜİX-nin risk faktorları aşağıdakılardır:
1.Dislipidemiya
2. Hərəkətsizlik
3. Artıq cəki
4. Hipertoniya
5. Şəkərli diabet
6.Siqaret
Bu risk faktorlarının hər birinin ÜİX-nin yaranmasında ayrıca rolu var.Hər birini ayrıca korreksiya etmək mümkündür.Bu riskfaktorlarından hər hansı biri və ya bir necəsi mövcuddursa, dislipidemiya yoxdursa ÜİX –nin yaranması faizi çox aşağıdır.

Dislipidemiya dedikdə,orqanizmdə lipid mübadiləsinin xüsusilə xolesterin mübadiləsinin pozulması başa düşülür.Belə ki, ümumi xolesterinin miqdarının 200.0 mq/dl-dən yüksək olması arterial damarlarda, o cümlədən ürəyin tac damarlarında aterosklerotik prosesin yaranması üçün şərait yaranır ki, bu da ÜİX yaranması üçün başlanqıc deməkdir. Təkcə ümumi xolesterin yox, digər xolesterin fraksiyaları aşağı sıxlıqlı lipoproteidlər(LDL) çox aşağı sıxlıqlı lipoproteidlər, triqliseridlər də, damarlarda aterosklerotik proseslərin yaranması prosesində iştirak edir və bu prosessi sürətləndirir.Digər bir lipoproteid yüksək sıxlıqlı lipoproteid(HDL) isə əksinə aterosklerotik prosesin ləngiməsinə xidmət edir.Bu göstərilən fraksiyaların hər birinin miqdarına ayrılıqda nəzarət lazımdır ki, lazimi həddi keçməsinlər.Beləki, aşağı sıxlıqlı lipoproteidlər (LDL) 100-200mqdl-dən aşağı olması tövsiyyə olunur.Sağlam şəxslərdə isə 160mq/dl-dən aşağı olması tövsiyyə olunur.Triqliseridlər qanda miqdarı 200 mq/dl-dən aşağı, yüksək sıxlıqlı lipoproteidlər (HDL) isə 40 mq/dl-dən yüksək olması tövsiyyə olunur. Digər aralıq forma Xilomikron-XM, qalıq XM və qalıq çox aşağı sıxlıqlı lipoproteid qeyd olunur. Xolesterin mübadiləsi pozulması nəticəsində arterial damarlarda kiçik aterosklerotik lövhəciklərdən iri arterosklerotik düyünlərə kimi inkişaf edərək, damar divarını zədələyir, damar mənfəzini daraldaraq tədricən həmin orqanın qan təchizatını pozaraq müxtəlif dərəcəli zədələnmələr yaradır ki, bu da orqanın , o cümlədən ürəyin işemiyası və nekrozu(infarktı) ilə nəticələnir. Bu proses tac damarlar ilə yanaşı digər arterial damarlarda da baş verdiyindən , hər orqanın özünə məxsus dəyişiklikləri kimi müşaidə olunur. Belə ki, beyin damarlarında bu proses beyin qan dövranı pozğunluğu (beyinin işemik insultu, beyin infarktı) . Böyrək arteriyalarının zədələnməsi, böyrək simptomları ilə, ətraf damarların zədələnməsi məhz ətrafların qan təchizatın pozulması, ətrafların üşüməsi,soyuması,trofiki xoralar və s ilə müşaidə olunur.Digər faktorların da ÜİX yaranmasında rolu var.İrsi faktor az rol oynasa da əhəmiyyətliidir.Belə ki. İrsi ailəvi ÜİX baş vermə tezliyi nəzərə çarpandır.Yaş həddi ahıl yaşlarda kişilərdə 50-55 yaş, qadınlar üçün isə 55-60 yaş və daha yüksək yaş hədləri daha təhlükəli yaş həddi sayılır.Kişilərdə ÜİX daha çox təsadüf olunur.
Psixoemosional gərginlik, stress faktoru, bir sıra endokrin xəstəliklər-qalxanvari vəz, qaraciyər və böyrək xəstəlikləri də lipid mübadiləsini pozaraq ÜİX yaranmasında rol oynayır.
Hər bir risk faktorunun ÜİX yaranmasında nə dərəcədə əhəmiyyətə malik olduğu haqqında çox saylı elmi təcrübi tədqiqatlar mövcuddur. Fiziki işlə işləyən,kənd təsərrüfatı ilə məşqul olan,ovçuluqla məşqul olan əhalidə ÜİX-in demək olar ki, çox aşağı təşkil etməsi,fiziki hərəkətin əhəmiyyətli
olmasını təsəvvür etmək çətin deyil.
Hər bir fərdin ÜİX tutulmasın 10 illik risk faizini müəyyən etmək üçün yaş həddi, Total xolesterin, yüksək sıxlıqlı hipoproteidlər (HDL)sistolik qan təzyiqi , siqaret çəkməyin ayrı-ayrılıqda faizini müəyyən etməkdə təyin etmək mümkündür ki, bu da öz növbəsində müalicə profilaktik tədbirlərin vaxtında adekvat başlanması üçün şərtdir.Damar divarında aterosklerotik prosesin getməsini, görünən ateromaları buz daşı(Aysberq) ilə müqaisə edilir ki, buz daşının görünən hissəsi ancaq onun 30% hissəsidir. 70%-i isə su altında görünməz yerləşir. O cümlədən aterosklerotik düyünün görünən hissəsi ancaq onun 30% hissəsiidir.70 % isə damar divarında görünməz olur.
ÜİX Diaqnostikası:EKQ müayinə bu gün də öğzünün diaqnostik əhəmiyyətini saxlamaqdadır.Rəngli Doppler, EXO KQ müayinə, EKQ sutkalıq holter manitor, Tredmil erqometriya(stress test) koronar angioqrafiya və digər diaqnostik vasitələrlə ÜİX diaqnostikasını vaxtında aparmaq mümkündür.Bu instrumental müayinə metodlarından başka qanın biokimyəvi analizi, lipid spektr,laxtalanma sistemi,aktiv iltihab göstəriciləri , qanda K, Mg, Ca ionlarının təyini əhəmiyyətlidir.Qeyd etmək lazımdır ki, ÜİX-nin diaqnostika və müalicəsi üçün ən son elmi texniki vasitələrinin tətbiqi çox böyük əhəmiyyətə malikdir.Lakin yüksək peşəkar kadrlar tərəfindən bu diaqnostik, müalicə tədbirlərin həyata keçirilməsinin əhəmiyyəti daha böyükdür.Belə ki, hər bir diaqnostik, müalicə kriteriyaları elmə əsaslanmalı, aparılmış beynəlxalq səviyyəli elmi təcrübi tədqiqatların son nəticələri nəzərə alınmalı və ona əsaslanmalıdır.Məhz buna görədir ki, inkişaf etmiş Avropa ölkələri və ABŞ-da ÜİX-dən ölüm faizi ildən ilə azalmaqdadır.Elmi əsası olmayan hər hansı bir müalicə diaqnostik vasitə qəbul edilməzdir.ÜİX-dən ölüm faizi aşağı olan ölkələrdə xəstəlik diaqnostika və müalicəsi elmi cəhətdən təsdiqini tapmış protokol əsasında aparılır.Təsdiqlənmiş protokol10 illərlə aparılan elmi tətqiqatların məntiqi nəticəsi kimi qəbul olunmuşdur və həmin müalicə sxemlərin müsbət effektiv parametrləri(ömrün uzadılması,ölüm faizi, təkrar xəstələnmək halları və s.) elmi təsdiqlənmişdir.Hər bir vətəndaş səhiyyə marifinə malik olmalıdır və özü sağlamlığına qiymət verməyi bacarmalı və öz sağlamlığını məhz elmə etibar etməlidir.
ÜİX-də müalicə kursu mövhumu yoxdur.Xəstələr daimi kordioloji nəzarətdə qalmalı, təyin olunmuş dərman preparatları həkim tərəfindən tövsiyyə olunmuş pəhriz və fiziki hətrəkət rejimi ilə paralel düzgün gəbul olunmalıdır.Təyin olunmuş dərmanlar yanaşı gedən xəstəliklər və digər orqan və sistemlərin vəziyyəti tam və dəqiq qiymətləndirilməli və nəzərə alınmalıdır.Buna görə yüksək peşəkarlıq və təcrübə tələb olunur.Şəkərli diabet xəstələrində ÜİX –nə tutulma çox yüksəkdir.Həmin xəstələr böyük diqqət tələb edir.Hər bir şəkərli diabet xəstəsi, istər I tip, istərsə də II tip kardioloji xəstəlik kimi kardioloqun və endokrinoloqun daimi nəzarətində olmalıdır.Şəkərli diabet xəstələrində qanda şəkərin miqdarı ilə yanaşı qanın lipid tərkibi, laxtalanma sistemi, böyrəklərin funksional vəziyyətinə daimi nəzarət tələb olunur.ÜİX o cümlədən miokard infarktı çox vaxt şəkərli diabet xəstələrində simptomatik, ağrısız keçdiyindən vaxtında düzgün diaqnoz qoymağa əngəl olur və çox vaxt ağırlaşmaya səbəb olur.

ÜİX tutulmasına görə xəstələr 3risk qrupuna bölünür.

1.Yüksək risk qrupu
2.Orta risk qrupu
3.Aşağı risk qrupu

Yüksək risk qrupu

Aterosklerotik damar xəstəliyi olanlar
a) Simptomlu
b)Simptomsuz
Diabetiklər
Risk hesabında 10 illik risk %-i 20-dən böyük olanlar.

Orta risk qrup

Xolesterin daxil olmaqla 3 və ya daha çox risk faktoru olanlar.
Metobolik sindromlar(50yaşdan aşağı)

Aşağı risk qrupu

LDL yüksək olması ilə yanaşı ən çox iki risk faktoru olacaq.




 
   

lk səhifə

Tövsiyə et

Axtar

Əlaqə

 

Sayğac

Copyright © Diaqnoz tibb mərkəzi.   Bakı şəhəri ,Əhmədli qəs.Sarayevo küçəsi 38C
Tel Faks : (+99412) 470 06 66, 470 41 11, 470 09 11, 470 40 64, 470 40 65; Mobil : (+99450) 314 61 79; (+99455) 754 43 03
Mobil Tibbi konsultasiya 6949 (Azercell).Adi Azercell tarifleri ilə. Saat 9:00-18:00