|
1.İdiopatik kişi sonsuzluğu 75% 2.Varikoselle 12% 3.Sidik-cinsiyyət infeksiyaları 7% 4.İmmun səbələr 3% 5.Anadan gəlmə səbəblər 3% Seksual pozuntular 1% İdiopatik kişi sonsuzluğu bir çox səbəblərdən ola
bilər.Məsələn:Xr.stress,xarici aləmin
zəhərlənməsi,(ətraf mühitin çirklənməsi)psixoloji
təsir,genetik faktorlar, və.s) Mənim öz təcrübəmdə rast gəldiyim səbəblər
aşağıdakılardan ibarətdir.: 1.Hipotalamusda olan xəstəliklər nadir hallarda rast
gəlinir.(kalman sindromu) 2.Hipofizdə olan xəstəliklərdə kişi sonsuzluğu öçün
nadir hallarda olur(hiperprolaktinemiya). 3.xayalarda olan zədələnmə çox geniş bir mövzudur (epidemik
parotit)Əsas səbəblərdən biri əvvəllər keçirilmiş “
paraodit” və “varikoseledik” 99% hallarda varikoselle
soltərəfli olur və əsas səbəbi sol tərəfdə olan
venaların klapalarının zəif inkişaf etməsidir.Çox
hallarda varikosele simptomsuz keçir və təsadüfü müayinə
zamanı meydana çıxır.Varikosele olan xəstələrdə
speratagenezin pozulması səbəbi əsasən xayalarda
temperaturun qalxmasıdır.Varikosele diaqnozunu
dəqiqləşdirmək üçün xayaların USM-ni ən əhəmiyyətli
üsullardan biridir.Xaya toxumalarının nə dərəcədə
zədələnməsini bilmək üçün qanda bir neçə hormonu (FSH,LH,Prolaktin,testesteron)
yoxlamaq lazımdır.Belə ki, kişi sonsuzluğunun səbəbini
aydınlaşdırmaq üçün aşağıdakı nümunələrdən keçmək
lazımdır : 1.Klinik
-- Ümumibaxış (anamnez toplamaq); --Urogenital müayinə; --Lazım olarsa, terapevtin, genetikin konsultasiyası;
2.
Laborator və instrumental:
--Spermoqramma --Prostat şirəsinin və toxum kisəsinin sitoloji
müayinəsi; --Xlamidioz,ureoplazmoz,mikoplazmoz,sitomegalovirus və
sadə herpesin yoxlanılması; -Spermanın bakterioloji yoxlanılması; --Cinsi hormonların yoxlanılması; -- Çanaq orqanlarının USM-i --Baş beynin KT-si --Xayaların biopsiyası;
Kişi sonsuzluğunu törədən səbəblərdən asılı olaraq onun
müalicəsi də çoxşaxəlidir.Hipoqanudoror hipoqanadizm
zamanı xorionik və menopauzal
qonodotropendən(preqnil,profuzi,perqonal və s.)estrogenlərin
antoqanislərindən istifadə edilir(klomifen tonoksifen). Əgər kişi sonsuzluğunun səbəbi tapılmazsa , onda empirik
müalicə tətbiq edilir.Empirik olaraq müəyyən olunmuşdur
kİ. Tribullus terrerstris adlı bitkinin meyvəsindən
alınmış ekstrakdan düzəldilmiş preparat “Tribestran” çox
gözəl effekt verir(2 tabx3 dəfə yemşsonra 3-6 ay) Kişi sonsuzluğu çox aktual bir problemdir.Ona görə də bu
haqda çox geniş danışmaq olar.Əgər bu problemlə
üzləşmisinizsə və yaxud ümumiyyətlə problemlə
maraqlanırsınızsa ,”Diaqnoz Tibb Mərkəzi”-də fəaliyyət
göstərən Həkim-Androloq –Sexopatoloq: Xudiyev Əsgərə
müraciət edə bilərsiniz.
|