A
 

Aseton(Acetone): Aseton çox asan təyin olunur (məsələn iyinə ğörə) və onun sidikdə aşkar olunması çox ciddi ağırlaşmanın əlamətidir. Bu orqanizmin daxili mühütünün turşulaşmasını və ya ketoasedozu göstərır; ketoasedoz isə komatoz hala və ölümə gətirib çıxara bilər. Qeyd edək ki, oxşar proses uzun müddətli aclıq zamanı sağlam insan orqanizmində yarana bilər, lakin onun səbəbi insulin çatmamazdığı yox, gida çatmamazlığı, xüsusi ilə də karbohidrat çatışmamazlığıdır. Eyni qaydada hüceyrələr kömək istəyir və beyin qara ciyərə ehtiyyat şəkəri işlətmək əmri verir; bu aclıqdan ölməmək üçün birinci müdafiə xəttidir. Sonra orqanizm ikinci müdafiə xəttinə keçir: əzələ toxumalarında yığılmış qlikogen istifadə olunur, onlar da qurtardıqdan sonra yağlar istifadə olunmağa başlayır - və bu zaman yuxarıda qeyd etdiyimiz bütün vəziyyət təkrarlanır və aclıq ketoasedozu başlayır. Beləliklə biz aşağıdaki faktları qeyd edə bilərik.
Sidikdə şəkər - birinci həyəcan siqnalı olub, onu göstərir ki, sizin diabet kompensasiya olunmayıb; Sidikdə asetonun meydana çıxması ikinci həyəcan siqnalı olub, aydın şəkildə onu göstərir ki, dekompensasiyalı diabet sizi diabetik və ya ketoasedoz komasının başlanğıcına gətirib çıxarmışdır. Sidikdə asetonun əmələ gəlməsinə xüsusi poloskalar vasitəsi ilə nəzarət etmək olar; bundan əlavə ketoasedoz inkişaf etdikcə siz aşağıdakı halları hiss edəcəksiniz:
1. Ağızdan aseton iyi
2. Tez yorulma, zəiflik
3. Baş ağrısı
4. Iştahanın enməsi, sonra işə tamamilə itməsi.
5. Qarında ağrılar.
6. Qusma, ürək bulanma, işhal ola bilər
7. Səsli, dərin, tezləşmiş tənəffüs.

Albumin - qan zərdabının əsas zülal komponentidir. Bir sıra bioloji aktiv maddələrin, xüsusilə hormonların nəqlində iştirak edir. Plazmada onkotik təzyiqin tənzimlənməsi 65-80% hallarda albumindən asılıdır.

 Qanda normal albumin:

Yaş

Albuminin qanda səviyyəsi    q\ l

14 yaşına kimi uşaqlar

38― 54

14― 60 yaş

35― 50

60 yaşdan yuxarı

34― 48

Qanda albuminin biokimyəvi analizi zamanı hamilə qadınlarda, laktasiya dövrü, siqaret çəkənlərdə və s. qanda zülalın miqdarı aşağı düşür .
Qanda Albuminin səviyyəsinin qalxması çoxlu maye itkisi olduğu hallarda baş ver

Müayinəyə göstəriş: qaraciyər, böyrək patologiyaları, ağır travmalar, onkoloji xəstəliklər
zamanı pasiyentin ümumi vəziyyətinin monitorinqi (nəzarət) üçün və s.

 

Alaninaminotransferaza(AlAT )

 AlAT - hüceyrədaxili enzim (bioloji aktiv maddə) olub, aminturşuların metabolizmində iştirak edir. Yüksək konsentrasiyalarda qaraciyərdə, böyrəklərdə, az miqdarda isə skelet əzələlərində və ürəkdə rast gəlinir.

Normativlər: kişi 10-42 U\L

QADIN 10-32 U\L

  • Qanda ALAT-in səviyyəsinin yüksəlməsi aşağıdakı xəstəliklərdə ola bilər.

  • Viruslu Hepatit

  • Qaraciyərin toksiki zədələnməsi

  • Qaraciyər serrozu

  • Xr.alkoqolizm

  • Qaraciyər xərçəngi

  • Dərman preparatlarının qaraciyərə toksiki təsiri

  • Sarılıq

  • Ürək çatışmamazlığı

  • Miokardit

  • Pankreatit

  • Miokard infarktı

  • Şok

  • Yanıqlar

  • Sklet əzələlərinin nekrozu və travması

Qanda ALAT səviyyəsinin aşağı düşməsi qaraciyərin aşağıdakı xəstəlikləri zamanı ola bilər ― NekrozSerroz. 6 vitamin defisitliyi nəticəsində də ALAT -in qanda Miqdarı aşağı düşür..
 

Müayinəyə göstəriş: qaraciyər xəstəliklərinin diaqnostikası, virus hepatitə yoluxmuş xəstə ilə kontaktda olan şəxslərin və müxtəlif etiologiyalı hepatit aşkarlanan şəxslərin müayinəsi zamanı və s.


  Aspartataminotransferaza (AsAT)

AsAT - hüceyrədaxili enzimlərdəndir (bioloji aktiv maddə). Aminturşuların mübadiləsində iştirak edir. Qaraciyərdə, skelet əzələlərində, beyində, eritrositlərdə və ürəkdə yüksək konsentrasiyada təyin olunur.

Normativlər: KİŞİ 10-37 U\L QADIN 10-31 U\L

Qanda AsAT-in səviyyəsinin yüksəlməsi aşağıdakı xəstəliklərdə ola bilər.

  • Miokard infarktı

  • Viruslu, Toksiki, Alkoqol hepatiti

  • Stenokardiya

  • Kəskin Pankreatit

  • Qaraciyər xərçəngi

  • Kəskin Revmokardit

  • Ağır fiziki iş

  • Ürək çatışmamazlığı

Bundan əlavə yanıqlarda, sklet əzələlərinin travması, ürək əməliyyatlarında da yüksir..

Qanda AsLAT səviyyəsinin aşağı düşməsi aşağıdakı xəstəlikləri zamanı ola bilər ―  Qaraciyərin Nekrozu,  6 vitamin defisitliyi nəticəsində də AsAT -in qanda miqdarı aşağı düşür..

 

aPTT - xüsusi reagentlərin birləşməsindən sonra qan laxtasının yaranma vaxtını göstərir. Müayinəyə göstəriş: hemostaz sistemin müayinəsi və s.

α-Amilaza - mürəkkəb karbohidratların hidrolizində iştirak edir. Mədəaltı vəzidə və tüpürcək vəzilərində sintez olunur. 

N< 100  U\L

Müayinəyə göstəriş: mədəaltı vəzinin patologiyaları, virus infeksiyaları, diabet və s. xəstəliklər zamanı

Alfa- Fetoprotein(AFP) - qlikoproteindir, dölün qaraciyərində sintez olunur. Müayinəsini hamiləliyin 15-20 həftəsində aparmaq daha məqsədə uyğundur.

AFP-nin qanda səviyyəsinin yüksəlməsi aşağıdakı xəstəliklərdə olur.

 

  • Qaraciyərin xərçəngi,, mədəaltıvəz,, mədə, yoğun bağırsağ, ağ ciyər, süd vəzilərininxərçəngi

  • Bronxların şişi

  • Qaraciyərdə metastaz

AFP-nin nəzərəçarpmayan müvəqqəti yüksəlməsi

  • Qaraciyər Serrozu

  • Xr.virus hepatiti

  • Xr.alkoqolizm

  • Xr.qaraciyər çatışmamazlığı

Hamiləlikdə AFP aşağıdakı hallarda yüksələ bilər:

  • ox döllü hamiləlik

  • Dölün qaraciyər nekrozu (virus infeksiyası nəticəsi olaraq)

  • Dölün göbək yırtığı

  • Dölün böyrək patoloqiyası

  • Dölün inkişaf qüsürları

Əgər AFP testi ―  hamilələrdə aşağı  göstərirsə, belə halda həki uşağa sindrom Daun(21 trisomiya)diaqnozu qoymağa əsası var  (10 həftəlik hamiləlikdən sonra)

  • Dölün inkişaf zəifliyi

  • Dölün ölümü

  • Düşük

Analizin verilmə qaydası:

Analizin dəqiq təyini üçün həkiminizlə məsləhətləşin ki, nə vaxt və necə verilsin.Analiz venadan götürülür.Əgər xüsusi göstəriş yoxdursa, onda hamiləliyin14-20-ci həftəliyində verilir. (İdeal period ― hamiləliyin  14-15-ci  həftəliyidir ).

Qan səhər , ac qarına verilir. Əgər səhər vaxtlarında vermək mümkün olmursa, axrıncı qəbul olunan qidadan 4― 6 saat keçməlidir.

Müayinəyə göstəriş: bu onkomarkerin təyin olunması qaraciyər və xayaların xərçəngi zamanı, hamiləlik zamanı dölün inkişaf anomaliyalarını aşkarlamaq üçün və s.

Antispermal antitel (ASA) - antispermal antitellər, spermatozoidlərin membran antigenlərinə qarşı sintez olunur. Sonsuzluğun immunoloji səbəblərinin araşdırılması üçün və s. Antispermal antitel -kişilərdə olduğu kimi, qadınlardada sonsuzluğu göstərən göstəricilərdən biridir.Əsas göstəriş: sonsuzluğun səbəbinin araşdırılması, sperma analizində hərəkətsiz və ya anomal spermaların olması, spermatazoidlərin sayının azalması.

Səviyyəsinin yüksəlməsi

  • Kişilərdə sonsuzluq: infeksion xəstəliklərdə, onkoloji, kriptorxizm, varikosell.

  • Qadınlarda -Sidik-cinsiyyət yollarının xroniki infeksion xəstəliklərində.

 

Anti Tq - tireoqlobulin antitelləri qalxanvari vəzinin autoimmun patologiyaları zamanı təyin edilən vacib faktorlardandır.

Norma: Neqative  <100 (IU\ml);     Pozitiv  >50 (IU\ml)

Müayinəyə göstəriş: anada yüksək anti Tq aşkarlanarsa, yenidoğulmuşların müayinəsi, xroniki tireoidit (Xaşimoto xəstəliyi), hipotireozun diferensial diaqnostikası, diffuz toksiki zob və s.
 

 

Anti TPO - tireoid peroksidaza antitelidir və immun sistemin orqanizmə qarşı verdiyi aqressiya reaksiyası nəticəsində yaranır. Hamiləlik dövründə anti TPO nun aşkarlanması doğuşdan sonra tireoidit təhlükəsi yaradır. Norma: 0-35 V/ml.

 

müayinənin məqsədi

  • Qalxanabənzər vəzi xəstəliklərinin diaqnostikası.

  • Autoimmun tireoiditin diaqnostikası

  • Anadangəlmə Hipotireozun diaqnostikası.

Antİtel tİtrİnİn yüksəlməsİ

  • Tireoidit Xaşimoto(yüksək titr)

  • Qreyvs xəstəliyi (sinonimi: Bazedov xəstəliyi, diffuz toksiki zob).

  • Kəskin tireoidit Querviain- Tireoidit d reven (titr az yüksəkdir).

  • Doğuşdan sonrakı qalxanvari vəz disfunksiyası

  • İdeopatik hipotireoz

  • Birincili miksedema (hipotireoz)

  •  Autoimmun tireoidit.

  • Bəzən ola bilər ki, sağlam 50 yaşlı kişilərin 5% , qadınların 10% -də antitellər tapılsln.

Qalxanvari vəz xərçəngində qanda Anti TPO təyin olunmur .

Astrovirus - bağırsaq infeksiyası törədicisidir. Respirator əlamətlərlə başlayan xəstəlik sonradan həzm sistemi patologiyaları ilə inkişaf edir. Əsas klinik simptomları dispepsik əlamətlər, ishal, hərarətin yüksəlməsi və s.

 

Adenovirus - kəskin respirator infeksiya törədicilərindəndir. Xəstəlik limfoid toxumaların, selikli qişaların zədələnməsi, zəif intoksikasiya əlamətləri ilə xarakterizə olunur.

 

B

Bilirubin - sarımtıl-qırmızı piqment olub, ödün tərkibində olur.Bilrubinin analizi insanın qaraciyərinin necə işləməsi barədə informasiyadır. Bilrubin qaraciyərin retikuloendotelial hüceyrələrində, dalaqda və sümük iliyində hemoqlobinin və digər hemoproteidlərin parçalanması zamanı yaranır. Qan plazmasının əsas komponenti olub, 2 fraksiyada aşkarlanır: düz (birləşmiş, konyuqə edilmiş) bilirubin, qeyri-düz (sərbəst) bilirubin. Bu fraksiyalar birlikdə ümumi bilirubini təşkil edir.

Ümumi bilrubinin normada: 3,4 ―  17,1 kmol/l―  böyüklər üçün və uşaqlar üçün. Yenidoğulmuşlarda bilirubin səviyyəsi yüksək olur ―  bu fizioloji sarılıq adlanır.

Düz bilrubin normada: 0 ―  3,4 mkmol/l.

 

Qanda bilirubinin səviyyəsinin yüksəlməsi bir çox xəstəliklərdə

  • 12 vitamin çatışmamazlığı

  • Qaraciyərin kəskin və xronik xəstəliklərində

  • Qaraciyər xərçəngi

  • Hepatit

  • Qaraciyərin birincili serrozu

  • Qaraciyərin toksiki, alkoqol, dərman zəhərlənməsi 

  • d daşı xəstəliyi.

Əgər düz bilirubin normadan yüksəkdirsə , belə hallarda həkim növbəti diaqnozlardan şübhələnməlidir:

  • Kəskin Virus və toksiki hepatit

  • Xolesistit

  • Infeksion zədələnmələr

  • Hamiləlikdə sarılıq

  • Yenidoğulmuşun hipotireoz

Müayinəyə göstəriş: qaraciyər patologiyaları, hemolitik anemiyalar və s.

 β-xorionik qonadotropin - hamiləliyin xüsusi hormonudur.Hamiləliyin ilk dövrlərində xorion hüceyrələri, sonrakı dövrlərində plasenta tərəfindən sintez olunmağa başlayır.

Müayinəyə göstəriş: amenoreya, hamiləliyin erkən diaqnostikası, ektopik hamiləliyə şübhə olduqda, hamiləliyin dinamikasına nəzarət etmək üçün, xayaların və trofoblast şişlərinin diferensial diaqnostikası zamanı və s.

Brucella species - 6-ya qədər növü məlumdur. Bruselyoz xəstəliyinin törədicisidir. Kəskin, infeksion - allergik xəstəlik olub, əsasən qızdırma, sümük-oynaq, ürək-damar, urogenital, sinir sisteminin zədələnməsi, vegetativ pozğunluqlarla özünü biruzə verir. Residivli və xroniki gedişə malik olur.
 

C

 

 

C-peptid - insulinin qeyri aktiv parçalanma məhsuludur. Aşkarlanması insulinin endogen sintezini göstərir. C-peptid xüsusilə böyrəklər vasitəsilə xaric olunur.

Müayinəyə göstəriş: I və II tip diabetlərin diferensial diaqnostikası, yumurtalıqların
polikistozu, sonsuzluq və s. patoloji proseslər.

 

 

CEA - embrionun həzm traktında sintez olunur. Praktik olaraq böyüklərdə və hamilə qadınlarda çox az konsentrasiyada təyin edilir. Qanda CEA onkoloji proseslər zamanı aşkarlanır.

Normal diapazon CEA siqaret çəkməyənlərdə(böyüklərdə) <2,5 nq / ml və cəkənlərdə <5,0 nq / ml.

Ən çox mədə -bağırsaq sisteminin onkoloji xəstəlikləri zamanı təyin olunur.Uğurlu aparılan əməliyyatdan sonra onun səviyyəsi normaya düşür.Lakin səviyyəsi yüksəldikcə xəstəliyin proqressivləşməsini  və ressidivliyini göstərir.

 

Müayinəyə göstəriş: həzm sisteminin şişləri, xərçənglərin metastaz və residiv risklərinin müəyyən olunması, risk qrupuna daxil olan xəstələrin monitorinqi (nəzarət) və s.

 

CA-15-3 - süd vəzi xərçənginin metastazları zamanı təyin olunması vacib olan onkomarkerdir.

CA-125 - seroz qişalarda və toxumalarda aşkarlanan qlikoproteid tərkibli onkomarkerdir. Bəzi şişlər və iltihabi proseslər zamanı konsentrasiyasının yüksəlməsi müşahidə olunur. Xüsusi ilə yumurtalıqların xərçəngi zamanı təyin olunması məqsədə uyğundur.

CA-19-9 - xüsusi qlikoproteindir. Fetal olaraq qaraciyərin, mədəaltı vəzin, nazik və yoğun bağırsağın epitel hüceyrələrində sintez olunur. Mədəaltı vəzin,  qaraciyərin onkoloji patologiyaları zamanı təyin olunan onkomarkerdir.
 

 

D

Dəmir - unikal təbii mikroelementdir. Dəmir ionları hemoqlobinin və mioqlobinin tərkibinə daxil olaraq qanı qırmızı rəngə boyayır. Oksidləşdirici olsa da, əksinə oksigenin toxumalarda mənimsənilməsini asanlaşdırır.

Müayinəyə göstəriş: müxtəlif etiologiyalı anemiyalar, dəmir defisitli anemiyaların müalicəsinə nəzarət, iltihabi sistem xəstəlikləri, dəmir zəhərlənmələri və s.

Dairəvi immun kompleks - yüksək konsentrasiyalarda antigen və spesifik antitellərin eyni vaxtda olması dairəvi immun kompleksinin yaranmasına (DİK) səbəb olur. Kapilyardan süzülərək toxumalarda toplanan DİK onların iltihablaşmasına səbəb olan komplimenti aktivləşdirir.

Dəmirin orqanizmdə norması hemoqlobindən, bədən çəkisindən, cinsiyyətdən və yaşdan aslıdır.

 

Yaş

Fe səviyyəsi  mkmol\l

12 aya qədər

7,16 ― 17,90

12 ay ―  14 yaş

8,95 ―  21,48

Qadınlar, > 14 yaş

8,95 ―  30,43

Kişilər, > 14 yaş

11,64 ―  30,43

 Qanda dəmirin çatışmamazlığıı hemoqlobinin faizinin aşağı düşməsinə və dəmir defisitli anemiyanın yaranmasına gətirib çıxarır.Bu da immunitetin aşağı düşməsinə, uşaqlarda fiziki inkişafın geri qalması, ümumi zəiflik, dəridə quruluq, dəri və selikli qişaların avazıması, tənginəfəslik, taxikardiya, əzələlərin hipotonusu, həzm pozğunluğu, iştahsızlıq, və.s kimi pozğunluqlara səbəb olur.

 

 Dehydroepiandrosterone sulfate(DHEA-SO4)

 

DHEA-S

DHEA-SO4

DHEA Sulfate

DHEA-SO4 - Böyrəküstü vəzin androgen hormonu olub, əsasən  qabıq maddədə sintez olunur. 

Müayinəyə göstəriş: böyrəküstü vəzin qabıq maddəsinin şişləri, qadınlarda hiperandrogen hallar müşahidə edildikdə (hipersutizm, keçəlləşmə, reproduktiv funksiyanın pozulması və s.), cinsi yetişkənlik səviyyəsinin təyin edilməsi və s

 

E

Estradiol - ən aktiv qadın cinsinsi hormonudur.Cinsi steroid hormondur, bioloji aktivliyinə görə estrogenlər arasında liderdir. Əsas fizioloji əhəmiyyəti qadın orqanizminin spesifik funksional fəaliyyətinə təsir etməkdir. Estradiol qadınlarda cinsiyyət sisteminin inkişafını, ikincili cinsi əlamətlərin inkişafı və menstrual tsikli tənzimləyir.

Müayinəyə göstəriş: hipofiz vəzi patologiyaları, anovulyasiya, cinsi yetişkənliyin pozulması, disfunksional uşaqlıq qanaxmaları, sonsuzluq, azospermiya, oliqospermiya və s.

 

Eritrositlər - qanın formalı elementlərindəndir. Retikulositlərdən yaranır. Hemoqlobinin nəqli eritrositlərin əsas funksiyalarındandır.

Eritrositlərin qanda səviyyəsinin aşağı düşməsi stres hallarda, Gərgin fiziki iş zamanı,, aclıq zamanı, anemiyalarda, leykoz, bədxassəli şişlərin metastazı. Bundan başka eritrositlərin səviyyəsinin yüksəlməsi aşağıdakı hallarda ola bilər

  • leykoz

  • Ağ ciyərlərin xronik xəstəliklərində

  • Anadangəlmə ürək qüsurları

Eritrositlərin çökmə sürəti - ES qanın zülal tərkibindən, eritrositlərin miqdarından, forma və ölçülərindən asılıdır.

 

Müayinəyə göstəriş: iltihabi proseslər, infeksion xəstəliklər və profilaktik məqsədlərlə aparılan müayinə skrininqləri və s.

 

Eritrositlərin hemoqlobin tutumu - bu göstəricinin təyin olunması anemiyaların diaqnostikasında böyük əhəmiyyətə malikdir.

 

Eritrositlərin orta korpuskulyar həcmi - eritrositlərin orta həcm göstəricilərindəndir. Bu göstəriciyə görə 3 tip eritrositlər təyin olunur: normosit (80-100 fl), mikrosit (80 fl-dən az), makrosit (100 fl-dən yuxarı)

Müayinəyə göstəriş: müxtəlif etiologiyalı anemiyaların diaqnostikası və s.

 

F


FSH
- follikul stimullaşdırıcı hormon hipofizin ön payında sintez olunur. Əsas funksiyası kişilərdə toxum kanalcıqlarının və spermatozoidlərin, qadınlarda follikulların inkişafını stimulyasiya etməkdir.
 

Müayinəyə göstəriş: sonsuzluq, anovulyasiya, cinsi inkişafla bağlı patologiyalar, yumurtalıqların polikistozu, hormon terapiyasına nəzarət və s.


Free T3
- plazma zülalları ilə birləşməyən bioloji sadə triyodtironindir. Free T3-ün səviyyəsi tireoidlərin ümumi metabolik xarakteristikasını əks etdirir.
 

Müayinəyə göstəriş: hipertreoid vəziyyətinin diferensial diaqnostikası, T3 toksikozlarının nəzarət müayinələri, antitireoid terapiyanın monitorinqi (nəzarət) və s.
 

Free T4 - plazma tiroksininin sadə formasıdır.

Müayinəyə göstəriş: tireotrop hormonun konsentrasiyasının dəyişməsi, diffuz toksiki zob, hipotireoz, tireotoksikoz xəstəlikləri və s.
 

Free Estriol - plasenta tərəfindən sintez olunur. Hamiləlik öncəsi qanda minimal konsentrasiyada təyin olunur. Hamiləlik zamanı, xüsusilə plasenta formalaşan dövrdə konsentrasiyasının qalxması müşahidə olunur. Estriol hamiləliyin əsas estrogenidir.
 

Müayinəyə göstəriş: dölün inkişaf anomaliyalarında, xromosom xəstəliklərində, feto-plasentar kompleksin vəziyyətinin öyrənilməsi üçün və s.

Fosfor - hüceyrədaxili elementdir. Mərkəzi sinir sisteminin normal fəaliyyəti üçün vacibdir. Fosfor böyümə, genetik məlumatların saxlanılması və istifadəsi, skeletin inkişafı və s. bioloji proseslərdə iştirak edir.
 

Müayinəyə gostəriş: qalxanvari ətraf vəzilərin xəstəlikləri, sümük toxumasının və böyrəklərin patologiyası və s.
 

Fibrinogen - qaraciyərdə sintez olunur. Trombinin təsiri ilə fibrinogendən həll olunmayan fibrin monomerləri əmələ gəlir ki, bunlar da polimerləşərək fibrin tellərinə (laxta) çevrilir.
 

Müayinəyə göstəriş: qan laxtalanması ilə bağlı patologiyalar, hamiləlik zamanı, iltihabi proseslərdə və s.

 

 

H

Hemoqlobin - qanın tənəffüs piqmenti olub, eritrositlərdə saxlanılır. Əsas funksiyası oksigenin və karbon qazının nəqli, turşu-qələvi balansının tənzimləməsidir. İki hissədən ibarətdir: zülal və qeyri-zülal (dəmir). Hemoqlobinin müxtəlif fizioloji formaları var:

  • Oksihemoqlobin (HbO2) - oksigenlə hemoqlobinin birləşməsindən əmələ gəlir. Əsasən arterial qanın tərkibində çox olur və qana al qırmızı rəng verir.

  • Dezoksihemoqlobin (HbH) - oksigeni toxumalara transfer edən hemoqlobindir.

  • Karboksihemoqlobin (HbCO2) - karbon qazı ilə birləşmiş hemoqlobindir. Xüsusilə venoz qanın tərkibində olur.

  • Fetal hemoqlobin (HbF) - quruluş və xassələrinə görə fərqli olmaqla yeni doğulmuşların hemoqlobinidir. Uşağın qanında HbF miqdarı 80% təşkil edir. 1 yaşadək demək olar ki, tam olaraq hemoqlobinlə əvəz olunur. HbF-in diaqnostikası bəzi qan və onkoloji xəstəliklər zamanı aparılır.

Hepatit - qaraciyərin diffuz və ocaqlı zədələnmələri ilə davam edən patologiyasıdır. Hepatitlər yaranma səbəbinə görə müxtəlifdir. Bunlara viruslar tərəfindən törədilən - virus hepatitləri, dərman preparatlarının təsiri nəticəsində yaranan - kəskin toksik hepatitlər, mexaniki təsirlərdən irəli gələn - mexaniki hepatitlər və s. aiddir. Kəskin hepatitlər - şüalanma nəticəsində, bədənin müxtəlif dərəcədə yanıqları, hamiləlik toksikozları, alkoqolizm nəticəsində yarana bilər. Toksik hepatitlər - müxtəlif kimyəvi birləşmələrin qaraciyər toxumasına birbaşa təsirilə əlaqədar olaraq meydana çıxan və onun funksiyasını zədələyən prosesdir.Virus hepatitləri (hepatitis viralis) - hepatotrop viruslar tərəfindən törədilən antroponoz infeksiyalardan olub, kəskin və xroniki gedişə malikdir və qaraciyərin morfo-funksional, üzvi, destruktiv dəyişikliklərini özündə cəmləşdirir.
 

Hepatit A - enteroviruslar tərəfindən törədilir. Fekal-oral yolla yoluxur. Yoluxmadan 7-10 gün sonra İgM yaranır və 6 ay müddətində təyin oluna bilər. HAV-da İqG rekonvalessensiya dövründə yaranır və erkən diaqnostika kriterilərindən sayıla bilməz. Bu markerin aşkarlanması nə vaxtsa keçirilmiş infeksiya haqqda xəbər verir.
 

Hepatit B - törədicisi hepadnaviridae viruslarıdır. Antropanoz infeksiyadır. Aşağıdakı infeksion markerləri təyin olunur:
 

  • HBsAg - əsas markerlərdən olub, infeksiyalaşmanı göstərir.

  • HBcAg - virusun aktiv reproduksiyasını göstərir.

  • HBeAg - virusun aktivliyini, yüksək virulentliyini və infeksiyalaşdırma dərəcəsini göstərir.

  • DNT HBV - virusun genom göstəricisidir və s.

Hepatit C - flavioviruslara oxşar törədicilərə malikdir, RNT genomludur. HCV-nin diaqnostikası summar antitellərin aşkarlanmasına əsaslanır. HCV xroniki qaraciyər xəstəliklərinin, sirrozun və hepatosellülyar karsinomaların yaranmasına səbəb olur. Digər laborator metodlarla yanaşı referens metod kimi HCV - nin diaqnostikasında immunoblot metod tətbiq olunur. Metodun üstünlüyü daha həssas olmasındadır.
 

Hepatit D - deltaviruslar tərəfindən törədilir, yalnız HBsAg pozitiv olan insanlarda aşkarlanır. HBV və HDV birlikdə müşahidə olunarsa daha ağır klinika inkişaf edir.
 

Hepatit G - postransfuzion hepatitlərdəndir. Monoinfeksiya şəklində az rast gəlinir. HAV, HBV infeksiyaları ilə birgə aşkarlandıqda daha kəskin klinika müşahidə olunur.
 

Helicobacter pylori - mədə və 12 barmaq bağırsağın xora xəstəliyində, mədə xərçəngində etioloji olaraq bu törədici xüsusi yer tutur. Eyni zamanda B tip iltihabi qastritlərin inkişafında helicobacter pylori əsas rol oynayır.
 

 

Herpeslər - bu virusların 100-dən çox tipi məlumdur. 3 yarım tipə bölünür: α, β, γ herpes viruslar. İnsan orqanizmində 8-9 tipi patogenliyə malikdir. Bu infeksiya TORCH qrupuna aiddir.

 
 

 

X



Xolesterin
- yağ mübadiləsinin əsas komponentlərindən olan orqanik birləşmədir. Orqanizmdə bir sıra funksiyaları yerinə yetirir: hüceyrə membranının tikilməsi, öd hazırlanması, cinsi hormonların və D vitaminin sintezi və s.
 

Müayinəyə göstəriş: ateroskleroz, ürək qan-damar sistemi xəstəlikləri, qaraciyər və böyrək patologiyaları, şəkərli diabet, miksedema və s.
 

Qanda normal tutumu 140-300 mq/100 ml (3,6-7,8 mml/l). Qanda xolesterinin səviyyəsi yüksəldikdə (hiperxolesterinemiya (hypercholesterolaemia)) bəzən ateromun əmələ gəlməsinıə səbəb olur.  Xolesterin , həmçinin öddə daşın əmələ gəlməsindədə əsas rol oynayır
 

Xlamidiya - obliqat hüceyrədaxili, kiçik qram - törədicidir. Ümumi antigenlərə malikdir və yoluxmadan sonra müəyyən inkişaf mərhələlərindən keçir. Həm DNT həm də RNT genomludur. İnsan üçün 4 növü patogendir:
 

Chlamydophila pneumoniae

Chlamydophila psittaci

Chlamydophila pecorum

Chlamydophila trachomatis

 

Xlor (Cl) - xlor hüceyrəxarici əsas qeyri üzvi aniondur. Turşu-qələvi balansının tənzimlənməsində, normal osmolyarlığın saxlanılmasında mühüm əhəmiyyətə malikdir. Xlorun azalması zamanı alkaloz, artması zamanı isə asidoz müşahidə olunur.
 

Müayinəyə göstəriş: şəkərsiz diabet, böyrəküstü vəzinin patologiyaları, turşu-qələvi mübadiləsinə nəzarət və s.
 

 

İ
 

İnsulin - mədəaltı vəzidə sintez olunur (Langerhans adacıqlarında). İnsulin hüceyrələrə qlükozanın, amin turşuların, kalium ionlarının nəqli üçün vacibdir. Qlükogenoliz və qlükoneogenez proseslərinə ingibəedici təsir göstərir. Qanda qlükozanın və yağ turşularının konsentrasiyasını aşağı salır.
 

Müayinəyə göstəriş: şəkərli diabetlərin diferensial diaqnostikası, qlükozaya qarşı tolerantlığın
pozulması, müalicə preparatlarının seçilməsi və s.
 

İmmunoqlobulin A - əsasən selikli qişaların limfositləri tərəfindən antigenlərə qarşı yerli reaksiya olaraq sintez olunur. İgA selikli qişaları patogen mikroorqanizmlərdən, potensial allergenlərdən və autoantigenlərdən müdafiə edir.
 

İmmunoqlobulin M - immun cavabın ilk mərhələsində sintez olunur. Bakteriemiya və infeksiyaların kəskin dövründə xüsusi müdafiə funksiyası yerinə yetirir.
 

İmmunoqlobulin G - vaskulyar və ekstravaskulyar müdafiə funksiyalarını yerinə yetirir. Virus neytrallaşdırıcı, bakteriosid və s. xüsusiyyətlərə malikdir. Plasentar yolla dölə ötürülərək həyatının ilk dövrlərində əsas müdafiə faktoru rolunu oynayır.
 

İmmunoqlobulin E - allergik reaksiyalarla sıx əlaqədardır. Dəri, selikli qişalar, bazofil hüceyrələr və s. ilə aktiv birləşdiyinə görə qanda az konsentrasiyada aşkarlanır. Hiperallergik reaksiyalar zamanı konsentrasiyasının artması müşahidə olunur.
 

 

K
 

Kardiolipin İgM/İgG - mitoxondrilerin iç membranında olan negative yüklü fosfolipiddir.
 

Müayinəyə göstəriş: Venoz və arterial trombozlarda, trombositopeniyada, təkrari düşüklər, ölü doğum, ilkin sümük nekrozu və s.
 

Kandida - (candida albicans) maya göbələklərinə bənzər törədicilərdir. Normada selikli qişaların rezistent mikroflorasına aiddir. Xəstəlik kimi kandidoz immun sistemi zəifləmiş insanlarda aşkarlanır, eyni zamanda uzunmüddətli antibiotik qəbulu bu prosesin baş verməsinə səbəb ola bilər.
 

Kreatinin - əzələlərdə və toxumalarda gedən enerji mübadiləsinin və kreatin maddəsinin son parçalanma məhsulu olub xüsusi diaqnostik əhəmiyyətə malikdir. Orqanizmdə endogen və ekzogen (ət və ət məhsullarının qəbulunda) kreatinin olur.
 

Müayinəyə göstəriş: böyrəklərin funksional vəziyyətinin öyrənilməsi, skelet əzələlərinin bəzi  xəstəlikləri və s.
 

Klirens kreatinin - böyrəklərdə gedən yumaqcıq filtrasiyasının və kanalcıqlarda gedən reabsorbsiyanın funksional göstəricisidir.
 

Kalsium (Ca) - fizioloji əhəmiyyəti toxuma kalloidlərinin su molekulunu birləşdirmə qabiliyyətinə təsir etməkdir. Skeletin qurulmasında, homeostaz sistemdə və sinir-əzələ fəaliyyətində xüsusi rol oynayır.
 

Müayinəyə göstəriş: osteoporozların diaqnostikası, qıcolma sindromu,  əzələlərin hipotoniyası, poliuriyalar, ürək-damar patologiyaları, sümük ağrıları müşahidə edilərsə və s.
 

Kalium (K) - əzələlərin yığılmasında, ürəyin funksional fəaliyyətində, sinir impulslarının ötürülməsində, fermentativ proseslərdə və maddələr mübadiləsində aktiv iştirak edir.
 

Müayinəyə göstəriş: aritmiya və arterial hipertenziyalar, böyrək patologiyaları, böyrəküstü vəzin çatmamazlığı, diuretiklər və ürək qlikozidləri ilə müalicəyə nəzarət üçün və s.
 

Kortizol - böyrəküstü vəz tərəfindən sintez olunan steroid hormondur. Böyrək yumaqcıqlarında filtr olunaraq sidiklə xaric edilir.
 

Müayinəyə göstəriş: osteoporoz, əzələ rigidliyi, anomal piqmentasiyalar, vaxtından əvvəl cinsi
yetişkənlik, Addison, İtsenko-Kuşinqo xəstəliyinin diaqnostikası və s.
 

Kompilobakteriya - son tədqiqatlara əsasən kəskin diareya infeksiyalarının əsas etioloji faktoru hesab olunur. Campylobacter heyvanların və quşların normal bağırsaq florasının nümayəndəsidir. Lakin insan orqanizminə düşdükdə kəskin diareyaya səbəb olur.
 

Klostridiya - (clostridium difficile) normada yoğun bağırsağın mikroflorasına aiddir. Uzun müddətli antibiotik terapiyası zamanı psevdomembranoz kolit yarada bilər.
 

 

Q
 

Qanın ümumi analizi-müxtəlif fizioloji və patoloji faktorlara qarşı qanyaradıcı sistemin reaksiyasını özündə əks etdirir.
 

Qanın ümumi analizi bizə aşağıdakıları göstərir

  • Eritrositlərin miqdarı

  • Eritrositlərin çökmə sürəti(ES)

  • Hemoqlobin

  • Leykositlərin miqdarı

  • Leykositar formula

Qanın ümumi analizi nələrdən xəbər verir :

  • Anemiya (qanazlığı)

  • Şış xəstəliyi

  • İnfeksiyon-iltihabi xəstəliklər

  • Allerqiya

Qlükohemoqlobin HbA1c - istənilən eritrositin həyat tsiklinin davamlı olması üçün qlükoza hemoqlobinlə birləşir və qlükohemoqlobin əmələ gətirir. 3 tipi mövcuddur: HbA1a, HbA1b, HbA1c.
 

Müayinəyə göstəriş: Şəkərli diabetin gedişi, müalicəsinin uzun müddətli monitorinqi (nəzarətdə saxlanılması) və digər endokrin patologiyalar üçün təyin edilir.
 

Qanaxma vaxtı - kiçik qan damarlarından qanaxmanın dayandırılmasının aktiv fizioloji mexanizminin əsas göstəricilərindəndir.
 

Müayinəyə göstəriş: birincili hemostazın pozulmaları və s.
 

Qlükoza (GLUC) - normada hüceyrədaxili mühitdə qlükozanın miqdarı ciddi nəzarət altında olur. Hüceyrələr üçün qlükoza əsas enerji mənbəyidir.
 

Müayinəyə göstəriş: şəkərli diabet, böyrək patologiyaları, hipertireoidizim və s.
 

Qələvi fosfotaza - toxumalarda çox geniş yayılmışdır. Fosfat turşusu birləşməsinin parçalanmasını katolizə edir.
 

Müayinəyə göstəriş: sümük toxumasının birincili və metostaz vermiş xərçəngləri, qaraciyər və öd yollarının obstruksiyası, böyrəklərin birincili xərçəngləri, infeksion mononukleoz və s.
 

Qardnerella (Gardnerella vaginalis) - anaerob, əsasən qram + kiçik bakteriyalardır. Obliqat mikrofloraya aiddir, bakterial vaginozun spesifik markeridir. Xəstəliyin inkişafına səbəb immun sistemin zəifləməsi, hormonal fonun dəyişməsi, stress və s.-dir.
 

QQT - bu ferment qaraciyər, mədəaltı vəzi və böyrəklərdə aşkar olunmuşdur. Qaraciyər xəstəlikləri zamanı qanda aktivliyinin dəyişməsi böyük diaqnostik əhəmiyyətə malikdir.

 

L
 

LH (lüteinləşdirici hormon) - hipofizin ön payının peptid tərkibli hormonudur. Ovulyasiya prosesini stimulə edir və yumurta hüceyrələrdə estrogen və progesteronun sintezini aktivləşdirir. Kişilərdə isə Leydiq hüceyrələrində testosteronun sintezinə təsir edir.
 

Müayinəyə göstəriş: sonsuzluğun diaqnostikası, hipofizin və cinsiyyət vəzinin patologiyaları və s.
 

Laxtalanma vaxtı - çox pilləli enzimatik prosesin orientasiya olunmuş göstəricisidir.
 

Normada 3-5 dəq
 

Müayinəyə göstəriş: laxtalanma faktorlarının çatmamazlığı (IX, VIII, XII, I və s.), irsi koaqulopatiyalar, heparinlə müalicəyə nəzarət, DVS və s.
 

Lipaza - qliserin efirlərini və doymuş yağ turşularını hidroliz edir. Lipaza mədəaltı vəzidə, mədədə, qaraciyərdə, bağırsaqlarda və bir sıra başqa orqanlarda sintez olunur.
 

Müayinəyə göstəriş: mədəaltı vəzin patologiyaları, mədə xorasının perforasiyası, qaraciyər sirrozu, kəskin xolesistit və s.
 

Lipid spektri - xolesterin-yağ mübadiləsinin əsas göstəricisidir.
 

Müayinəyə göstəriş: kardioloji,  qastroenteroloji, nefroloji xəstəliklər, mübadilə pozğunluqları və s.
 

Lizosim - qeyri-spesifik rezistentlik faktorudur. Lizosim qram + mikroorqanizmlərin bakteriolizinə səbəb olur. Qranulosit, monosit və makrofaqlar tərəfindən sintez edilərək birbaşa qan zərdabına keçir.
 

Leykositlər - qan hüceyrələri olub, sümük iliyində və limfa düyünlərində əmələ gəlirlər. Onların əsas funksiyası orqanizmi yad təbiətli agentlərdən müdafiə etməkdir. Leykositlərin faqositar aktivliyinin köməyi ilə hüceyrəvi, humoral və s. immun reaksiyalar həyata keçirilir.
 

Leykositlər ―  orqanizmi yad komponentlərdən qoruyur. Leykositlər virus və bakteriyalarla mübarizə aparıb, qanı ölmüş hüceyrələrdən təmizləyir.Onların bir çox formaları var (monositlər, limfositlər.və.s). Qanda limfositlərin artması bir sıra infeksion xəstəliklərə şübhə yarada bilər-viruslu hepatit, göyöskürək, toksoplazmoz, tuberkulyoz, sifilis, sitomeqalovirus və s.
 

Əgər qan analizində leykositlər yüksəlibsə onda aşağıdakı hallara şübhə yaranır:

  • Virus, göbələk və bakterial infeksiyalar(Ağciyərərin iltihabı, angina, sepsis, meningit, appendisit, abses, poliartrit, pielonefrit, peritonit) 

  • Orqanizmin zəhərlənməsi

  • Yanıqlar və travmaqanaxmalar, operativ

  • Miokard infarktıağciyər, dalaqböyrək

  • Kəskin və xroniki anemiyalar

  • Bəd xassəli şişlər.

Bəzən qadınlarda qanda leykositlərin səviyyəsinin yüksəlməsi menustrasiya önü dövrdə, hamiləliyin ikinci yarısında, döğuşda.rasy gəlinə bilər.
 

Leykositlərin səviyyəsinin aşağı düşməsi aşağıdakılardan şübhələnməyə əsas verir.
 

  • Viruslu və bakterial infeksiyalar(qrip, qarın yatalağı, viruslu hepatit, qızılca, malyariya, məxmərək, epidemik parotit, SPİD,)

  • Revmatoidli artrit

  • Böyrək çatışmamazlığı

  • Bir sıra medikamentozların təsirindən (analqetiklər, iltihab əleyhinə preparatlar)

  • Leykoz

  • Anaflaktik şokda

  • Anemiya

 Leykositar formula - qan yaxmasında leykositlərin müxtəlif növlərinin faizlə nisbətini göstərir.
 

Limfositlərin mütləq sayı - müxtəlif virus infeksiyaları tireotoksikoz, allergik reaksiyalar, autoimmun xəstəliklər zamanı bu göstərici dəyişə bilər.
 

Listerioz - zoonoz infeksiya olub, kəskin sepsis kimi damaq badamcıqları və digər limfa düyünlərinin, mərkəzi sinir sisteminin, qaraciyərin, dalağın zədələnməsi ilə özünü biruzə verir. Törədicisi listeria monocytogenes, aerob, kiçik, polimorf, çöpşəkilli, qram + bakteriyadır.
 

Legionella - kəskin infeksion xəstəlik olub, hərarətin artması, intoksikasiya, pnevmoniya, mərkəzi sinir sisteminin və mədə-bağırsaq sisteminin zədələnməsi ilə xarakterizə olunur. Xəstəliyin törədicisi legionella pneumophila, çöpşəkilli, qram - bakteriyadır.
 

Maqnezium (Mg) - aktiv hüceyrədaxili elementdir. Bir sıra fermentlərin tərkibinə daxil olaraq ürəyin fəaliyyətində, sinir və əzələ toxumalarının keçiricilik və yığılma qabiliyyətinin tənzimlənməsində iştirak edir.
 

Müayinəyə göstəriş: stress əleyhinə mineral maddə kimi, nevroloji patologiyalar, böyrək çatmamazlığı, aritmiyalar və s.
 

Mikoplazmalar - bu mikroorqanizmlər bakteriyalar, göbələklər  və viruslar arasında aralıq yer tutur.Onlar sərbəst qala bilmirlər, əsasən bağırsaq, tənəffüs və sidik-ifrazat sisteminin selikli epitel hüceyrələrində parazitlik edirlər. Bir neçə ştammları məlumdur. Qram -, zəif həssas törədicilərdir. Orqanizmdə səbəb olduğu patoloji proseslərə görə 4 növləri məlumdur .Onlardan biri - Mycoplasma pneumonia - tənəffüs sistemini zədələyir, boğğaz, bronx və ağ ciyərlərdə iltihabı prosesin getməyinə səbəb olur. Digər 3 forması isə  - Mycoplasma genitalium, Mycoplasma hominis, Ureaplasma urealiticum - sidik-ifrazat sisteminin zədələyib, cinsi yolla yoluxan xəstəliklər arasında əsas yer tutur.

 

N
 

Natrium (Na) - əsas fizioloji əhəmiyyəti osmotik təzyiqin saxlanmasıdır. Hüceyrədaxili və hüceyrəxarici mühitin pH balansının tənzimlənməsində Na rolu böyükdür.
 

Müayinəyə göstəriş: həzm traktının funksional patologiyaları, böyrək və böyrəküstü vəzin xəstəlikləri, susuzlaşma, diuretiklərlə müalicə zamanı monitorinq (nəzarət) məqsədi ilə və s.
 

Nəcisin ümumi analizi - koproqramma adlanır, həzm sisteminin patologiyaları zamanı mühüm diaqnostik əhəmiyyətə malikdir.
 

Müayinəyə göstəriş: qurd invaziyalarının erkən diaqnostikası, müalicənin effektivliyinə nəzarət və s.
 

Nəcisdə gizli qan - nəcisin rəngini dəyişməyən, makro və mikroskopik üsullarla aşkarlanmayan qan.
 

Müayinəyə göstəriş: mədə və onikibarmaq bağırsaq xorasının perforasiyası, gizli mədə qanaxmaları və s.
 

Neyseriya - Neisseria ailəsi qram negativ bakteriyalara aiddir. Xüsusilə 2 növü insan orqanizmi üçün daha təhlükəlidir: Neisseria gonorrhoeae və neisseria meningitis. Neisseria gonorrhoeae yüksək yayılma tezliyinə malikdir. Əsasən urogenital patologiyaların yaranmasına səbəb olur. Neisseria meningitis isə zəif intensivliklə yayılsa da, bu törədicinin səbəb olduğu infeksiyanın ölüm faizi yüksəkdir. Neisseria meningitis neyroinfeksiya törədicilərinə aiddir.

 

P


Progesteron
 - estrogenlərin antoqonistidir. Klinik təbabətdə progesteronun müayinəsi 2 istiqamətdə tətbiq olunur: sonsuzluğun etiologiyasının, menstrual tsiklin pozulmalarının aşkarlanmasında və hamiləliyin ağırlaşmalarının müayinəsində.
Həkimlər onu hamiləlik hormonu adlandırırlar.

Progesteron normada

 

Yaş(cins)

Progesteronun səviyyəsi

nmol\l

Kişilər

< 0,32 ―  0,64

Qadınlar

Menustrasiya başlanğıcı və menopauzaya qədər

Follekulyar faza

0,32 ―  2,23

Ovulyasiya fazası

0,48 ―  9,41

Lütein fazas

6,99 ―  56,63

Hamiləlik

I trimestr

8,9 ―  468,4

II trimestr

71,5 ―  303,1

III trimestr

88,7 ―  771,5

Postmenopauza

< 0,64


Normada Progesteron hamiləlik dövründə yüksəlir. Progesteronun aşağı olması hamiləliyin pozulmasına gətirib çıxara bilər.
 

Əgər progesteron yüksəkdirsə onda həkim aşağıdakılardan şübhələnməyə əsası var

  • Hamiləlik

  • Disfunksional uşaqlıq qanaxması

  • Menustral tsiklin pozulması (menoriya)

  • * Plasentanın inkişaf pozğunluğu

  • * Sarı cismin kistası

  • Böyrək çatışmamazlığı

  • Bəzi preparatların qəbulundan sonra da arta bilər

  • Progesteronun aşağı olması

  • Düşük təhlükəsi

  • Bətndaxili inkişafın pozğunluğu

  • Qadın cinsiyyət sisteminin xroniki xəstəlikləri

  • Uşaqlıq qanaxması

  • Menstrual tsiklin pozulması (menoreya).

Dərman preparatlarının qəbulu progesteronun səviyyəsinin aşağı düşməsinə səbəb olur.

 

Prolaktin - adenohipofiz tərəfindən sintez olunur. Bioloji təsir sferası genişdir: anabolik proseslərin stimulə edilməsinə, süd vəzilərinin inkişafına, laktasiyaya təsir etmək və s.
Prolaktin Hipofizdə hazırlanlr. Onun az bir hissəsi isə uşaqlığın endometriyasında yaranır. Prolaktin süd vəzilərinin inkişafını, südün əmələ gəlməsində iştirak edir.Hormon Orqanizmdə su-duz mübadiləsində iştirak edir.
 

Prolaktin Kişilərdə testosteronun sintezində, eləcədə spermotozoidlərin   inkişafında iştirak edir.      ü .
 

Normada prolaktinin yüksəlməsi yuxu zamanı, fiziki yük, cinsi akt zamanı, hamiləlik , və doğuşdan sonra laktasiya zamanı  baş verir. Prolaktin normada
 

Cins

Prolaktin

mV\l

Kişi

53 ―  360

Qadınlar (menustrasiya başlanğıcından və menopauzayə qədər) 

40 ―  530


Qanda prolaktin yüksək həkim aşağıdakılardan şübhələnməyə əsas verir
 

  • Hamiləlik və süd vermə

  • Qalaktorei-amenorei sindromu

  • Yumurtalıqların polikistozu

  • Disfunksiya, hipofizin şişləri

  • Hipotireoz

  • Böyrək çatışmamazlığı

  • Qaraciyər serrozu

  • Autoimmun xəstəliklər- ―  revmatoidnli artrit, diffuz toksiki zobqırmızı qurd eşənəyi, b6 hipovitaminozu

  • Stress

  • Döş qəfəsinin zədələnmələri

  • Antihistamin preparatlarının qəbulu


Müayinəyə göstəriş:
mastopatiya, anovulyasiya, sonsuzluq, disfunksional uşaqlıq qanaxmaları, piylənmə, ginekomastiya (kişilərdə) və s.
 

Protrombin müddəti - hemostaz sistemin fəaliyyətinin göstəricisidir Protrombin müddətinin artması hipokoaqulyasiya riskinin olmasını göstərir. Xüsusilə antikoaqulyant preparatların təsirinə nəzarət üçün təyin edilir, laxtalama sisteminin vəziyyətinin qiymətləndirilməsi üçün.
 

Protrombin indeksi - riyazi olaraq müxtəlif həssaslığa malik tromboplastinlərin fərqini təyin edir. Protrombin indeksi nəzarət plazmasının laxtalanma müddətinin pasiyentin plazmasının laxtalanma müddətinə olan nisbətinə bərabərdir və faizlə ifadə olunur.
 

Müayinəyə göstəriş: xüsusilə antikoaqulyant preparatların təsirinə nəzarət üçün təyin edilir.
 

PSA ümumi - spesifik antigen olub, prostat vəzi axacağının epitel hüceyrələri tərəfindən sintez edilir. Bütün kişilərin zərdabında aşkarlanır.
 

Müayinəyə göstəriş: prostat vəzin xərçəngi zamanı, vəzin hipertrofiyası və s. aşkarlanması üçün aparılan testdir.
 

Prostat şirəsi - prostat vəzinin masaj olunmasından sonra alınır. Normal miqdarı 3-4 ml-dən 1-2 damcıya qədər olur. Müayinəsi ümumi xüsusiyyətlərə görə (miqdarı, rəngi, pH) və mikroskopik (leykositlər, eritrositlər, epitelial hüceyrələr, makrofaqlar, giqant hüceyrələr və s.) metodla aparılır.
 

Papillomavirus - human papillomavirus infection (HPV) - papillomaviruslar tərəfindən törədilir. Dəri və selikli qişaların infeksion xəstəliyidir. 100-dən çox tipi məlumdur. Bunlardan 30-dan çox tipi sidik-cinsiyyət sistemini zədələyir və cinsi yolla yoluxur. Klinik xüsusiyyətlərinə görə 3 tipə bölünür: qeyri-onkogen (1, 2, 3, 4, 7, 10, 28, 41), aşağı onkogen riskli (5, 6, 7, 8, 11, 12, 14, 15, 17, 19, 20, 21, 22, 23, 24, 25, 42, 43, 44), yuxarı onkogen riskli (16, 18, 31, 33, 35, 39, 45, 51, 52, 56, 58, 59 və 68) papillomaviruslar. 
 

Parvovirus B19 - DNT genomlu virusdur. Yoluxma əsasən yuxarı tənəffüs yolları vasitəsi ilə baş verir. Klinik olaraq xəstəlik yoluxmuş şəxsin yaşından, immun vəziyyətindən asılı olaraq eritemalar, yüksək hərarət, limfoadenopatiyalar, artritlər və s. simptomlarla müşayiət olunur. Dölə göstərdiyi teratogen təsirinə görə TORCH infeksiyalar qrupuna aid edilir. Virus yoluxduğu insanın qan yaradıcı orqanlarına nüfuz edərək gənc eritrositləri lizis edir. Atipik anemiyalar hətta anemik krizlər müşahidə olunur. Hamilə qadınların infeksiyaya birincili yoluxması xüsusilə təhlükəlidir.

 

R

 

Revmotestlər - birləşdirici toxumanın sistemli zədələnmələri zamanı revmotetslər geniş tətbiq olunur. Revmotestlərə aiddir - ASO, RF, CRP.
 

ASO- A qrup streptokokların antitelidir. Bu göstəricinin artması orqanizmin streptokokk antigenlərinə qarşı sensibilizasiyasını təyin edir. Bəzi autoimmun xəstəliklərdə və revmatoid artritlərdə immun sistemin öz strukturlarına qarşı sintez etdiyi autoantitellərdəndir.
 

RF - revmatoid faktordur.
 

CRP (C reaktiv zülal) - müxtəlif təbiətli iltihabi proseslər, travmalar, toxuma nekrozları və s. zamanı konsentrasiyası yüksək olur.   
 

Rubella - antroponoz infeksiyadır, infeksiya mənbəyi yoluxmuş uşaqlar, xəstəliyin manifest formasında olan insanlar, anadangəlmə subklinik infeksiya daşıyıcıları sayılır. Yoluxma mexanizmi hava-damcı yolu ilədir. Rubellanın xüsusiyyəti embrional toxumaya qarşı aktiv tropizmin olmasıdır. Törədicinin teratogen təsiri xüsusilə I trimestrdə daha ağır olur.

 

Rotavirus - reoviridae ailəsinə aid olub, qastroenterit əlamətlərinin yaranmasına səbəb olur. Xəstəlik üçün kəskin bağırsaq və respirator simptomlar xarakterikdir.

 



S
 

Sidiyin ümumi klinik müayinəsi - sidiyin fiziki xüsusiyyətlərini, kimyəvi tərkibini və sidik çöküntüsünün mikroskopik müayinəsini özündə əks etdirir.
 

Müayinəyə göstəriş: sidik ifrazat sisteminin xəstəlikləri, şəkərli diabetə şübhə olduqda, orqanizmin toksiki vəziyyətinin araşdırılmasında və s.
 

Sidik cövhəri - zülal metobolizminin son məhsulu olmaqla sidiyin konsentrasiyalaşmasında iştirak edir. Böyrəklərin yumaqcıq kompleksi tərəfindən filtrasiya olunur.
 

Müayinəyə göstəriş: böyrək və qaraciyər çatmamazlığında bu orqanların funksional vəziyyətinin öyrənilməsi üçün və s.
 

Sidik turşusu - purin əsaslarının mübadiləsinin son məhsullarındandır. Böyrəklərin funksional diaqnostik göstəricisi hesab oluna bilər.
 

Müayinəyə göstəriş: podaqra, böyrəkdaşı xəstəliyi, böyrəklərin funksional diaqnostikası,
limfoproliferativ və ürəyin işemik xəstəlikləri.
 

Sperma - eyakulyasiya zamanı alınan mayedir. Spermatozoidlərdən və spermal mayedən ibarətdir. Sonsuzluq və digər patologiyalar zamanı aparılan xüsusi müayinədir. Makroskopik və mikroskopik olaraq müayinə olunur.
 

Spermaqramma - eyakulyatın (həcmi, görünüşü, konsistensiyası, durulaşma vaxtı və s.) və spermatozoidlərin (miqdarı, hərəkətlik dərəcəsi, formaları və s.) bir sıra göstəricilərinə görə aparılan xüsusi müayinədir.
 

Müayinəyə göstəriş: sonsuzluq, reproduktiv patologiyalar zamanı və s.
 

Sitomeqalovirus (CMV) - virus etiologiyalı infeksion xəstəlik olub, bütün orqan və toxumaları zədələyir. Törədicisi Cytomegalovirus hominis - antroponoz herpes virusdur. İnfeksiya üçün 2 dövrü daha qorxuludur: uşaqlıq və hamiləlik. Dölün yoluxması hamiləlik dövründə və doğuş zamanı baş verə bilər.
 

Salmonella - zoonoz, mədə-bağırsaq pozğunluğu, sepsis və bəzən yatalağabənzər formalarda gedən kəskin infeksiyaların törədicisidir. Xəstəlik bağırsaq bakteriyası ailəsinə daxil olan salmonella cinsli törədicilər tərəfindən törədilir.
 

Sifilis - xroniki infeksion xəstəlik olub, törədicisi Treponema pallidumdur. Yoluxma əsasən cinsi, qan və qan preparatları, tibbi alətlər o cümlədən anadan dölə və s. yollarla baş verə bilər.
 

Somatotropin - bir sıra maddələr mübadiləsində iştirak edir. Əsasən orqanizmin böyüməsinə və inkişafına təsir edir. Hipofiz tərəfindən sintez olunan somatotropinin miqdarı orqanizmin yaş dövrlərinə görə dəyişir.
 

 

Ş


Şuvarski sınağı
- cütlər arasında immun uyğunluğu təyin etmək üçün testdir. Bəzən qadın orqanizmi spermatozoidlərə qarşı antitellər sintez edir ki, bu halda cütlər arasında immun uyğunsuzluq yaranır. Sintez olunmuş antitellər spermatozoidləri hərəkətsizləşdirir və onlar mayalanma qabiliyyətini itirir.
 

Şigella - şigelloz tipik bağırsaq infeksiyasıdır. Onun törədiciləri xəstələrin və bakteriyagəzdirənlərin nəcisi ilə ifraz olunur. Sağlam şəxslər şigelloza ərzaq məhsulları və su vasitəsilə yoluxur. Xəstəliyi morfoloji cəhətcə bir-birinə oxşar müxtəlif növ bakteriyalar törədir ki, onlara ümumi olaraq şigella (Shigella) adı verilmişdir.
 

 

T

 
*
Trofoblastspesifik beta-1-qlikoprotein (TBH) - plasenta tərəfindən xüsusi zülaladır, nəqli və immunokorreksiyaedici funksiyalara malikdir. 3-4 həftəlik hamiləlik dövründə İFA vasitəsilə ana qanında təyin olunur.
 

  Müayinəyə göstəriş: xroniki plasentar çatışmamazlıq (hipoksiya, perinatal ölüm, hipotrofiya), trofoblastik şişlərin müalicəsinineffektivliyinə nəzarət və s.
 

* Testosteron - Leydiq hüceyrələrində və böyrəküstü vəzidə sintez olunan hormondur. Kişi cinsiyyət orqanlarının inkişafına və II cinsi əlamətlərin yaranmasına səbəb olur.
 

Müayinəyə göstəriş: sonsuzluq, aplastik anemiyalar, böyrəküstü vəzin şişləri, qlükoproteidlərin qəbuluna nəzarət, amenoreya,  endometrioz, anovulyasiya və s.
 

*  Turş fosfotaza - lokalizasiyası əsasən sitoplazmadakı lizosomlarla əlaqədardır. Hüceyrə sintezi və diferensasiyası, faqositoz, pinositoz, lizis və s. proseslərdə iştirak edir.
 

Müayinəyə göstəriş: prostat vəzi xəstəlikləri, karsinomaların monitorinqi, qaraciyər, böyrək xəstəlikləri və s.
 

* Triqliseridlər - 4 atomlu qliserin spirti ilə doymuş yağ turşularının mürəkkəb efiridir.Triqliseridlər orqanizmin əsas enerji mənbəyi hesab olunur.
 

Müayinəyə göstəriş: ateroskleroz riskinin təyin olunması, maddələr mübadiləsinin irsi olaraq pozulması, podaqra, pankreatit və s.
 

*  T-limfositlərin ümumi miqdarı-yetkin T-limfositlər orqanizmdə hüceyrəvi immun reaksiyalara cavab verir.Antigen hemostazına immunoloji nəzarəti yerinə yetirir.
 

*  T-helperlər - immun cavabın induktorları olub hüceyrənin yad təbiətli antigenlərə qarşı immun cavabına və antigen hemostazına nəzarət edirlər.
 

*  T-supressorlar - orqanizmin immun reaksiyasını tormozlayır. İmmun sistemin vəziyyətinin qiymətləndirilməsində periferik qanda helperlərin supressorlara nisbəti xüsusi rol oynayır.
 

*  Trixomonas vag. - təkhüceyrəli, selikli qişanı zədələyən törədicidir. Cinsi və məişət yolu ilə yayılır, geniş yayılmış urogenital xəstəliklərin yaranmasına səbəb olur.
 

*  Toksoplazmoz - toxoplasma gondii tərəfindən törədilir. Yoluxma oral və plasentar yolla ola bilər. Oral yolla - torpaqla kontaktda olan məhsulun gigiyenik qaydalara əməl edilmədən istifadəsi və şəxsi gigiyenik normalara riayət etmədikdə, ət və ət məhsullarının tam bişməmiş qəbulu və s. Plasentar yoluxma zamanı infeksiya anadan dölə ötürülür. Toksoplazmoz infeksiya TORCH qrupuna aiddir

 

U


Ureaplazma - ureaplazmoz infeksiyanın törədicisidir. Tranzitor mikrofloranin tipik nümayəndəsidir. Əsasən sidik-cinsiyyət sistemini zədələyir. İnsan orqanizmi ücün 2 biovarı patogendir: Ureaplasma parvum və Ureaplasma urealyticum.

  • Ümumi zülal - albuminlər və qlobulinlər qanın ümumi zülal kütləsini təşkil edir. Qanın laxtalanmasında və immun proseslərdə aktiv rol oynayır.
     

Müayinəyə göstəriş: xroniki və kəskin infeksion xəstəliklər, kollagenozlar, onkoloji xəstəliklər, qidalanma pozğunluqları, ümumi müayinə skrininqləri və s.
 

 

Y


Yaxma
- ən sadə müayinə materialıdır. Müayinə - götürülən materialın əşya şüşəsi üzərinə nəzik təbəqə şəklində yaxılaraq xüsusi rəngləmə üsulununun tətbiqindən sonra işıq mikroskopu altında baxılmasından ibarətdir.

 

Yumurta hüceyrə-