Diaqnoz Tibb Mərkəzi
düzgün diaqnoz, keyfiyyətli müalicənin ünvanı!

   

CHECK-UP müayinə Tibbi lüğət Sual cavab Analizin cavabı Məmnun müştərilər
  24-11-2014

Xroniki venoz çatmamazlığı

Xroniki venoz çatmamazlığı

Xroniki venoz  çatmamazlığı-venoz (vena) damarlarının   mənfəəzində qan dövranı  pozulmasının simptomakompleksidir.

Bu patalogiya özündə bir neçə xəstəlikləri birləşdirərək, oxşar klinik əlamətlərlə müşaiyət olunur.  Bunlar vena damarlarının inkişaf anomaliyası, venaların travmatik zədələnməsi, postrombotik xəstəlik və aşağı ətraf  venalarının varikoz xəstəliyidir.

Bu xəstəliyin təhlükəsi, onun  uzun  müddət gizli simptomlarla keçməsi və  patsientlərin  vaxtında tibbi yardıma müraciyət  etməməsidir.

Adətən, patsientlər damar cərrahına  xəstəliyin gec mərhələlərində  müraciyət edirlər, bu da müalicə prosesini  çox çətinləşdirir.

Aşağı ətraf  venalarının xroniki venoz  çatmamazlığı

Məlum bütün  damat  patologiyaları  arasında xroniki  vena çatmamazlığı lider səviyyəsini tutur.

Bu patalogiya qadınlarda kişilərə nisbətən 3 dəfə çox təsadüf edilir. Bu qanunauyğunluq qadınlarda  hormonal fonun xüsusiyyətindən  irəli gəlir. (estorogenlərin yüksək istehsalı,  hormonol kontraseptiklərin istifadə olunması və hamiləlik zamanı venoz sistemə  təzyiqin yüksəlməsi.)

Rusiyada xroniki venoz  çatışmamazlığından  35 milyon adam əziyyət çəkir.

Onların 15 %-də dəridə trofik dəyişikliklər  müşahidə olunur. (açıq və  ya residiv trofik yaralar).

Avropa əhalisi arasında 0.3 % venoz trofik  yaralar müşahidə olunur.  Əvvəllər bu xəstəliyin  yuxarı yaş qruplarının problemi hesab olunduğu halda , hal-hazırda 12-13 yaşlı 10-15% məktəblilər  arasında vena reflyüksü  aşkar edilmişdir.

 

 

Klinikası

Xəstəliyin birinci əlaməti bud və ya baldır nahiyyələrində  venaların genişlənməsi, təqribən 20% hallarda ayaqların  tez yorulması, onlarda ağırlıq hissiyatı, dəridə qaşınma əlamətləri, istilik bəzən aşıq-baldır oynağında azacıq  şişkinlikdən sonra başlayır. Bu şikayətlər uzun  müddət ayaq üstə olan şəxslərdə  təsadüf olunur.

Xəstəliyin proqressivləşməsi nəticəsində  dərialtı venalar boyu düyünlər əmələ gəlir, damarlar ziq-zaq formasını alır.

Şikayətlər daimi  xarakter daşıyır, baldır əzələlərində gecə qıcolmaları  müşahidə olunur.

Müalicə olunmadığı  hallarda xəstəlik  səthi damarların  kəskin tromboflebiti, damar düyülərindən qanaxma, dərinin  trofik dəyişiklikləri və xəstəlikləri (piqmentləşmə, dəri quruması, atrofiyası, indurasiyası, infiltratlaşması, dermatitlər, varikoz yaralar, limfanqit, qızılyel) kimi ağırlaşmalar verir.

Müalicə olunan xəstələrdə həyat tərzi  yaxşılaşır.

Dekompensasiya  mərhələsində 20-25% xəstələr  iş qabiliyyətini qismən və ya tam itirirlər.

 

Müalicəsi

Konservativ müalicə xronik venoz çatışmamazlığını aradan götürə bilmir.

Elastik bintləmə, müalicəvi elastik kompressiya trikotajların geyilməsi, idman müalicəsi, dərman preparatları  müvəqqəti olaraq qan dövranını yaxşılaşdırır.

Bu  müalicə hamilə qadınlara  və cərrahi əməliyyata  etiraz edənlərə məsləhət görülür.

Venaların varikoz xəstəliklərində  inyeksiya-sklerozlaşdırma və cərrahi-üsülla  operativ müdaxilə kimi  üsullar tətbiq olunur.

Son zamanlar varikoz xəstəliyinin  müalicəsində damardaxili  müdaxilələr geniş yayılmışdır. Bunlar lazer  və radiofrikans üsullarıdır.

Damardaxili radiodalğalarla (radiofrikans) oblyasiya  (obliterasiya)  dərialtı venaların xronik xəstəliyində  birinci  dəfə 1998-ci ildə Avropada və 1999-cu ildə ABŞ-da  tətbiq olunmuşdur.

Çoxlu eksperimentlər nəticəsində təyin olunmuşdur ki, 1200C istiliyin 20 saniyə ərzində damardaxili verilməsi tam obliterasiyanın yaranmasını təmin edir. Bu əməliyyat 20-25 dəqiqə davam edir.

 

Xəstələrin bu əməliyyata seçilmə

Kriteriyası

Magistral dərialtı venaların radiofrikans üsulu ilə qapanmasına olan göstərişlər başqa strippinqlərdən fərqlənmir (lazer və s.)

Bu üsul xroniki venoz  çatmamazlığının  (varikoz xəstəliyi və postrombotik xəstəliyi ) bütan  mərhələlərində  (C2-C6 , CEAP klassifikasiyası) tətbiq oluna bilər.

Xəstələrin bu əməliyyatdan  əvvəl rəngli dopler skanirləşməsindən keçməsi vacibdir.

Bu üsulla əməliyyat üçün əks-göstəriş  yalnız kəskin  tromboflebitdir.

Radiofrikans üsulu ilə əməliyyat üçün xüsusi hazırlıq tələb olunmur. (ac qalmaq, dərman qəbulunu kəsmək və s).

 

Radiofrikans üsulu ilə əməliyyatın başqa üsullardan

üstün cəhətləri aşağıdakılardır.

 

1)    Minimal zədə və yüksək  keyfiyyətli kosmetik effekt.

2)     Cərrahi  əməliyyata  ehtiyacın olmaması

3)    Ümumi və ya spinal anesteziyalara ehtiyacın olmaması

4)    Əməliyyatdan sonra dəridə hissiyat pozğunluğun, göyərmələrin və şişkinliklərin  qeyd olunmaması

5)    Müalicəvi trikotajın  əməliyyatdan sonra cəmi 10-15 gün istifadəsi

6)    Xəstənin əməliyyatdan bir gün sonra adi həyat tərzinə qayıtması

7)    Yaş məhdudiyyətinin olmaması

8)    Bu üsulun varikozla yanaşı xəstəliklər olduqda belə aparılmasının mümkünlüyü.

9)    Bu üsulun varikozun hətta belə ağır formalarında aparılmasının mümkünlüyü.

10)               Patsientin xəstəxanada yatmsına ehtiyacın olmaması, əməliyyatın ambulator şəraitində aparılması