Diaqnoz Tibb Mərkəzi
düzgün diaqnoz, keyfiyyətli müalicənin ünvanı!

   

CHECK-UP müayinə Tibbi lüğət Sual cavab Analizin cavabı Məmnun müştərilər
28-07-2012

Analiz vermədən öncə nə etməli?

♦ Analiz vermədən öncə hər kəsin riayət etməli olduğu şərtlər:

 
1. Qan analizini səhər-səhər acqarına, son qida qəbulundan 8-10 saat keçdikdən sonra vermek məsləhətdir. Bəzi  analizləri: (AKTH, STH, kartizol, paratohormon, aldosteron, renin, TTQ, xolesterin, LDL,VLDL, HDL, triqliserid, apolipoprotein A1,apolipoprotein B, lipoprotein (a)) günün başqa vaxtı, ancaq mütləq qida qəbulundan ən azı 6 saat keçdikdən sonra  vermək olar. B müddətdə ancaq su içmək olar (qəhvə, şirin çay, şirələr qanın ümumi göstəricilərinə təsir edə bilər).
 
2. Qanın Ümumi analizini vermək üçün yemək yedikdən sonra 4 saat keçməlidir.
 
3. Müayinədən 1-2 gün öncə rasiondan yağlı, qızardılmış qidaları çıxarmaq, alkoqol içməmək məsləhətdir.
 
4. Qanı dərman preparatlarının qəbulundan əvvəl vermək lazımdır. Yaxud dərmanın qəbulundan 10-14 gün sonra. Əgər Siz dərman qəbul etmisinizsə mütləq həkimə xəbərdarlıq etməlisiniz.
 
5. Qan analizini USM, Rentgen, Fizioterapiya müayinələrindən sonra vermək olmaz!
 
6. Menstrual siklin fazasından asılı olaraq müayinənin nəticələri dəyişə bilər. Odur ki: FSH, LH, prolaktin, sərbəst estriol, estradiol, progesteron, testosteron, 17-oksiprogesteron. Bu hormonları vermək üçün siklin günü, hamilə qadınlarda isə hamiləliyin müddəti Həkim-ginekoloqun nəzarətində olmalıdır.
 
7. Hər hansı bir infeksion xəstəliyə şübhə olarsa antitelin müayinələri aparılır. Yoluxmanın vaxtından və bədənin immunetitetindən asılı olaraq müayinələrin nəticələri  Neqativ ola bilər. Amma, nəticələrin Neqativ olması infeksiyanın olmamasını istisna etmir. Müayinəni 2-3 həftə sonra təkrar vermək məsləhət görülür.
 
8. Müayinədən əvvəl fiziki aktivliyi azaltmaq, emosional sakitlik daha məqsədə uyğundur.
 
9. Müayinədən minimum 1 saat  öncə siqaret çəkmək qadağandır.
 
10. Qanda şəkər, insulin, C-peptid səhər ac qarına (8-10 saat aclıqdan sonra) verilməlidir.
 
11. Bəzi müayinələrin nəticələrinə zaman təsir etdiyinə görə Hormonları ciddi vaxt çərçivəsində vermək məsləhətdir. Saat 800-dan 1000-a qədər. Məsələn: T4, sərbəst  T4,  T3, sərbəst  T3.
 
12. Sidik turşusunun yoxlanılmasından 1-2 gün əvvəl pəhriz saxlanmalıdır: qara ciyər, ət, balıq və qəhvə istifadə etməməli; Hormonların müayinələrinə  2 həftə qalmış xəstə qalxanabənzər vəzin hormonlarını qəbul etməməlidir.
 
13. PSA, sərbəst PSA analizlərini xəstə ya Həkim-uroloqun rektal baxışından əvvəl, yada baxışdan 10-14 gün sonra verməlidir. Son cinsi əlaqədən 3-5 gün keçdikdən sonra analiz verilməlidir.
 
14. Qadın cinsi hormonları siklin günlərinə görə müəyyən edilir:
LH, FSH- siklin  3-5-ci günü;
Estradiol – 5-7 ya  21-23-cü günü;
Progesteron – 21-23-cü günü;
Prolaktin, 17OH, DHEA, testesteron – 7-9-cu günü.
 
15. Sidiyin müayinəsinə 1 gün qalmış xəstə qida rasionundan rəngli meyvə və tərəvəzləri çıxarmalıdır və duzlu  qidalar qəbul etməməlidir. Sidik analizini verməmişdən əvvəl cinsi orqanları sabunla təmiz yumaq lazımdır. Aybaşı zamanı sidik analizi vermək məsləhət deyil.
 
16. Nəcis analizi verərkən nəcis steril qaba yığılmalıdır. İmalədən sonra alınmış nəcis müayinə üçün yararsızdır. Nəcis analizi verərkən qaba qoz boyda 1 hissə qoyulmalıdır. Qurd yumurtası təyin edərkən nəcis 15 dəqiqə ərzində laboratoriyaya çatdırılmalıdır. 1-ci dəfə qurd yumurtası tapılmayıbsa tam əminlik üçün 3 gün ardıcıl analiz vermək məsləhətdir.
 
17. Spermoqramma analizindən öncə cinsi əlaqədə olmaq olmaz. Son cinsi əlaqədən 3 gün sonra vermək məsləhətdir. Materialı maksimum 15 dəqiqə ərzində labaratoriyaya vermək lazımdır.

DİQQƏT! Təkrar analizlər eyni laboratoriyada verilməlidir. Çünki, müxtəlif laboratoriyalar müxtəlif reaktivlərlə və müxtəlif aparatlarla çalışır. Cavabların fərqli olması mümkündür.