Diaqnoz Tibb Mərkəzi
düzgün diaqnoz, keyfiyyətli müalicənin ünvanı!

   

CHECK-UP müayinə Tibbi lüğət Sual cavab Analizin cavabı Məmnun müştərilər
28-07-2012

Keyfiyyətə nəzarət

 

Diaqnoz Tibb Mərkəzi yarandığı gündən  gördüyü işin keyfiyyətinə xüsusi fikir vermişdir. Bizim əsas məqsədimiz daima işin keyfiyyətini yüksəltmək olmuşdur. Yüksək keyfiyyətli iş aşağıdakı amillərdən asılıdır:

1. Yüksək ixtisaslı həkimlər:

- Bizim mərkəzdə həkim işə götürülərkən ancaq onun biliyi və elmi savadı əsas götürülür. Həkimlər ayda 1 dəfə müəssisədə keçirilən elmi - praktik konfranslarda iştirak edir.İldə 1 dəfə xarici ölkə klinikalarında ixtisas artırma kurslarında olurlar.

2. Yüksək səviyyəli avadanlıqlar:

- Müəssisəmizdə dünyanin ən məşhur firmalarının o cümlədən, Roş, Siemens, Philips, Toshiba, Samsung, Medisson və s. kimi firmalarının ən müasir avadanlıqları qurulmuş və daima yenilənir. 2012 ci il ərzində müəssisə avadanlıqların yenilənməsinə 1 000 000 manatdan çox vəsait xərclənmişdir. Xüsusilə də laboratoriya şöbəsi tam avtomatlaşdırılmış, insan əməyi minimuma endirilmişdir. Respublikamızda ilk dəfə bizim laboratoriyada tam avtomat RNK ekstraktor və mikrobların identifikasiyası üçün tam avtomat sistem qurulmuşdur. Bu sistemler dünyanin ən məşhur klinikaları ilə yanaşı bizim klinikada da uğurla çalışmaqdadır.

3. Yüksək keyfiyyətli reaktivlər.

- Bizim klinikada ancaq, Avropa, Amerika, İsrail və Kanada kimi ölkələrin istehsalı olan reativlərdən istifadə edilir. Qiyməti ucuz olan Çin, İran reaktivləri bizim müəssisədə işlədilmir. Reaktivlərin alınması, daşınması və saxlanması xüsusi nəzarətdə saxlanılır.

4.Avtomatik idarəetmə sistemi.Klinikamızda yüksək keyfiyyətli Fonet şirkətinin avtomatik idarə etmə sistemi qurulmuşdur.Bu sistemin köməkliyi ilə xəstələrin qeydiyyatiı aparılır. Qeydiyyata alınmış xəstənin müainələri haqqinda məlumat müfaviq kabinetlərə ötürülür.Kabinetin qapısıına vurulmuş monitorda xəstə öz soyadini və növbəsini görür.Analiz verməmişdən öncə xəstə haqqinda bütün informasiyanı özündə birləşdirən Barkod vurulur.barkod vurulan andan veriləcək analiz barədə informasiya labaratoriyada fəaliyyət göstərən tam avtomatlaşdırlmış analizatora ötürülür.Barkod yapışdırılmış analiz materialı aparata veriln andan analizin avtomatik rejimdə aparılması başlayır.cavab hazir olan kimi cihaz cavabı avtomatik rejimdə həm DİAQNOZ.AZ saytina həm də təyinatı vermiş həkimə göndərir.Bütün bu sikldə insan əməyi minimuma endirildiyindən cavablarin dəqiqliyi və keyfiyyəti 100% -ə çatir

Laborator təhlilərin aparılmasına müssisədə xüsusi 2 qat nəzarət mexanizmi yaradılmlşdır:

1-ci mərhələdə analiz üçün materialın götürülməsinə, daşınmasına, hazırlanmasına tam nəzarət.

2-ci mərhələdə analizin aparılması, alınan nəticənin qiymətləndirilməsi, şübhə doğuran cavabların alternativ aparatda təkrarlanması, Neqativ kontrol və Pozitiv kontrolların aparılması, ayda bir dəfədən az olmayaraq istehsalçı firmadan alınmış kontrol qanla aparatların test edilməsi.

Şüa diaqnostika şöbəsində yaradılmış Keyfiyyətə nəzảrət komissiyası qoyulmuş diaqnozları təhlil edir. Mürəkkəb diaqnozlu xəstələr kollegial olaraq təkrar müayinədən keçirilir.

Endoskopiya şöbəsində aparılan endoskopik müayinələr diskə yazılır, təkrar kontrol edilir. 

Cərrahiyyə şöbəsində aparılan əməliyyatlar diskə yazılır, əməliyyatdan sonra analiz edilir.

"İş olan yerdə səhvlik olar" prinsipi bizim klinikada qəbul edilmir. Biz deyirik: insan sağlamlığı hədəf olan işdə səhvlik olmamalıdır. Bir mövzuda bizim səmimiyyətimizə inanın - Biz səhv etməmək üçün gecə-gündüz çalışırıq!