Diaqnoz Tibb Mərkəzi
düzgün diaqnoz, keyfiyyətli müalicənin ünvanı!

   

CHECK-UP müayinə Tibbi lüğət Sual cavab Analizin cavabı Məmnun müştərilər
28-07-2012

Yaranma Tarixi

 

Yaranma Tarixi

        Diaqnoz Tibb Mərkəzi 2003-cü ilin Fevral ayının 1-dən fəaliyyət göstərməyə başlamışdır. Öz fəaliyyətinə Bakı şəhəri, Əhmədli qəsəbəsi, Sarayevo küçəsi 19 ünvanında “9” mərtəbəli yaşayış binasının 1-ci  mərtəbəsində - 120 m2 sahədə başlamışdır. Fəaliyyətə başlayarkən cəmi səkkiz iş kabineti olmuşdur. Müəssisə Əhmədli qəsəbəsində açılan ilk özəl tibb mərkəzi olmaqla bərabər tezliklə əhali arasında nüfuz qazanmışdır. Müəssisəmizdə birinci gündən işə başlamış Respublikamızın tanınmış həkimləri:

  • Həkim-laborantlar: Dr. Səyyarə Axundova, Dr. Elxan Seyidov; Dr.Sehla Memmedova
  • Həkim radioloqlar: Dr. Cahan Hüseynova, Dr. Cəmilə Əfəndiyeva, Dr. Gülnarə Əliyeva;
  • Həkim-kardioloqlar: Dr. Turxan Yusifov və Dr. Ağadadaş Rəşidov;Həkim-ginekoloqlar: Dr. Guler Qarayeva, Dr. Zəkiyyə Hüseynova, Dr.Mesed Eliyeva

və başqaları özlərinin dərin elmi bilikləri, çoxillik tibbi təcrübələri, ən əsası da öz sənətlərinə və müalicə etdikləri xəstələrə hörməti sayəsində Böyük Uğurlar əldə etmişlər. Tezliklə əhalinin böyük rəğbətini qazanmış klinikamıza müraciət edən xəstələrin sayının kəskin artması müəssisənin genişləndirilməsinə və yeni binanın zəruriliyinə gətirib çıxarmışdır. Bütün bunları nəzərə alaraq 2005-ci ildə müəssisə üçün Sarayevo  küçəsi 38C ünvanında torpaq sahəsi alınmış, orada müasir tələblərə cavab verən 6 mərtəbəli  bina inşa edilmişdir. Binada mərkəzi sərinlətmə, istilik sistemi, qaz sistemi və ventilyasiya sistemi beynəlxalq tələblər səviyyəsində qurulmuşdur. Bina “tibbi xəstəxana lifti” ilə də təchiz olunmuşdur. Yeni binada  əhaliyə göstərilən geniş spektrli  ambulator  xidmətlə yanaşı 20 çarpayılıq cərrahi yönümlü Stasionar şöbəsi, ən müasir tələblərə cavab verən Reanimasiya şöbəsi, son texnologiyalarla təchiz olunmuş əməliyyat blokları və sterilizasiya bloku qurulmuşdur. Ambulatoriya kabinetlərin sayı 40-a çatdırılmışdır. Klinikamız fasiləsiz isti və soyuq su, fasiləsiz elektrik enerjisi təminatı, avtonom rejimdə çalışan istilik sistemi ilə təmin olunmuşdur. Xəstələrə evdə xidmət göstərmək üçün hər cür avadanlıqlarla təmin olunmuş “Mercedes” markalı Ambulans maşın alınmışdır.